Məhkəmə qərarları › İş №2(5-156)-19/2026

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-156)-19/2026

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(5-156)-19/2026 05.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Maraqlı şəxs qismində cəlb edilməklə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1963-cü ildə Şabran şəhərində doğulmuş X1 xx.xx.2025-ci ildə Şabran şəhərində ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X4 onun həyat yoldaşı olmuşdur. Yoldaşı xx.xx.1963cü ildə Şabran rayonunda anadan olmuş və xx.xx.2025-ci ildə Şabran şəhərində “sol ağ ciyər xərçəngi, sümüklərə, baş-beyinə metastaz edilib” xəstəliyindən vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur. Vəfat edərkən təcili tibbi yardım çağırılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Hazırda vərəsəlik hüquqlarını həyata keçirmək məqsədi ilə yoldaşı üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli imtina məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nm 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təstiq edən tibbi şəhadətnamə və yə vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölümün qeydə alınması imkanımız xaricindədir. Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9, X3 və X8 ayrı-ayrılıqda bildirdilər ki, Ərizəçi onlarla qonşuluqda yaşayır. X4 xəstə olduğu üçün xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə proses iştirakçısının və şahidlərin izahatlarını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli 49 saylı məktubdan görünür ki, X1 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, X4 62 yaşında xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn edilmişdir. Aktın doğruluğunu İ.Musayev, G.Quliyeva və E.Sərkarov öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan "Şabran Rayon Mərkəzi Xəstəxanası" X11 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, vəfat etmiş X1 ölümü ilə bağlı xəstəxanaya məlumat verilmədiyi üçün bu barədə heç bir tibbi sənəd verə bilmirlər. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X4 arasında nikah xx.xx.1982-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli ambulator kartdan arayışdan görünür ki, X2 “sol ağ ciyər xərçəngi, sümüklərə, başbeyinə metastaz” diaqnozu qoyulmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X4 xx.xx.2025-ci ildə Şabran şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi arvadı X1 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü ildə Şabran şəhərində doğulmuş X1 xx.xx.2025-ci ildə Şabran şəhərində ölümün qeyd edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Şabran şəhərində doğulmuş X1 xx.xx.2025-ci ildə Şabran şəhərində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar