Məhkəmə qərarları › İş №2(5-86)-24/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(5-86)-24/2026

28.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(5-86)-24/2026 28.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmiş, Culfa rayon Boyəhməd kənd tam orta məktəbi ilə aralarında bağlanmış 12 fevral 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Culfa rayonu, Boyəhməd kənd tam orta məktəbindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 16 oktyabr 2003-cü il tarixdə Culfa rayonu, Boyəhməd kənd orta məktəbində tam ştat ilə xadimə vəzifəsinə işə qəbul edilmişdir. 01 dekabr 2015-ci il tarixində ştat vahidi 1-dən 0,75 ştata endirilmişdir. 31 avqust 2018-ci il tarixdə yenidən 1 ştat vahidi ilə xadimə vəzifəsinə təyin edilmiş, 15 sentyabr 2021-ci il tarixdə 1 ştat vahidi 0,5 ştat vahidinə endirilmişdir. 16 sentyabr 2024-cü il tarixli, 61 nömrəli əmrə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən zaman əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən müqaviləyə xitam verildiyi qeyd edilsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və X9 (ƏMAS-da) müqaviləyə xitam verilməsi əsası kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.3-cü (dövlət qulluqçularının sayı və ştatları ixtisar edildikdə) maddəsinə əsasən xitam verilməsi göstərilmişdir. Bu özözlüyündə əmək hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla bağlı işəgötürənə müraciət etsə də, işəgötürən tərəfindən tələbi təmin olunmamışdır. Məsələnin həlli ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət etmiş, Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Belə ki, X3 bağlanmış 12 fevral 2025-ci il tarixli barışıq sazişinə əsasən onun işdən çıxarılması haqqında məlumatların ƏMAS-a düzgün daxil edilməsi üçün Barışıq Sazişi təsdiq olunan tarixdən etibarən 1 ay müddətində Culfa rayonu Boyəhməd kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət ediləcəyi barədə razılığa gəlinmiş, bundan sonra barışıq sazişi 1 ay müddətində icra edilməmişdir. Belə ki, yalnız ona X6 məktub gəlmiş, məktəbə bu barədə göstəriş veriləcəyi bildirilmişdir. Bunlara əsasən də, hesab edir ki, hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi və maraqlı şəxs Culfa rayonu, Boyəhməd kənd tam orta məktəbinə və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə mülki işə ərizəçinin və maraqlı şəxslərin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Məşğulluq Altsistemindən (ƏMAS) əldə edilmiş çıxarışdan görünür ki, Culfa rayonu, Boyəhməd kənd məktəbində xadimə işləyən X5 əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.3-cü (dövlət qulluqçularının sayı və ştatları ixtisar edildikdə) maddəsinə əsasən xitam verilməsi göstərilmişdir. Tərəflər arasında bağlanmış 12 fevral 2025-ci il tarixli, MŞN/25-A-00168 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Culfa rayon Boyəhməd kənd tam orta məktəbin direktoru X1 Güllü Ağa qızının işdən çıxarılma haqqında olan məlumatlarının ƏMAS-a düzgün işlənilməsi üçün barışıq sazişi təsdiq olunandan etibarən 1 ay müddətində Culfa rayonu Boyəhməd kənd tam orta məktəbin rəhbərliyi tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət ediləcəyi barədə razılığa gəlmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib, onlara məcmu halda hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Ərizəçi və Culfa rayonu Boyəhməd kənd tam orta məktəbin direktoru X8 arasında bağlanmış 12 fevral 2025-ci il tarixli, MŞN/25-A-00168 nömrəli barışıq sazişindən görünür ki, tərəflər arasında Ərizəçi işdən çıxarılma haqqında olan məlumatlarının ƏMAS-a düzgün işlənilməsi üçün barışıq sazişi təsdiq olunandan etibarən 1 ay müddətində Culfa rayonu Boyəhməd kənd tam orta məktəbin rəhbərliyi tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət ediləcəyi barədə razılığa gəlmişlər. Lakin, Culfa rayon Boyəhməd kənd tam orta məktəbin rəhbərliyi barışıq sazişi imzalandıqdan sonra sazişin şərtlərini icra etməmiş, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin- 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəyə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə müəyyən olunmuş öhdəliklərini icra etməmiş, Ərizəçi işdən çıxarılarkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndi əvəzinə “Dövlət qulluğu haqqında” AR qanununun 33.1.3-cü maddəsinin tələbləri əsas götürülmüş, məlumatlar ƏMAS-da düzgün yerləşdirilməmiş və həmin səhvliyin aradan qaldırılması üçün barışıq sazişində nəzərdə tutulan müddət ərzində Culfa rayon Boyəhməd kənd tam orta məktəbin rəhbərliyi tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət edilməmişdir. Baxmayaraq ki, tərəflər arasında bağlanmış 12 fevral 2025-ci il tarixli, MŞN/25-A-00168 nömrəli barışıq sazişində maraqlı şəxs Culfa rayon Boyəhməd kənd tam orta məktəbin rəhbərliyi Ərizəçi işdən çıxarılma haqqında olan məlumatlarının ƏMAS-a düzgün işlənilməsi üçün barışıq sazişi təsdiq olunandan etibarən 1 ay müddətində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət ediləcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Odur ki, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə ərizəçinin ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutulması tələbi ilə bağlı belə nəticəyə gəlir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Culfa rayon Boyəhməd kənd tam orta məktəbin rəhbərliyindən alınıb Ərizəçi verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 12 fevral 2025-ci il tarixli, MŞN/25-A-00168 nömrəli barışıq sazişinin 9-cu bəndində tərəflər razılığa gəlmişlər ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizəçi və Culfa rayon Boyəhməd kənd tam orta məktəbinin rəhbərliyi arasında bağlanmış 12 fevral 2025-ci il tarixli, MŞN/25-A-00168 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Tam mediasiya prosesində iştirak edən Culfa rayonu Boyəhməd kənd Tam Orta Məktəbin direktoru X1 Güllü Ağa qızının işdən çıxarılma haqqında olan məlumatların həqiqətən də ƏMAS-a səhv işləndiyini, həmin səhvliyin aradan qaldırılmasının mümkün olduğunu və məlumatların ƏMAS-a düzgün işlənilməsi üçün Barışıq Sazişi təsdiq olunandan etibarən 1 ay müddətində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət ediləcəyini öhdəsinə götürür. Ərizəçi işdən çıxarılma haqqında olan məlumatlarının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və X9 düzgün işlənilməsi üçün barışıq sazişi təsdiq olunandan etibarən 1 ay müddətində Culfa rayonu Boyəhməd kənd tam orta məktəbin rəhbərliyi tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət edəcəyi barədə razılığa gəlirlər. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Culfa rayon Boyəhməd kənd tam orta məktəbin rəhbərliyindən alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar