Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(5-90)-12/2026 18.03.2026 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sədərək Rayon Qeydiyyat Şöbəsinin rəisi X2 iştirakı ilə, Ərizəçi, övladı 14 oktyabr 1984-cü il təvəllüdlü X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi - Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1984-cü il tarixdə doğulmuş övladı Ərizəçi 03 iyul 1995-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclasında iştirak edən Ərizəçi xahişini müdafiə edərək izahatında, həyat yoldaşı X5 ilə birgə nikahlarından xx.xx.1984-cü il tarixində X3 dünyaya gəldiyini, lakin doğulduqdan 11 il sonra yəni 03 iyul 1995-ci il tarixdə anadangəlmə xəstəlik səbəbindən vəfat etdiyini, Sədərək kənd qəbirstanlığında dəfn edildiyini, övladının vəfatı ilə bağlı həmin illər ailəsi olaraq onlara çox təsir etdiyini, həmin dövr onun ölümü ilə bağlı heç bir sənədləşmə işi aparılmadığını, öz savadsızlıqları, həm də məsuliyyətsizliklərindən həmin dövrdə ailəsində olan problemlər ucbatından övladları sağ ikən doğum haqqında şəhadətnamə alsalar da, övladı vəfat etdikdən sonra ölüm haqqında tibbi arayış və ya ölüm haqqında şəhadətnamə almadıqlarını, ona görə də 14 oktyabr 1984-cü il təvəllüdlü X3 hal-hazırda sağ kimi qeydiyyatda durduğunu və onun ölümü ilə bağlı qeydiyyat şöbəsində heç bir məlumat tapılmadığını, həmin ölümü qeydiyyat şöbələrində təsdiq etmək üçün ölüm haqqında tibbi şəhadətnamə alınması tələb olsa da, həmin vaxtı ölüm haqqında tibbi şəhadətnamənin alınmadığını, ona görə də, ölüm haqqında şəhadətnamə alınması qeydiyyat şöbəsində mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyəti yarandığını, o və yoldaşının heç bir yerdə işləmədiyini, maddi imkanının çox aşağı olduğunu, övladlarının onları saxlaması üçün maddi imkanlarının olmadığını, maddi baxımdan əziyyət çəkdiyi üçün sosial yardım almaq məqsədi ilə ƏSMM-nə müraciət etdiyini, lakin övladının sistemdə sağ görünməsinə və faktiki olaraq vəfat etməsinə görə, bu hüququndan ƏSMM tərəfindən imtina cavabı verildiyini, ona görə də övladı 14 oktyabr 1984-cü il təvəllüdlü X3 ölümünün müəyyən edilməsi zərurəti yarandığını, bununla bağlı Sədərək Rayon Qeydiyyat şöbəsinə müraciət etdiyini lakin ölüm haqqında heç bir məlumat və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə Qeydiyyat şöbəsinin imtina cavabı verdiyini və bununla bağlı məhkəməyə müraciət etməli olduğumuzu bildirdiyini, ölüm haqqında tibbi şəhadətnamə və ya hər hansısa bir sənəd tapmaq üçün Sədərək rayonunda bütün arxivlərə onunla əlaqəli dövlət qurumlarına şifahi müraciət etsə də, rəsmi heç bir məlumat tapa bilmədiyini, yalnız övladının ölməsi və harada dəfn edilməsi ilə bağlı qeyd Sədərək Rayon İH-nin Sədərək kənd İcra nümayəndəliyində tərəfindən bununla bağlı qeydiyyat aparılmış və həmin qeydiyat müraciəti əsasında övladının vəfat etməsi və hansı qəbirstanlıqda dəfn edilməsi ilə bağlı arayış aldığını, övladının 14 oktyabr 1984-cü il tarixdə X3 doğumu və 03 iyul 1995-ci il tarixdə ölümü rayon ərazisində onları tanıyan qohumlar, qonşular hər kəsin şahid olduğunu və haliyədə Sədərək Rayonunda faktiki olaraq yaşadıqlarını bildirərək 14 oktyabr 1984-cü il təvəllüdlü X3 03 iyul 1995-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sədərək Rayon Qeydiyyat Şöbəsinin rəisi X7 məhkəmə iclasında izahat verərkən bildirdi ki, ərizəçi Sədərək rayon sakini Ərizəçi 2026-cı ilin fevral ayında Sədərək rayon Qeydiyyat şöbəsinə yazılı müraciət edərək 14 oktyabr 1984-cü il təvəllüdlü X3 ölüm akt qeydinin bərpa edilməsini xahiş etdiyini, tərəflərindən qeydiyyat şöbəsinin arxivini və elektron sistemini yoxlayarkən X3 doğum qeydinin aparılması müəyyən edildiyini, lakin ölümü ilə bağlı akt qeydinin aparılmadığının müəyyən edildiyini, bu baxımdan Ərizəçi ölüm akt qeydinin bərpa edilməsinin mümkün olmadığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarına əsasən ərizəçinin ölüm akt qeydinin bərpa edilməsini mümkün olmadığını, ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 ifadəsində bildirdi ki, uzun illərdi Sədərək rayon Sədərək kəndində yaşadığını, Sədərək kənd sakini Ərizəçi ilə həmkəndli olmaqla yanaşı uzun illər bir yerdə sürücü işlədiklərini, Əvəzin beş övladının olduğunu onlardan bir oğlan övladının birinin anadan gəlmə xəstə olduğunu, 1995-ci ilin yayında həmin uşağın vəfat etdiyini eşitdiyini və Əvəz gilə gedərək həmin oğlan uşağını aparıb Sədərək kənd qəbirstanlığında dəfn etdiklərini göstərdi. Məhkəmə iclasında şahid kimi ifadə verən Şahid2 bildirdi ki, Şərur rayon Sədərək kəndində anadan olmaqla bu günə kimi həmin kənddə yaşadığını, Ərizəçi ilə uzun illərdi qonşu yaşadıqlarını, Əvəzi və ailə üzvülərini yaxşı tanıdığını, 1984-cü ildə Əvəzin Bəhlul adında bir oğlan övladının olduğunu və xəstə olduğu üçün 1995-ci ildə xəstəlikdən vəfat etdiyini, digər qonşular kimi onun da həm dəfində həm də məylisdə iştirak etdiyini, Bəhlulun meydini Sədərək kənd qəbirstanlığında dəfn etdiklərini bildirdi. Məhkəmə təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin, maraqlı şəxsin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli doğum haqqında şəhadətnamənin çıxarışından müəyyən edilir ki, X8 14 oktyabr 1984-cü il tarixdə Şərur Rayon Sədərək kəndində anadan olmuşdur və atası Ərizəçi anası X5 göstərilmişdir. İş materiallarında olan Sədərək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 05/xx-xx-2026 saylı arayışından görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.1984-cü ildən xx.xx.2026-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi Sədərək Rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Sədərək rayon İH-nin Sədərək kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2026-cı il tarixli 5-26-2/2-160-A/26 nömrəli arayışından da müəyyən olunur ki, Sədərək Rayonu Sədərək kənd sakini iş üzrə Ərizəçi övladı X1 Rayonu Sədərək kəndində vəfat etmiş və Sədərək kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə çıxarılmış məlumatdan aydın olur ki, Ərizəçi Sədərək royon Sədərək kəndində qeydiyyatdadır. İş materallarına əlavə olunmuş Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 05/09İS/022569-26 saylı arayışından aydın olur ki, Ərizəçi ailə tərkibi arvadı X5, qızları X14, X9 və oğulları X8, X6, X4 ibarətdir. Məhkəmə yuxarıda göstərilən xüsusatlara qiymət verərək bir daha müəyyən edir ki ərizəçinin xahişi təmin olunmalıdır. Ona görə ki, işə əlavə olunmuş sənədlər, ərizəçinin və maraqlı şəxsin izahatı və şahid ifadələri bir daha təsdiq edir ki, Ərizəçinin oğlu- X16 xx.xx.1984-cü il tarixdə doğulmuş, 03 iyul 1995-ci ildə anadangəlmə xəstəlik nəticəsində vəfat etmiş, eyni zamanda Bəhlulun ölümünün qeydə alınması ilə bağlı Sədərək rayon Qeydiyyat şöbəsinə müraciət edildiyini, lakin qeydiyyat şöbəsindən "ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməli olduğunu cavablandırdığını, bundan sonra ərizəçi oğlunun ölüm şəhadətnaməsini almaq üçün müəyyən olunmuş müddəti buraxdığı üçün bir çox idarə və müəssisələrə müraciət etsədə ölüm haqqında şəhadətnamə ala bilmədiyini, ərizəçinin sosial yardım ala bilmədiyini, övladının sistemdə sağ görünməsi səbəbindən bu hüququndan ƏSMM tərəfindən imtina verildiyini nəzərə alınaraq 14 oktyabr 1984-cü il təvəllüdlü X3 03 iyul 1995-ci il tarixində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinin mətnindən görünür ki, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin araşdırılan halları ilə 14 oktyabr 1984-cü il təvəllüdlü X3 xx.xx.1995-ci il tarixində Sədərək kəndində ölməsi təsdiqini tapdığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası vətəndaşı 14 oktyabr 1984-cü il təvəllüdlü X3 xx.xx.1995-ci il tarixində ölməsi faktı müəyyən edilməli və ölümü akt qeydiyyatı kitabında qeydə alınmalıdır. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi xahişi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsini, Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası qanunun 5-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 305, 307ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi xahişi təmin edilsin. 14 oktyabr 1984-cü ildə Şərur rayon Sədərək kəndində anadan olmuş X8 xx.xx.1995-ci il tarixdə Sədərək rayon Sədərək kəndində ölməsi faktı müəyyən edilsin. Ölüm faktının qeydə alınması Sədərək rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №2(5-90)-12/2026
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(5-90)-12/2026
18.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver