Məhkəmə qərarları › İş №2(5-88)-208/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-88)-208/2026

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-208/2026 16.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair iddiasını nəzərdən keçirib, müəyyən etdi:

1. Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 1995-ci ildə Naxçıvan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra ərizəçinin vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə hesab edir ki, ərizəçinin vəkilinin ərizəsi təmin edilməli və ərizə baxılmamış saxlanılmalıdır.

4. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

5. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın və iş baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan MR, Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hаkim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar