Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(5-169)-93/2026 06.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi, Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, hamam infrastrukturunun cavabdeh tərəfindən öz hesabına standartlara uyğun vəziyyətə gətirilməsi və ekspertiza təyin edilməsi tələblərinə dair” iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyü məsələsinə 06 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus təmirli mənzilə vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehdən 800 (səkkiz yüz) manat məbləğində pulun alınaraq ona ödənilməsini; cavabdehə məxsus evin hamam infrastrukturu üzrə işlərin cavabdehin öz hesabına, mövcud tikinti və texniki standartlara uyğun vəziyyətə gətirilməsini, o, cümlədən böyük hamam vannasının öz yerinə qoyulmasını, hamamın kafelinin tavana qədər vurulmasını, sayğacdan gələn su borusunun mənzilin daxili hissəsindən deyil, kafelin altı ilə binanın arxa hissəsi ilə çəkilməsini; dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini; dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə iş matereallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa riayət edilmədən verildiyi üçün iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, hamam infrastrukturunun cavabdeh tərəfindən öz hesabına standartlara uyğun vəziyyətə gətirilməsi və ekspertiza təyin edilməsi tələblərinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(5-169)-93/2026
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(5-169)-93/2026
06.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver