Məhkəmə qərarları › İş №2(5-157)-322/2026

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-157)-322/2026

18.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(5-157)-322/2026 18.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT060/2025-0017 saylı barışıq sazişinin təsdiq olunması və ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutlaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, MŞS/MT060/2025-0017 saylı barışıq sazişinə əsasən, digər tərəf Maraqlı şəxs xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün avqust ayından başlayaraq, hər ay, hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment və xx.xx.2025-ci il təvəllüdlü X3 3 (üç) yaşına 50 (əlli) manat qulluq ilə bağlı müavinət (hər ayın sonuncu günündən geç olmayaraq) anaları Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Alimentdən cəmisi 3 ayını ödəmişdir. 5 aydır ki, Sənan aliment ödəmir. Alimentin ödənilməsini hər dəfə ona xatırlatsa da, 5 aydır ki, bu gün-sabah ödəyəcək deyə onu aldadır. Belə hesab edir ki, məhkəmə barışıq sazişini təsdiq edərsə o məcbur olub alimenti vaxtlı vaxtında ödəyər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs alimenti vaxtlı-vaxtında ödəmir, gecikdirir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, o, 3 ay ödəniş etməyib. Ünsiyyətdə problemi yoxdur, sadəcə olaraq, qohumunun evində görüşməyə icazə verir. Həmin qohumu ilə isə onun arası yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, mediasiya sessiyasında (prosesində) Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2025-ci il təvəllüdlü X3 ilə hər hansı (ay,gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə Ərizəçi öz üzərinə öhdəlik götürür. Mediasiya sessiyasında (prosesində) Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 avqust 2025-ci ildən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və xx.xx.2025-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək 50 (əlli) manat qulluq ilə bağlı müavinət (hər ayın sonuncu günündən gec olmayaraq) Maraqlı şəxs Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilən Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə, mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Qeyd edilən Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə bağlanmış MŞŞ/MT-060/2025-0017 saylı barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinin tələblərinə uyğun olaraq forma və məzmun şərtlərinə əməl edilməklə bağlanmış və həmin Qanunun 33.3-cü maddəsinin tələbinə əsasən qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamışdır. Mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtləri dəqiq göstərilməklə yuxarıda göstərilən qaydada olmuşdur. Maraqlı şəxs barışıq sazişinin şərtlərindən olan xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 avqust 2025-ci ildən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və xx.xx.2025-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək 50 (əlli) manat qulluq ilə bağlı müavinət (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhdəlik götürsə də, göstərilən şərltərə (öhdəliyə) əməl etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya təşkilatında, xx.xx.2025-ci il tarixdə bağlanmış MŞŞ/MT-060/2025-0017 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞŞ/MT- 060/2025-0017 saylı barışıq sazişi təsdiq edilsin. xx.xx.2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 avqust 2025-ci ildən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və xx.xx.2025-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək 50 (əlli) manat qulluq ilə bağlı müavinət (hər ayın sonuncu günündən gec olmayaraq) Maraqlı şəxs tutularaq, Ərizəçi ödənilsin. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul alınaraq Ərizəçi ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar