Məhkəmə qərarları › İş №2(5-91)-57/2026

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(5-91)-57/2026

17.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(5-91)-57/2026 17.03.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakim Səfərov Daşqın Yaqub oğlu Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdim: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək X1 14 iyul 1997-ci il tarixdə Şahbuz rayon Ağbulaq kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Məhkəmələrinin elektron məhkəmə informasiya sistemindən şəxsiyyət vəsiqəsinin məlumatlarından çıxarışdan belə məlum olur ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmçinin sözügedən iddia tələbi üzrə qanunda ümumi aidiyyət qaydasından fərqli qayda müəyyən edən hər hansı başqa hal nəzərdə tutulmamışdır. Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri də aidiyyət institutudur. Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə təcrübəsində aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. MPM-in 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki ərizə isə Ərizəçi tərəfindən tərtib edilsə də onun tərəfindən imzalanmadan məhkəməyə göndərilmişdir. Bundan əlavə məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.2-ci bəndinin tələbinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 (bir yüz) manatdır. Hazırki ərizə isə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizə olduğundan ödənilməli olan dövlət rüsumunun miqdarı 100 (bir yüz) manatdır. İş materialları ilə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edən zaman dövlət rüsumu olaraq 100 (bir yüz) manat ödəməli olduğu halda 10 (on) manat dövlət rüsumu ödəməsi müəyyən olunur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəi geri qaytarıldığında və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar