Məhkəmə qərarları › İş №2(5-156)-35/2026

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-156)-35/2026

03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(5-156)-35/2026 03.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi identifikasiya nömrəsi "3XL2EFE" olan xx.xx.1939-cu il tarixdə Dəvəçi rayonunun Nohurlar kəndində anadan olmuş X1 xx.xx.2025-ci ilə tarixdə Şabran rayonunun Çuxurazəmi kəndi ərazisində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, anası, fərdi identifikasiya nömrəsi "3XL2EFE" olan 01,07.1939-cu il tarixdə Dəvəçi rayonunun Nohurlar kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Şabran rayonunun Çuxurazəmi kəndi ərazisində vəfat etsə də, həmin vaxt ailə təşviş içində olduğu üçün tərəflərindən Şabran rayon X9 müraciət edilməmişdir. Bundan sonra vəfat etmiş anası, xx.xx.1939-cu il təvəllüdlü X2 ilə bağlı vərəsəlik işinin açılmasından ötrü onun vəfat etməsi barədə ölüm şəhadətnamənin alınması ilə bağlı tibbi sənədin alınması üçün Şabran Rayon Mərkəzi X6 Şəxsinə müraciət etsə də, xəstəxana tərəfindən 09.01,2026-cı il tarixli, 18-1-34/2-20/2026 saylı məktubla ona xx.xx.2025-ci il tarixdə Şabran rayon X9 müraciət etmədiyi üçün anasının vəfat etməsi barədə tibbi sənədin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla yanaşı xx.xx.1939-cu il təvəllüdlü anası X1 vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamənin alınması məqsədi ilə xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə də müraciət etməyinə baxmayaraq, 2-440/26 nömrəli, xx.xx.2026-cı il tarixli məktubla ona müvafiq tibb sənədinin (həkim arayışı və s.) olmaması səbəbi ilə ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və müvafiq tibb sənədinin (həkim arayışı və s.) olmadığı üçün xx.xx.1939-cu il təvəllüdlü anası X1 vəfat etməsi faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Göründüyü kimi hazırda vəfat etmiş xx.xx.1939-cu il təvəllüdlü anası X1 ölüm haqqında şəhadətnaməsinin alınması mümkün deyildir və bu səbəbdən də hüquqi əhəmiyyəti olan bu faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilən X7 və X4 ayrı-ayrılıqda izahatlarında bildirdilər ki, Ərizəçi onların qonşusudur. Rəfailin anası X2 xx.xx.2025-ci ilə tarixdə Şabran rayonunun Çuxurazəmi kəndində vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin məhkəmə iclasında verdiyi ifadələrini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, X2 xx.xx.2025ci ilə tarixdə Şabran rayonunun Çuxurazəmi kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 01 nömrəli məktubunda göstərilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə şöbəyə təqdim edilmədiyindən X1 ölümünün qeydə alınması mümkün deyildir. "Şabran Rayon Mərkəzi Xəstəxanası" X11 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Ərizəçi anası X3 xx.xx.2025-ci il tarixində evdə vəfat etmişdir. Lakin o, anasının ölümü ilə bağlı xəstəxanaya məlumat vermədiyi üçün, bu barədə ona heç bir tibbi sənəd verə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1939-cu il tarixdə Dəvəçi rayonunun Nohurlar kəndində anadan olmuş X1 xx.xx.2025-ci ilə tarixdə Şabran rayonunun Çuxurazəmi kəndi ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Dəvəçi rayonunun Nohurlar kəndində anadan olmuş X1 xx.xx.2025-ci ilə tarixdə Şabran rayonunun Çuxurazəmi kəndi ərazisində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar