Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(5-88)-130/2026 03.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X3, 25 mart 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni əsaslandıraraq qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi X2 bildirdiklərinə və əldə olunmuş sənədlərə əsasən Ərizəçi mərhum X3 atasıdır. O, 10 sentyabr 1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, 25 mart 1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmiş, Naxçıvan Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinkasının 04 dekabr 2025-ci il tarixli, 3-28-34-3/2-B-185-xx-xx/2025 nömrəli arayışına əsasən mərhum X6 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi barədə məlumat olmadığı bildirilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr şöbəsinin 05 dekabr 2025-ci il tarixli, 79 nömrəli arayışına əsasən mərhum X3 ölümünün müəyyən edilməsi məqsədi ilə Naxçıvan MR vətəndaş vəziyyəti aktlarının arxivində və Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi" nə xx.xx.2025-ci il qədər daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir ölüm akt qeydi müəyyən edilmədiyi qeyd olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyinin 09 dekabr 2025-ci il tarixli, arayışına əsasən mərhum 1993-cü il təvəllüdlü X3 ölümü ilə bağlı sənəd aşkar olunmadığı qeyd olunmuşdur Naxçıvan Şəhər Nikah Evinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1122/2025 nömrəli məktubuna əsasən X3 adına ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün Naxçıvan Şəhər Nikah evi tərəfindən müvafiq məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Hüquqlarını müdafiə etdiyi Ərizəçi bildirdiklərinə və əldə olunmuş sənədlərə əsəsən Ərizəçi həyət yoldaşı mərhum X7 xx.xx.2023-ci il tarixdə vəfat etmişdir, ölümündən sonra ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin X3 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X3 ölüm haqqında şəhadətnaməsi tələb olunur. X3 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik hüququ haqqında şəhadətnaməsini ala bilməmişdir. Hüquqlarını müdafiə etdiyi Ərizəçi müvafiq dövlət orqanlarına müraciət etmişdir. X4 ölüm haqqında şəhadətnaməsini indiyədək almamışlar, bu səbəbdən də mərhum X3 ölüm haqqında qeydi qeydiyyat şöbəsi tərəfindən aparılmamışdır. X1 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmədiklərindən, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi İsayə Seyidova 11 fevral 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən, iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxs Naxçıvan Şəhər Nikah Evinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında Ərizəçi həyat yoldaşının miras əmlakı ilə bağlı müraciət etmək istədiyini, həmin vaxt mərhum övladlarının ölüm haqqında şəhadətnaməsinin alınmadığının müəyyən olunduğunu, ərizəçinin mərhum övladı X3 10 sentyabr 1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olduğunu, 25 mart 1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etdiyini, ölüm haqqında şəhadətnamə alınmadığından vərəsəlik işinin aparıla bilmədiyini, buna görə ərizəçinin oğlunun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində ərizəçi ilə sinif yoldaşı olduğunu, qohumluğu olmadığını, Kəmaləddinin oğlunun 8 yaşında 1993-cü ildə xərçəng xəstəliyindən rəhmətə getdiyini, uşağa babasının adını qoyduqlarını, qan xərçəngi olduğunu, uşağa 3 gün yas saxladıqlarını, həmin yas mərasimində iştirak etdiyini, uşağı Naxçıvan şəhər Qəbristnalığında dəfn etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində ərizəçinin qonşusu olduğunu, qohumluğu olmadığını, Kəmaləddinin oğlunun 8 yaşında xərçəng xəstəliyindən rəhmətə getdiyini, yas mərasimində iştirak etdiyini, uşağı Naxçıvan şəhər Qəbristnalığında dəfn etdiklərini bildirdi. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan Qərarda nəzərdə tutulan halların araşdırılması üçün məhkəmə tərəfindən aşağıda sadalanan sübutlara istinad edilmişdir: İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli, 3-16-5/8-15-1122/2025 nömrəli məktubda X3 25 mart 1993-cü ildə öldüyünə dair Naxçıvan şəhər Nikah Evinin arxivində heç bir məlumat tapılmadığı, vətəndaşın ölümünü təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün ölüm haqqında qeydiyyatın aparılması mümkün olmadığı, bu səbəbdən ölüm faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsinin tövsiyə olunduğu qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 05 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, X3 barəsində Naxçıvan şəhər Nikah evinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi 1993-1998-ci illər üzrə yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib - verilməməsi haqqında Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ-də məlumat yoxdur. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 19 sentyabr 1985-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 və Ərizəçi birgə nikahlarından 10 sentyabr 1985-ci il tarixdə Naxçıvan şəhərində X6 adlı övladları doğulmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə şəxsin ölməsi faktının qeydiyyatı üçün qanunvericilikdə göstərilmiş qaydalara əməl olunmamış, onun ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi olmadığından bu barədə tibbi şəhadətnamə tərtib olunmamış və hazırki mülki iş üzrə faktın təsdiq olunması ərizəçi üçün müvafiq hüquqi nəticələrə səbəb olacaqdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X11 1985 10/İX-25/İİİ 1993” yazıları qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, ərizəçinin vəkil və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum oğlu 10 sentyabr 1985-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 25 mart 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin olunmalı; -10 sentyabr 1985-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 25 mart 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 10 sentyabr 1985-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X3 25 mart 1993-cü il tarixdə Naxçıvan şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(5-88)-130/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-88)-130/2026
03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver