Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(5-160)-101/2026 18.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il tarixdə Sabirabad rayonu, Rüstəmli kəndində anadan olmuş X7 09 fevral 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi ailə üzvləri ilə birlikdə yaşayır. X3 əslən olduqları Sabirabad rayonu, Rüstəmli kəndində yaşayırdı. X10 mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirdi. Əslan uzun müddət səhhəti ilə əlaqədar müalicələr almış, lakin onkoloji xəstəliyinin müalicələsinin müsbət nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə Əslanın vəziyyətinin ağırlaşması səbəbindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının təcili və X6 şöbəsinə ailə üzvləri tərəfindən məlumat verilmişdir. Lakin həkim briqadası gələnədək X3 dünyasını dəyişmişdir. Həkim briqadası müayinə apararaq xəstənin vəfat etməsini bildirmiş, bu barədə xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsi verilmişdir. X1 dünyasını dəyişməsi ilə əlaqədar həkim arayışı (tibbi şəhadətnamə) olmadığından ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. X2 rayonu, Rüstəmli kəndində yerləşən el qəbristanlığında dəfn edilmişdir. Qardaşının ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə, tibbi şəhadətnamənin təqdim edilməməsi səbəbindən imtina etmişdir. X7 ölüm şəhadətnaməsinin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, X7 ölüm haqqında şəhadətnaməsi müvafiq qurumlara təqdim edilməsi və miras qalmış əmlakın rəsmiləşdirilməsi üçün zəruridir. Bundan başqa, qeyd edilənləri məhkəmə iclasında sübuta yetirəcək və ya təsdiq edəcək şahidləri də var. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək xidməti zərurətlə əlaqədar işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və ərizənin təmin edilibedilməməsi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər.
5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları.
7. 22 yanvar 1964-cü il tarixli 6 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 yanvar 1964-cü il tarixində Sabirabad rayonu, Rüstəmli kəndində anadan olmuş, atası X12, anası X5r.
8. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2026-cı il tarixli, 3-16-5/7-15-B- 19-/xx-xx/2026 saylı məktubdan görünür ki, xx.xx.1964-cü ildə Sabirabad rayonunun Rüstəmli kəndində anadan olmuş X7 xx.xx.2025-ci ildə Sabirabad rayonunun Rüstəmli kəndində ölməsi faktının qeydə alınması barədə müraciətə Maraqlı şəxsndə baxılmışdır. Müəyyən olunmuşdur ki, müraciətə iddia edilən ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əlavə edilməmiş, eyni zamanda verilən məlumatda aidiyyəti qurum tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi və ölüm faktının dövlət qeydiyyatının aparılmadığı bildirilmişdir. Görülmüş tədbirlər üzrə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2026-cı il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.1964-cü il təvəllüdlü (ş/v.s/n. AZE ********) X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5.-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirilir ki, müraciətə baxılmasının nəticəsindən onun subordinasiya və məhkəmə qaydasında şikayət etmək və iddia etdiyi ölüm faktının müəyyən olunması üçün müvafiq qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir.
9. Sabirabad rayon İcra Hakimiyyəti Nizami Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 5-70-31/2 saylı arayışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Şirvan şəhər, T.İsmayılov küçəsi, ev 1, mənzil 19-da qeydiyyatda olan X10 xx.xx.2025-ci ildə dünyasını dəyişmişdir. Mərhum Sabirabad rayon Rüstəmli kənd qəbiristanlığında dəfn edilmişdir.
11. “Respublika Təcili və X6 Mərkəzi” PHŞ Sabirabad TTTYS-nin xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Sabirabad rayonu, Rüstəmli kəndində olan 1964-cü il təvəllüdlü X7 aparılmış müalicə tədbirləri nəticəsində xəstənin həkimə qədər ölümü qeyd edilmişdir.(onkoloji xəstə)
12. Şirvan Şəhər Onkoloji Xəstəxanasının xx.xx.2026-cı il tarixli, 48 nömrəli arayışından görünür ki, xəstə X10 həqiqətən xx.xx.2025-ci il tarixdən X4 qeydiyyatda olmuşdur. Diaqnoz: C25.0 Mədəaltı vəzin başının xərçəngi cT4N1M0. mərhələ İİİ. Kimyəvi dərman müalicəsindən sonrakı vəziyyət. Qohumlarının dediyinə görə xəstə xx.xx.2025-ci il tarixdə evdə vəfat etmişdir və bu haqda dəqiq məlumat olmadığı üçün ölüm haqqında şəhadətnamə təqdim etməmişlər.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Novruzxan onun qonşusudur. Əslanı Novruzxanın qardaşı kimi tanıyırdı. Əslan onkoloji xəstə olduğuna görə keçən il fevral ayının doqquzunda vəfat etmişdir. O, Əslanın yas mərasimində iştirak etmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçinin nümayəndəsi Novruzxan onun qayınatısıdır. Əslan Baxışov isə onun həyat yoldaşının əmisi olmuşdur. Əslan 2025-ci ilin fevral ayında onkoloji xəstəlikdən vəfat etmişdir. O, Əslanın yas mərasimində iştirak etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X3 09 fevral 2025-ci il tarixində Sabirabad rayonu, Rüstəmli kəndində vəfat etmiş, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307.2.8. Müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
15. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı: 4-cü bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bənd. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.8-ci bənd. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. 9-cu bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
d) Məhkəmənin mövqeyi:
17. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixində Sabirabad rayonu, Rüstəmli kəndində ölməsi faktı müəyyən edilməlidir.
19. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə hissə:
20. Şərh olunanlara əsasən və MPM-in 119, 216-220, 307, 311 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixində Sabirabad rayonu, Rüstəmli kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərmin Abbasova