Məhkəmə qərarları › İş №2(5-155)-631/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-155)-631/2026

13.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-631/2026 13.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə (açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb

1. Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MSB/2- 01181 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha girmişdir. Maraqlı şəxslə birgə rəsmi nikahlarından xx.xx.2014-cü il tarixində anadan olmuş X3 və xx.xx.2018-ci il tarixində anadan olmuş X5 adlı iki övladları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan faktiki olaraq bir yerdə yaşamırlar. Məlumat üçün bildirir ki, o, uşaqların aliment tələbi barədə mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs mediasiya sessiyasında iştirak etmiş və aralarında 12.11 2025-ci il tarixli, MSB/2-01181 saylı barışıq sazişi bağlanılmışdır. Həmin sazişin şərtinə görə maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il tarixində anadan olmuş X3 və xx.xx.2018-ci il tarixində anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa 400 (dörd yüz) manat, cəmi 800 (səkkiz yüz) manat məbləğində alimenti ona ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin həmin vaxtdan hal-hazıradək Maraqlı şəxs sazişin şərtinə əməl etməyərək alimenti ödəmir. Qeyd olunanlara əsasən ərizə təmin edilməlidir.

b) tələbə etiraz

3. Maraqlı şəxs tərəfindən tələbə etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə dair izahat verərək ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. AZ-İİİ seriyalı, 327059 nömrəli və AZ-İV seriyalı, 089655 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 oğlu doğulmuşdur.

7. xx.xx.2025-ci il tarixli, MŞB/2-01181 nömrəli barışıq sazişindən görünür ki, ;Tərəflərin qarşılıqlı razılığına əsasən aliment tələbi ilə bağlı aşağıdakı qaydalar barədə razılığa gəldilər: 1. Tərəflər Ərizəçi və Maraqlı şəxs ilə aralarında razılığa əsasən birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər ata Maraqlı şəxs övladının saxlanması üçün hər uşağa görə 400 (dörd yüz) manat, ümumilikdə 800 (səkkiz yüz) manat pul məbləğində aliment ödəməyə razılıq vermişdir. 2. Tərəflər Ərizəçi və Maraqlı şəxs ilə aralarında razılığa əsasən ata Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər 2025-ci ilin noyabr ayından başlayaraq hər ayın 20- dən 30-na qədər Ərizəçi şəxsi kartı hesabına alimenti ödəməyə razılıq vermişdir. Əgər kart dəyişik olarsa 1-ci tərəf digər tərəfə məlumat verməyi öhdəsinə götürmüşdür. 4. X7 1-ci və 2-ci bəndlərində qeyd olunmuş sözləri öz imzaları ilə təsdiqləyirlər və barışıq sazişinin 1-ci və 2-ci bəndələrində qeyd edilənləri Maraqlı şəxs tərəfindən vaxtında icra edilmədiyi təqdirdə Ərizəçi məhkəməyə müraciət etmək hüququna malikdir.

8. xx.xx.2026-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, Ərizəçi barışıq sazişini icra etməyəcəyi halda məhkəməyə müraciət edəcəyi barədə Maraqlı şəxs bildiriş ünvanlamışdır.

b) mülki iş üzrə tətbiq edilən hüquq

9. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

c) məhkəmənin mövqeyi

10. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

11. Məhkəmə araşdırması zamanı MPM-nin istinad olunan normalarında qeyd olunan hallar - tərəflər arasındakı barışıq sazişinin qanunazidd olması, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilməmişdir.

12. Məhkəmə qeyd edir ki, MPM-nin qeyd olunan normalarında göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-nin həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir.

13. Odur ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2-01181 nömrəli barışıq sazişinin 1-ci və 2-ci bəndləri təsdiq edilməlidir.

14. Hazırkı halda tərəflər arasında alimentlə bağlı münasibətlər üzrə bağlanmış barışıq sazişində müəyyən edilmiş tarix nəzərə alınmaqla aliment tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

15. Həmçinin, Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

16. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, tələb etməməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Nəticə hissəsi:

17. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2-01181 nömrəli barışıq sazişinin 1-ci və 2-ci bəndləri təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “Tərəflərin qarşılıqlı razılığına əsasən aliment tələbi ilə bağlı aşağıdakı qaydalar barədə razılığa gəldilər:

1. Tərəflər Ərizəçi və Maraqlı şəxs ilə aralarında razılığa əsasən birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər ata Maraqlı şəxs övladının saxlanması üçün hər uşağa görə 400 (dörd yüz) manat, ümumilikdə 800 (səkkiz yüz) manat pul məbləğində aliment ödəməyə razılıq vermişdir.

2. Tərəflər Ərizəçi və Maraqlı şəxs ilə aralarında razılığa əsasən ata Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər 2025-ci ilin noyabr ayından başlayaraq hər ayın 20-dən 30-na qədər Ərizəçi şəxsi kart hesabına alimenti ödəməyə razılıq vermişdir. Əgər kart dəyişik olarsa 1-ci tərəf digər tərəfə məlumat verməyi öhdəsinə götürmüşdür.” Alimentin tutulması (ödənilmiş aliment məbləğləri çıxılmaqla) xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar