Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(5-163)-474/2026 10.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun oğlunun sədirliyi Məsimov Fərid Eldar oğlunun katibliyi Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 (maraqlı şəxs Tovuz regional Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən olunması barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X3 (maraqlı şəxs Tovuz regional Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən olunması barədə” ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş bacısı X1 xx.xx.2001-ci ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X3 məhkəməyə ərizə verərək bildirmişdir ki, hazırkı işin baxılmasını istəmir.. Ona görə də, iddia ərizəsinin baxılmamış saxlanılmas barədə qərar qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Məhkəmə ərizəni və ona əlavədilmiş sənədləri araşdıraraq hesab deir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X2 (maraqlı şəxs Tovuz regional Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi) “ölüm faktının müəyyən olunması barədə” ərizəsi baxılmamış saxlanılsın. Qərardan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(5-163)-474/2026
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(5-163)-474/2026
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver