Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-884/2026 20.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Ərizəçi ölüm faktının təsdiq edilməsinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının təsdiq edilməsinə dair ərizə ilə xx.xx.2026-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Daxil olmuş ərizə və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizəsinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 149.2.2-ci maddəsinə əsasən, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7029/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığına dair qərardadına əsasən - Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsasən şəxsin yaşayış yeri onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan hesab edildiyindən mübahisəyə şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericilik iddiaçıya həm qeydiyyata alındığı (lakin yaşamadığı) yerin, həm də yaşadığı yerin məhkəməsinə müraciət etmək hüququnu deyil, ya yaşadığı yer üzrə (həmin ünvanda qeydiyyatda olması istisna edilmədən), ya da cavabdehin qeydiyyatı üzrə rayon məhkəməsinə müraciət etmək hüququ vermişdir. Belə ki, iddiaçıya ərazi aidiyyəti ilə bağlı seçim imkanı verilən tələblərə nəzər yetirsək, bu imkanın himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar üçün məhkəməyə əlçatımlılığının təmin edilməsinə yönələn addım olduğu məlum olur. Yəni himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar əlavə vaxt, vəsait və s. sərf etmədən öz yaşadığı ərazi üzrə məhkəməyə müraciət edə bilsin. Əks yanaşma prosessual qanunvericiliyin göstərilən normalarının mahiyyəti ilə ziddiyət təşkil edərdi. Belə ki, şəxsin qeydiyyatda olduğu yer heç də həmişə onun yaşadığı yerlə üst-üstə düşmür və bu səbəbdən prosessual qanunvericiliyin tanıdığı imkan sırf şəxsin yaşayış yeri ilə bağlıdır. «Elektron məhkəmə» informasiya sistemindən çıxarışdan göründüyü kimi, Ərizəçi Bakı şəhəri, Yasamal rayonu ərazisində rəsmi qeydiyyatdadır. Eyni zamanda, ərizəçinin qeydiyyatda olduğu ünvan Xətai rayonu olduğu halda ərizənin hansı əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi ərizədən və ona əlavə edilmiş sənədlərdən aydın deyil. Hazırki halda ərizəçinin rəsmi qeydə alındığı ünvan Yasamal rayonu olduğundan ərizə və ona əlavə edilmiş sənədlər qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi ölüm faktının təsdiq edilməsinə dair ərizəsi, ona əlavə edilmiş sənədlər və 100 manat ödənilmiş dövlət rüsumu (qəbz № **********, xx.xx.2026) ərizəçiyə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq ərazi məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(5-93)-884/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-884/2026
20.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver