Məhkəmə qərarları › İş №2(5-93)-103/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-93)-103/2026

03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-93)-103/2026 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, Hacıyeva Nigar Zahid qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində X5 cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ №057634 nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X8 oğlunun arvadıdır.

2. AA ******* seriyalı, 3PL9H72 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 oğlu xx.xx.1975-ci ildə doğulmuşdur.

3. Respublika Təcili və X2 Mərkəzi PHŞ-nin Sumqayıt TTTYS-nın 2 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov 91 ünvanında X8 oğluna dair bioloji ölüm təsdiq olunmuşdur.

4. Sumqayıt şəhər İcra Hakimiyyətinin Kommunal X1 Vətəndaşlara Xidmət idarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən X8 oğlu xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Qəbirstanlığında dəfn olunmuşdur.

5. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-3753/2025 saylı məktuba əsasən X8 oğlu ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması imkan xaricindədir.

6. Azərbaycan Respbulikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-20/2-A-43xx-xx-4573/2025 nömrəli məktubdan görünür ki, X8 oğlunun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.

Ərizə tələbi və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) ərizə tələbi

7. Ərizəçi maraqlı şəxs Binəqədi Rayon Qeydiyyat Şöbəsinə cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1975-ci il təvəllüdlü əri X8 oğlunun yaşadığı ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X8 oğlu yaşadığı ünvan 3 ünvanında xx.xx.2025-ci il tarixində dünyasını dəyişmişdir. X7 Həmid oğlu Sumqayıt şəhər qəbirstanlıgında dəfn olunmuşdur. Ölüm hadisəsi xx.xx.2025-ci il tarixdə baş vermişdir və bununla bağlı Respublika Təcili və X2 Mərkəzi PHŞ Sumqayıt TTTYS tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı iddiaçı tərəfindən müraciət olunsa da sözügedən xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Maraqlı şəxs isə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurəti meydana gəlmişdir.

b) ərizəyə qarşı etiraz

9. Ərizəyə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, bu faktın oğlu ilə bağlı ailə başçısının itirilməsinə görə pensiya almaq üçün zəruri olduğunu bildirmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.

12. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verərək bildirmişdir ki, ərizəçi onun xalası qızıdır. X8 oğlu xx.xx.2025-ci il tarixdə ölmüş, bir gün sonra, yəni xx.xx.2025ci il tarixdə Sumqayıt şəhər Qəbirstanlığında dəfn olunmuşdur.

13. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadə verərək bildirmişdir ki, ərizəçi onun bibisi nəvəsidir. X8 oğlu xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir, növbəti gün o iştirak etmişdir. Mərhum xəstə olmuş, dəfn və yas mərasimlərində iştirak etmişdir.

14. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadə verərək bildirmişdir ki, ərizəçi onun bacısı qızıdır. Yaşı ilə əlaqədar X8 oğlunun dəfn mərasimində iştirak edə bilməsə də həqiqətən təsdiq edir ki, X8 oğlu xx.xx.2025-ci il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmə baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

19. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, işdəki sübutlara – müvafiq sənədlərə, ərizəçinin izahatı və şahid ifadələrinə məcmu halında qiymət verilərkən müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü X8 oğlu xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.

21. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.

22. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

23. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin onun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 oğlunun xx.xx.2025-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.

24. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1975-cü il təvəllüdlü X8 oğlunun xx.xx.2025-ci il tarixdə, ünvan 2 ünvanında, ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar