Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(5-89)-6/2026 02.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X10 iclas katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Ordubad rayon Qeydiyyat şöbəsini maraqlı şəxs kimi cəlb etdiyi, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Orudbad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İmanova X12 rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ordubad rayonu, Tivi kəndində yaşamış 1910-cu il təvəllüdlü mərhum nənəsi X3 02 sentyabr 1978ci il tarixdə Ordubad rayonu, Tivi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X5 1910-cu il təvəllüdlüdür və 02 sentyabr 1978-ci il tarixdə Ordubad rayonu, Tivi kəndində vəfat etmiş, Tivi kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəyə əlavə olunmuş fotoşəkillər mərhumun dəfn olunduğu qəbirin mövcudluğunu təsdiqləyir. Ərizədən aydın olur ki, ərizəçi mərhum nənəsinin ölüm haqqında şəhadətnaməsini müvafiq dövlət orqanlarından indiyədək ala bilməyib və buna görə də mərhum nənənin ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır.ərizəçi mərhum nənəsindən miras qalan torpaq sahəsinin sənədləşdirilməsi üçün birinci dərəcəli vərəsəsi kimi ölüm haqqında şəhadətnamənin təqdim edilməsini tələb etmişdir və bu səbəbdən mərhum nənənin ölüm faktının təsdiq olunması məqsədilə məhkəməyə müraciət edir.Ordubad rayon Qeydiyyat şöbəsinin 18 dekabr 2025-ci il tarixli, 528 nömrəli arayışında “Vətəndaşlıq vəziyyəti aktları” X2 sistemində 1948–2025-ci illər üzrə bütün vətəndaşlıq aktları üzrə yoxlama aparıldığı və mərhumun ölüm aktının aşkar olunmadığı bildirilmişdir. Ordubad rayon Qeydiyyat şöbəsinin 19 dekabr 2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olduqda ölümün qeydiyyatı aparıla bilər, tibbi şəhadətnamə olmadıqda isə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Ordubad rayon Xəstəxanasının 19 dekabr 2025-ci il tarixli məktubunda bildirilir ki, X1 02 sentyabr 1978-ci il tarixdə vəfat etməsinə baxmayaraq, xəstəxanada onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir.Ordubad rayonu, Tivi kənd Bələdiyyəsinin 17 dekabr 2025-ci il tarixli arayışında mərhumun 02 sentyabr 1978-ci il tarixdə vəfat etdiyi və Tivi kənd qəbiristanlığında dəfn olunduğu təsdiqlənmişdir. Beləliklə, ərizəçi X1 ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yer və vaxtı barədə maraqlı şəxsə rəsmi qaydada məlumat verildiyi bildirildiyi halda, onun nümayəndəsi iclasa iştirak etməmişdir. xx.xx.2026-cı il tarixli, 2-(5- 89)-6/2026 nömrəli məhkəmə bildirişi ilə əlaqədar olaraq, maraqlı şəxs Ordubad Rayon Qeydiyyat Şöbəsinə məlumat vermişdir ki, iş çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. Maraqlı şəxs xahiş etmişdir ki, onun iştirakı olmadan işə baxılması və yekun qərarın qəbul edilməsi təmin edilsin.. Məhkəmə ərizəçinin və Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ordubad Rayon İcra Hakimiyyəti Tivi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli arayış Ərizəçi verilmiş, onun Ordubad rayon Tivi kəndində qeydiyyatda olduğu və hal-hazırda həmin kənddə yaşadığı təsdiqlənmişdir. Arayış Ordubad Rayon Məhkəməsinə təqdim edilmək üçün verilmişdir. İş materiallarında olan Ordubad Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-15-315/2025 nömrəli arayışına əsasən, vətəndaş Ərizəçi ərizəsi ilə bağlı bildirilmişdir ki, nənəsi X1 ölümünün qeydiyyatı üçün tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi təqdim edilməli olduğu bilirilmiş və vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan X22 Mərkəzi və Ordubad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli tibbi arayışından görünür ki, Ərizəçi ona görə məlumat təqdim olunmuşdur ki, o, Ordubad Rayon Mərkəzi Xəstəxanasına nənəsi, 1910-cu il təvəllüdlü X3 (ölüm tarixi xx.xx.1978) ölüm haqqında tibbi şəhadətnaməsi üçün müraciət etmişdir. Arxiv sənədlərinə əsasən məlum olmuşdur ki, vətəndaşa ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 528 nömrəli arayışa (Forma № 14) əsasən, X5 barəsində Ordubad rayon qeydiyyat şöbəsinin arxivində və VVA X2 Sistemində ölüm akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən 19 dekabr 2025-ci il tarixdə verilmiş 534799 nömrəli Doğum haqqında akt qeydindən Çıxarışa əsasən, X14 15 iyun 1949-cu il tarixdə Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. Həmin sənədlə təsdiq edilir ki, doğum haqqında akt qeydi 03 iyul 1949-cu il tarixdə 07 nömrə ilə tərtib edilmiş, uşağın atası X15, anası isə X5 göstərilmişdir. İş materiallarında olan, AZ-T № 315876 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.1978-cı il tarixdə Ordubad şəhərində doğulmuş. Ata qrafasında X14, ana qrafasında X11 qeyd olunmuşdur İş materiallarında olan, 08 aprel 2016-cı il tarixdə verilmiş AZ-İ № 597134 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən, vətəndaş X14 03 mart 2016-cı il tarixdə Ordubad rayonunun Tivi kəndində vəfat etmişdir. Ölüm səbəbi qara ciyər çatışmamazlığı olmuşdur, həmin sənədlə təsdiq edilir ki, ölüm haqqında akt qeydi 08 aprel 2016-cı il tarixdə 04 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Ordubad Rayon Biləv Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, mərhum X5 xx.xx.1978-ci il tarixdə vəfat etmiş və Tivi kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan "xxxx" ASC Naxçıvan filialı tərəfindən xx.xx.2025-ci il tarixli ödəniş qəbzində vətəndaş Ərizəçi dövlət rüsumu olaraq 100 manat ödəniş etdiyi təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş məzarın foto şəkillərindən görünür ki, məzarın baş daşı hissəsində ad olaraq X6 yazılmış və eyni zamanda tarix olaraq 1910-1978 ci illər (doğum tarixi və ölüm) qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi qızı X4 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə və ya qeydiyyat orqanına əsasən ölmüş şəxsin yaxın qohumları müraciət edə bilər. Yaxın qohumlara arvad (əri), valideynlər, babalar, nənələr, övladlar, övladlığa götürənlər və götürülənlər, nəvələr, doğma və ögey qardaşlar və bacılar aiddir. Əgər yaxın qohumlar yoxdursa, digər qohumlar və ya qanuni nümayəndələr də müraciət edə bilər. Müraciət edən şəxs qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir. Bu qayda həm məhkəmə, həm də qeydiyyat orqanı qarşısında tətbiq edilir və ölüm faktının müəyyən edilməsi üçün əsas hüquqi tələblərdən biridir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi X1 qanuni nəvəsidir. Bu qohumluq əlaqəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad rayon qeydiyyat şöbəsinin 19 dekabr 2025-ci il tarixli 534799 nömrəli doğum akt qeydi ilə təsdiqlənmişdir. Sənədə əsasən, X14 15 iyun 1949-cu il tarixdə Ordubad rayonunun Tivi kəndində anadan olmuş, atası X15, anası isə X5 göstərilmişdir. Beləliklə, mərhum nənə X5 ərizəçinin atası tərəfdən nənəsi kimi təsdiqlənir.Ərizəçi mərhum nənəsi X3 02 sentyabr 1978-ci il tarixdə Ordubad rayon, Tivi kəndində vəfat etməsi faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş fotoşəkillər mərhumun dəfn olunduğu qəbirin mövcudluğunu təsdiqləyir. Ərizədən aydın olur ki, ərizəçi mərhum nənəsinin ölüm haqqında tibbi şəhadətnaməsini müvafiq dövlət orqanlarından indiyədək ala bilməmiş və buna görə də mərhum nənənin ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Ərizəçi mərhum nənəsindən miras qalan torpaq sahəsinin sənədləşdirilməsi üçün birinci dərəcəli vərəsəsi kimi ölüm haqqında şəhadətnamənin təqdim edilməsini tələb etmiş və bu səbəbdən mərhum nənənin ölüm faktının təsdiq olunması məqsədilə məhkəməyə müraciət etmişdir.Ordubad rayon Qeydiyyat şöbəsinin 18 dekabr 2025-ci il tarixli, 528 nömrəli arayışında göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” X2 sistemində 1948– 2025-ci illər üzrə bütün vətəndaşlıq aktları yoxlanılmış və mərhumun ölüm aktı aşkar olunmamışdır. Həmçinin, Ordubad rayon Qeydiyyat şöbəsinin 19 dekabr 2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ordubad rayon Xəstəxanasının 19 dekabr 2025ci il tarixli məktubunda isə X1 02 sentyabr 1978-ci il tarixdə vəfat etməsinə baxmayaraq, ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi qeyd olunmuşdur. Ordubad rayonu, Tivi kənd Bələdiyyəsinin 17 dekabr 2025-ci il tarixli arayışında mərhumun 02 sentyabr 1978-ci il tarixdə vəfat etdiyi və Tivi kənd qəbiristanlığında dəfn olunduğu təsdiqlənmişdir.X22 Mərkəzi və Ordubad Rayon Mərkəzi Xəstəxanasının 22 dekabr 2025-ci il tarixli tibbi arayışları və "xxxx" ASC Naxçıvan filialının 22 dekabr 2025-ci il tarixli ödəniş qəbzi də ərizəçinin işə hüquqi marağını və dövlət rüsumunu ödədiyini təsdiqləyir. İş materiallarına əlavə edilmiş fotoşəkillər mərhumun qəbirinin mövcudluğunu və məzar üzərində ad və tarixlərin (1910–1978) qeyd olunduğunu göstərir.Məhkəmə hesab edir ki, ərizəçinin nənəsi ilə olan qanuni nəvəliyi sənədlərlə tam təsdiqlənmişdir və ərizəçinin mərhum nənəsinin ölüm faktının müəyyən edilməsi üçün əsaslı hüquqi marağı mövcuddur. Ordubad rayon Qeydiyyat şöbəsinin və müvafiq tibb müəssisələrinin verdiyi arayışlar, eləcə də Bələdiyyə arayışı və məzar fotoşəkilləri iş materiallarında göstərilən faktları dəstəkləyir. Nəticə olaraq, məhkəmə qərara alır ki, Ərizəçi X1 02 sentyabr 1978-ci il tarixdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair müraciəti təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 02 sentyabr 1978-ci il tarixdə Ordubad rayon Tivi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan apellyasiya şikayət verilmədiyi halda, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №2(5-89)-6/2026
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-89)-6/2026
02.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver