Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(5-162)-96/2026 02.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında (xx.xx.2024-cü il tarixli) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iş üzrə Maraqlı şəxs ilə qeyri-rəsmi nikaha daxil olmuşlar. Nikahlarını isə xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə onların xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı 3 övladları olmuşdur. Ailə münasibətləri yaxşı olmadlığından bir xeyli vaxtdır ki, ayrı yaşayırlar. Həmin vaxtdan azyaşlı uşaqlar onun himayəsində yaşayırlar. Onun maddi imkanı aşağı olduğu üçün uşaqların tələbatlarını ödəyə bilməmişdir. Övladları azyaşlıdır, gündəlik tələbatlarəı artır. Maraqlı şəxs isə uşaqların saxlanılması üçün maddi köməkilik etmir. Odur ki, ilkin prosedur kimi alimentin alınıb verilməsi ilə bağlı Mediasiya şurasına müraciət etmiş, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və onlar barışıq sazişi bağlamışlar. Maraqlı şəxs könüllü olaraq hər ay hər uşağın saxlanması üçün 200 manat aliment ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, yəni Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə 600 manat alimentin alınıb ona verilməsi barədə barışıq sazişinin təqsiq edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarşdan görünür ki, Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat onun elektron kabinetində yerləşdirilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş nikahın bağlanması haqqında çıxarışdan görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah xx.xx.2021-ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2304 nömrə ilə qeyd edilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında arayış və şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X4ku və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının xx.xx.2025-ci il tarixli MŞA/MT044/2025- 00531 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 28 iyun 2021-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin akt qeydlər kitabında 2304 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Birinci tərəf Mediasiya müraciət edərək aliment tələbi ilə təklif vermişdir. İkinci Mediasiya prosesində könüllü iştirak edərək, birinci tərəfin verdiyi təkliflə tanış olaraq bildirmişdir ki, birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı övladlarının saxlanması üçün hər ay hər uşzaq üçün 200 manat olmaqla, cəmi 600 manat məbləğini birinci tərəf ödəyə bilər. Tərəflərə barışıq sazişinin şərtləri izah olunmuş və ikinci tərəf birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı övladlarının saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat aliment məbləğini birinci tərəfə ödəməsi öhdəliyini götürmüşdür. Tərəflər qarşılıqlı olaraq razılığa gəlmişlər. Bu saziş tərəflər tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Məhkəmə ərizəçinin izahatını, barışıq sazişini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər nikahlarını qeyd etdirmədən bir yerdə yaşamışlar. Onların birgə yaşadıqları dövrdə xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023cü il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Aralarında olan mübahisələrə görə onlar ayrı yaşayırlar. Üç uşaq ərizəçinin yanında qalmışdır. Ərizəçi aralarındakı fikir ayrılığı və mübahisəni qarşlıqlı razılıqla həll etmək üçün aralarında yuxarıda qeyd edilən şərtlərlə xx.xx.2025-ci il tarixdə barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü olaraq icra etməmiş və icradan imtina etmişdir. Ona görə də ərizəçi aliment ödənilməsi ilə bağlı barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası MPM-in 305-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəçi haqlı olaraq Tərtər Rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitinin öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağa öz öhdəsinə götürür. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyanın 3cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda alimentin tutulmasının əvvəli tərəflər arasında Mediasuya Şürasının xx.xx.2025-ci il tarixli barışıq sazişinin tərtib olunduğu gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, ərizəçinin izahatını, Mediasiya Şürasının qərarı ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilməsi barədə Ərizəçi Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli MŞA/MT044/2025-00531 saylı barışıq sazişi təsdiq edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınıb Ərizəçi verilməsi barədə Ərizəçi Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli MŞA/MT044/2025-00531 saylı barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın və dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə)Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(5-162)-96/2026
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(5-162)-96/2026
02.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver