Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-93)-734/2026 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi X3 maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, X3 Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə ailə qurmuş, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Yaranmış ailə mübahisəsinin məhkəmədə həll olunması üçün qanunvericiliyin tələblərinə müvafiq qaydada mediasiya təşkilatına müraciət etmişlər. Mediasiya təşkilatında mediasiya prosesi zamanı Maraqlı şəxs ilə razılıq əldə etmiş və aralarında xx.xx.2025 -ci il tarixli, MŞB/6-01465 nömrəli barışıq sazişi üçtərəfli qaydada imzalanmışdır. Aralarında yaranmış ailə mübahisəsinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6274/2025 saylı qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixində aralarında bağlanmış nikah pozulmuşdur. Uşaqların saxlanılması üçün aliment isə barışıq sazişi ilə tənzimləndiyindən məhkəmə qətnaməsində onun icrası öz əksini tapmamışdır. Maraqlı şəxs ilə barışıq sazişinin 2.3-cü bəndində qeyd edilmiş aliment haqqının ödənilməsi hissəsində öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığı, alimenti gecikdirdiyi, vaxtı vaxtında ödəməməsi və ödəyəndə də təyin edilmiş alimenti çox aşağı məbləğdə ödədiyi bildirilmişdir. Bu səbəbdən Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025 -ci il tarixli, MŞB/6-01465 nömrəli barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 dəqiqləşmə ərizəsi təqdim edərək barışıq sazişinin yalnız alimentin ödənilməsi hissəsində təmin olunmasını məhkəmədən xahiş etdi. izahatında bildirdi ki, artıq boşanmışlar vəuşaqla ünsiyyətə dair məsələlərdə heç bir probllem yaşanmır. maraqlı şəxs alimenti əvvəlcə ödəsə də sonradan bundan imtina etmiş, ödəmələri gecikdirmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəçi X1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, ərizənin təmin edilməsini mümkün hesab edir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli, MŞB/6-01465 nömrəli barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində X3 ilə Maraqlı şəxs arasında bağlanmış və həmin sazişdə aşağıdakılar göstərilmişdir: “ ...1. Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə 536 nömrəsi ilə qeydə alınmış nikahın əlavə vaxt verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.
2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-ci il təvəllüd X2 birinci tərəf kimi çıxış edən, anası Ərizəçi himayəsində qalmasına etiraz etmir.
3. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-ci il təvəllüdlü X4 üçün hər ayın 1-5 arası 775 (yeddi yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhtəsinə götürür.
4. Birinci tərəf kimi çıxış edən Ərizəçi övladı xx.xx.2019-ci il təvəllüdlü Baxşəliyev Cəsur oğlunun atası ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs ilə maneasiz və vaxt məhduyyəti olmadan göri (ünsiyyətinə) etiraz etmir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Beləliklə, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2025 ci il tarixli, MŞB/6-01465 nömrəli barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-ci il təvəllüd X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs aylıq 775 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən qeyd olunanlar hal-hazırkı vaxtadək icra edilməmişdir. İş materiallarında olan sənədlərlə Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində sadalanmış əsasların mövcud olması təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025 -ci il tarixli, MŞB/6-01465 nömrəli barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə hesab edir k, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticə hissəsi QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025 -ci il tarixli, MŞB/6-01465 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “...3. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2019-ci il təvəllüdlü X4 üçün hər ayın 1-5 arası 775 (yeddi yüz yetmiş beş) manat sabit pul məbləğində olmaqla aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhtəsinə götürür. ” Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
X8