Məhkəmə qərarları › İş №2(5-89)-20/2026

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-89)-20/2026

25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(5-89)-20/2026 25.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X7 iclas katibliyi,məhkəməyə şahid qismində çağrılmış Şahid1 və Şahid2 iştirakları ilə, Ərizəçi Ordubad rayon Qeydiyyat şöbəsini maraqlı şəxs kimi cəlb etdiyi, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Orudbad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ordubad rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 avqust 1993-cü ildə Ordubad Rayonu Gənzə doğulmuş, mərhum qızı X1 05 dekabr 1993-cü ildə Ordubad Rayonu Gənzə kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi onunla əsaslandırılmışdır ki, onun qızı X3 16 avqust 1993-cü ildə Ordubad rayonu, Gənzə kəndində anadan olmuş, təxminən 4 ay yaşamış və 05 dekabr 1993-cü ildə həmin kənddə vəfat etmişdir. Ərizəçinin izahatına görə, mərhum Ordubad rayonu Gənzə kənd qəbiristanlığında dəfn edilmiş, yas mərasimi kənddə keçirilmişdir.Ərizəçi göstərmişdir ki, mərhumun vəfatından sonra ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Mərkəzi Xəstəxanasına müraciət edilmiş, lakin həmin tibb müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir.Bundan sonra ərizəçi Ordubad Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat orqanı tərəfindən ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilməsinin zəruri olduğu izah edilmişdir.Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində mərhumun vəfat etməsi və Ordubad rayonu Gənzə kənd qəbiristanlığında dəfn olunması hallarının kənd sakinləri Şahid1 və Şahid2 tərəfindən şahid qismində təsdiq oluna biləcəyini göstərmiş və həmin şəxslərin məhkəməyə çağırılmasını xahiş etmişdir. Ərizəçi qeyd etmişdir ki, mərhum qızı X1 ölüm haqqında şəhadətnaməsini inzibati qaydada əldə etmək mümkün olmamışdır və bu səbəbdən ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçiyə məhkəmənin keçiriləcəyi yer və vaxt barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin xx.xx.2026-cı il tarixdə keçiriləcək iclasa ərizəçi iştirak etməmişdir. Ərizəçi məhkəməyə gəlmədiyini teleqram vasitəsilə bildirmiş, teleqramında qeyd etmişdir ki, həmin iclasda səhhəti ilə bağlı iştirak edə bilməyəcək və ərizəsini müdafiə edir. Məhkəmənin yer və vaxtı barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verildiyi bildirildiyi halda, onun nümayəndəsi iclasda iştirak etməmişdir. xx.xx.2026-cı il tarixli, 2-(5- 89)-20/2026 nömrəli məhkəmə bildirişi ilə əlaqədar olaraq, maraqlı şəxs Ordubad Rayon Qeydiyyat Şöbəsi məlumat vermişdir ki, iş çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. Maraqlı şəxs xahiş etmişdir ki, onun iştirakı olmadan işə baxılması və yekun qərarın qəbul edilməsi təmin edilsin.. Məhkəmə ərizəçinin və Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş Şahid1 bildirmişdir ki, o, ərizəçinin kəndçisidir, mərhumə X1 05 dekabr 1993-cü il tarixdə Ordubad rayonu Gənzə kəndində vəfat etdiyini, hətda onun məzarını qazdığını və onu dəfn etdiyini və bununla əlaqədar ailəsi tərəfindən el adəti ilə keçirilən yas mərasimində iştrak etdiyini, mərhumun Ordubad rayonu Gənzə kənd qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid2 bildirmişdir ki o, ərizəçinin kəndçisidir, o, mərhumə X1 05 dekabr 1993-cü il tarixdə Ordubad rayonu Gənzə kəndində vəfat etdiyini, və bununla əlaqədar ailəsi tərəfindən el adəti ilə keçirilən yas mərasimində iştrak etdiyini, mərhumun Ordubad rayonu Gənzə kənd qəbirstanlığında dəfn edildiyini bildirmişdir. Məhkəmə şahidlərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Ordubad Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş Ərizəçi müraciətinə əsasən, qızı X1 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu,ölüm haqqında tibbi şəhadətnamə mövcud olmadığından, qeydiyyat şöbəsi tərəfindən ölüm barədə arayış verilə bilməyəcəyi bildirilmişdir. 6 saylı Bakı “ASAN xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, vətəndaş Ərizəçi ailə üzvləri qeyd edilmişdir. arvadı X2 (ölüm tarixi xx.xx.2025), qızları X8 (xx.xx.1988), X9 (xx.xx.1989), X10 (xx.xx.1991), X3 (xx.xx.1993), oğlu X4 (xx.xx.1995). M.Ə.Əfəndiyev adına X21 və Bakı Baş Səhiyyə Mərkəzi, 2 nömrəli Uşaq Poliklinikasının xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, X1 xx.xx.1993-cü il tarixdə doğulduğu təsdiqlənmişdir. X20 Mərkəzi və Ordubad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, X1 ölüm faktı barədə tibbi sənəd mövcud deyil (ölüm tarixi: xx.xx.1993). Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X22 "Baki Baş Səhiyyə Mərkəzi" X22 Baki Şəhəri 2 X12-nın xx.xx.2025-ci il tarixli 18-1-1-85/2-Ş-416-xxxx/2025 saylı arayışından görünür ki, vətəndaş Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilimişdir ki, xx.xx.1993-cü il təvəllüdlü X1 ölüm faktı barədə poliklinikanın arxivində hər hansı tibbi sənəd olmadığı üçün ölüm haqqında arayışın verilməsi mümkün deyil. Bakı şəhər Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş Ərizəçi xx.xx.2025-ci il tarixli “X1 ölüm faktının qeydə alınması” ilə bağlı müraciətinə baxılmışdır. Məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.1-ci maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə, məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınır. Məktubdan görünür ki, 8.5-ci maddəyə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Məktubdan görünür ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından, vətəndaş Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunur. "xxxx" ASC, Naxçıvan filialı, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Ordubad Rayon İcra Hakimiyyəti başçısının Gənzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Hüseynlinin xx.xx.2031-ci il tarixli arayışından görünür ki, vətəndaş Ərizəçi qızı X3 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və Gənzə kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına məzarın foto şəkilləri də əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi qızı X1 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1993-cü il tarixdə doğulmuş X1 05 dekabr 1993-cü il tarixdə Ordubad rayon Gənzə kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə doğulmuş X1, 05 dekabr 1993-cü il tarixdə Ordubad rayon Gənzə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. X5 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar