Məhkəmə qərarları › İş №2(5-165)-46/2026

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-165)-46/2026

05.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(5-165)-46/2026 05.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 sədrliyi, xx katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «barışıq sazişinin təsdiq edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə alimentlə bağlı xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00280 saylı barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 150 manat məbləğində alimentin 2025-ilin may ayından hesablanaraq Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2015-ci ilin sentyabr ayında qeyri-rəsmi nikaha girərək ailə qurmuş, faktiki nikahlarından xx.xx.2016-cı ildə X3 doğulmuşdur. Cavabdehlə xasiyyəti düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs övladına baxmadığından və onun xərclərini qarşılmadığından “uşağın saxlanılması üçün sabit pul məbləğində aliment” tələbi ilə mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2024-00280 saylı barışıq sazişi imzalamışlar. Cavabdehin başqa yerdən qeyri rəsmi gəlirləri olduğundan onunla barışıq sazişi bağlayan vaxt belə razılaşmış ki, Maraqlı şəxs uşağın saxlanılması üçün hər ay 150 manat alimenti ona ödəyəcəkdir. Lakin 2025-ilin may ayından Maraqlı şəxs övladının alimentini ödəmir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində saylı MŞM/MT036/2024-00280 barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay 150 manat məbləğində alimentin 2025-ci ilin may ayından başlayaraq Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs ilə saziş bağlamışlar, lakin buna baxmayaraq alimenti ödəmir. Maraqlı şəxs ilə əlaqə saxlamış, ona “alimenti ödəyəcəyəm” demişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00280 saylı barışıq sazişindən görünür ki, tərəflər Maraqlı şəxs onların birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 2024-cü ilin aprel ayından başlayaraq, hər ay 150 manat aliment pulunu uşağın anası Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Masallı şəhərində doğulmuşdur. Anası Ərizəçi, atası Maraqlı şəxsdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Bu zaman barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsində imtina üçün əsasla yoxdur. Belə ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildir, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödəməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00280 nömrəli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulmasının başlanğıcı 2025-ci ilin may ayından hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar