Məhkəmə qərarları › İş №2(5-86)-44/2026

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(5-86)-44/2026

16.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(5-86)-44/2026 16.02.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi, iddiaçı X3 iştirakı ilə, X3 “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət etmiş, 18 sentyabr 2019-cu il təvəllüdlü X7 onunla görüşməsi və hər ayda bir dəfə olmaqla şənbə günü saat 12:00-dan bazar ertəsi saat 12:00-dək onun yanında qalması, onun uşağı anasına qaytarmasına dair öhdəlik götürməsi barədə X1 Borclu arasında bağlanmış 18 avqust 2021-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Borclu alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 16 fevral 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət etmiş, ərizənin geri qaytarılmasını, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş maraqlı şəxs Borclu məhkəmə iclasında iştirak etməmiş, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi ərizənin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ərizə verilərkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, məhkəmə belə nəticəyə gəlir ki, 02 fevral 2026-cı il tarixdə, ********** nömrəli qəbzlə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, qərara aldım: X3 “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə X6 qaytarılsın. 02 fevral 2026-cı il tarixdə, ********** nömrəli qəbzlə 100 manat məbləğində ödənilmiş dövlət rüsumu X6 qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar