Məhkəmə qərarları › İş №2(5-89)-40/2026

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-89)-40/2026

23.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(5-89)-40/2026 23.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi, əriəzçi Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə , müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış MŞS/MT030/2025/01851 saylı «Barışıq sazişi»nin 2-ci və 4-cü bəndlərinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə müraciət edərək göstərmişdir ki, Maraqlı şəxs ilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə MŞS/MT030/2025/01851 saylı mediasiya işi üzrə barışıq sazişi bağlanmışdır.Ərizəçinin bildirdiyinə görə, həmin sazişin 2-ci bəndinə əsasən tərəflər xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası Ərizəçi himayəsində olmaqla onunla birlikdə yaşamaları barədə razılığa gəlmişlər.Bundan əlavə, ərizəçinin qeyd etdiyinə əsasən, barışıq sazişinin 4-cü bəndinə uyğun olaraq Maraqlı şəxs yetkinlik yaşına çatanadək uşaqların saxlanılması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində alimenti ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür.Ərizəçi göstərmişdir ki, maraqlı şəxs üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, aliment ödənişlərini həyata keçirməmiş və bu günədək həmin borcdan heç bir məbləğ ödəməmişdir.Ərizəçi hesab edir ki, cavabdeh “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 55- 23.1-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişi könüllü qaydada icra edilmədikdə, ərizəçi həmin sazişin məcburi icrası üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququna malikdir.Yuxarıda göstərilənlərə əsasən, ərizəçi məhkəmədən xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025/01851 saylı mediasiya işi üzrə bağlanmış barışıq sazişinin 2-ci və 4-cü bəndlərinin təsdiq edilməsi və həmin sazişin məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan xx.xx.2009-cu il təvəllüdlü X1 AZ İİ N 337017 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, o Naxçıvan şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İş materiallarında olan xx.xx.2010-cu il təvəllüdlü X3 AZ İİ N 508372 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, o Ordubad rayonunun Başdizə kəndində doğulmuş, valideynləri Maraqlı şəxs və Ərizəçidır. İş materiallarında olan “ASAN ödəniş” sisteminə dair **********44 nömrəli, xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Sumqayıt 1 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞS/MT030/2025/01851 saylı Barışıq Sazişindən görünür ki, 2-ci bənd üzrə razılaşmada tərəflər birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anaları Ərizəçi himayəsində olmaqla onunla birlikdə yaşamaları barədə qarşılıqlı razılığa gəlmişlər. 4-cü bənd üzrə razılaşmada, Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Habelə maraqlı şəxs ərizə ünvanlayaraq barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞS/MT030/2025/01851 saylı barışıq sazişinin 2-ci və 4-cü bəndləri təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əriəzçi Ərizəçi ilə Maraqlı şəxs ilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesində xx.xx.2025-ci ildə MŞS/MT030/2025/01851 saylı mediasiya işi üzrə bağlanmış barışıq sazişinin 2-ci və 4-cü bəndi təsdiq edilsin. 2-ci bənd- Tərəflər birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası Bayramq qızının himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar 4-cü bənd Maraqlı şəxs, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 200(iki yüz) manat olmaqla cəmi 400(dörd yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq Ərizəçi ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar