Məhkəmə qərarları › İş №2(5-94)-457/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(5-94)-457/2026

04.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-94)-457/2026 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, X1, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış sazişin təsdiq olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X2 üzərindəki atalıq hüququndan məhrum edilməsi barədə xx.xx.2025-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olub, birgə nikahlarından övladları xx.xx.2021-ci il təvəllüdlü X5 olmuşdur. Ailə münasibətləri pisləşdiyi və birgə yaşamaqları qeyri-mümkün olduğu üçün boşanmaq qərarına gəliblər. Bununla bağlı ilk məhkəməyə müraciət ediblər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onların nikahı pozulmuşdur. Məhkəmənin qərarına əsasən, uşağın himayəsi iddiaçıya verilmiş və aliment müəyyən edilmişdir. Lakin Maraqlı şəxs barəsində məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə aliment öhdəliyi müəyyən edilsə də, həmin tarixdən bu günədək o, alimentin ödənilməsi ilə bağlı nə maddi, nə də mənəvi hər hansı bir dəstək göstərməmişdir. Aliment tələbinin icrası ilə əlaqədar iddiaçı tərəfindən dəfələrlə icra məmuruna müraciət edilsə də, bu müraciətlər nəticəsiz qalmışdır. İcra məmuru tərəfindən bildirilmişdir ki, icra sənədinin icrası məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görülmüş, Maraqlı şəxs barəsində axtarış elan edilmişdir. Yalnız 2025-ci ilin sonlarında Maraqlı şəxs ilə əlaqə yaratmaq mümkün olmuşdur. Həmin görüş zamanı ona övladının həyatında iştirak etməməsi və valideynlik vəzifələrinə qarşı laqeyd münasibəti səbəbindən atalıq hüquqlarından məhrum edilməsi məsələsini qaldırmaq istədiyini bildirmişdir. Maraqlı şəxs isə öz növbəsində uşağa baxmaq və valideynlik öhdəliklərini yerinə yetirmək imkanının olmadığını, atalıq hüquqlarından məhrum edilməsinə razılıq verdiyini bəyan etmişdir. Bu əsaslarla, aralarında qarşılıqlı razılıq əldə olunaraq mübahisənin həlli məqsədilə mediasiya təşkilatına müraciət edilmişdir. Nəticədə bağlanmış mediasiya sazişində aşağıdakı məsələlər öz əksini tapmışdır: 1. Birinci tərəf: Ərizəçi bu saziş imzalamaqla İkinci tərəf (sabiq həyat yoldaşı) xx.xx.1981-ci il təvəllüdlü Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2021 -ci il təvəllüdlü X2 qarşı ikinci tərəf Maraqlı şəxs uzun illərdir öz valideynlik vəzifələrini yerinə yetirmədiyini, uşaqla maraqlanmadığını, aliment ödəmədiyini təsdiq və etiraf etdiyindən, habelə valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı onun, Birinci tərəf: Ərizəçi tələbini tam qəbul etdiyini, heç bir daşınmaz əmlaka sahib olmadığından və səfalət içində yaşadığından (bunun uşağın mənafeinə zidd olmadığını) təsdiq edir. Eyni zamanda İkinci tərəfə münasibətdə "valideynlik hüquqlarından məhrum edilməsi" qanunvericilikdə ona hansı məhrumiyyətlərə gətirəcəyi (qanun üzrə vərəsəlik hüququndan və s. məhrum edilməsi) ilə bağlı məlumatlı olduğunu təsdiq etdiyi ilə razıdır. 2. Birinci tərəf: Ərizəçi bu saziş imzalamaqla İkinci tərəf: (sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə valideynlik hüquqlarından məhrum edildikdə, bundan öncə çıxarılan məhkəmə aktları ilə müəyyən edilərək ona ödənilməli olan, İkinci tərəf: Maraqlı şəxs aliment və s. tələbinin olmayacağını təsdiq edir. 3. Birinci tərəf: Ərizəçi bu saziş imzalamaqla İkinci tərəf: (sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə onun "valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı əlavə araşdırmaya zərurət olduqda İkinci tərəf: Maraqlı şəxs (prosesi sürətləndirməkdən ötrü) aidiyəti İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə orqanına notarial qaydada rəsmi ərizə verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 4.Birinci tərəf: Ərizəçi yetkinlik yaşına çatmamış xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə xx.xx.1981-ci il təvəllüdlü Maraqlı şəxs "valideynlik hüquqlarından məhrum edilməsi" ilə bağlı İkinci tərəfə qarşı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öz üzərinə öhdəlik götürür. Belə ki, Maraqlı şəxs bugünə kimi atalıq vəzifələrini və aliment öhdəliyini yerinə yetirmədiyindən, bugünə kimi övladı ilə maraqlanmadığından və bu gündən sonra da belə bir niyəti olmadığını açıqaşkar bəyyan etdiyindən. Maraqlı şəxs atalıq hüququndan məhrum edilərək barışıq sazişinin təmin etmək məqsədilə məhkəmə tərəfindən icra vərəqəsi çıxarılması və onun icraya yönəldilməsi zəruriyyəti vardır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Barışıq sazişinin 6-cı maddəsinə əsasən, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət qeyd edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Barışıq sazişinin 8ci maddəsində qeyd olunub ki, Sazişin könüllü icrasından imtina olunsa, Tərəflər Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəçi məhkəməyə iclasında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. O, bildirmişdir ki, Maraqlı şəxs uşağa baxmır, 3 ildir ki aliment ödəmir. Tərərlər razılaşıblar ki, Maraqlı şəxs atalıq hüququndan məhrum edilsin. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, onun maddi və fiziki baxımdan uşağa baxmaq imkanı olmayıb. O, özünün atalıq hüququndan məhrum edilməsinə razıdır. O, Ərizəçi onun uşağa baxmaması və aliment ödəməməsi barədə dediklərinin həqiqətə uyğun olduğunu təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi “valideynlik hüquqlarından məhrum edilməsi” barədə sazişin təsdiq edilməsi barədə ərizəsi təmin edilməli deyil. Belə ki, iş materiallarında olan Ərizəçi (“Birinci tərəf”) ilə Maraqlı şəxs (“İkinci tərəf”) arasında bağlanmış və mediator X6 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən, 1. Birinci tərəf: Ərizəçi bu sazişi imzalamaqla İkinci tərəf: (sabiq həyat yoldaşı) xx.xx.1981-ci il təvəllüdlü Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X4 qarşı ikinci tərəf Maraqlı şəxs uzun illərdir öz valideynlik vəzifələrini yerinə yetirmədiyini, uşaqla maraqlanmadığını, aliment ödəmədiyini təsdiq və etiraf etdiyindən, habelə valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı onun, Birinci tərəf: Ərizəçi tələbini tam qəbul etdiyini, heç bir daşınmaz əmlaka sahib olmadığından və səfalət içində yaşadığından (bunun uşağın mənafeyinə zidd olmadığını) təsdiq edir. Eyni zamanda İkinci tərəfə münasibətdə "valideynlik hüquqlarından məhrum edilməsi" qanunvericilikdə ona hansı məhrumiyyətlərə gətirəcəyi (qanun üzrə vərəsəlik hüququndan və s. məhrum edilməsi) ilə bağlı məlumatlı olduğunu təsdiq etdiyi ilə razıdır. 2. Birinci tərəf: Ərizəçi bu sazişi imzalamaqla İkinci tərəf: (sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə valideynlik hüquqlarından məhrum edildikdə, bundan öncə çıxarılan məhkəmə aktları ilə müəyyən edilərək ona ödənilməli olan, İkinci tərəf: Maraqlı şəxs aliment və s. tələbinin olmayacağını təsdiq edir. 3. Birinci tərəf: Ərizəçi bu saziş imzalamaqla İkinci tərəf: (sabiq həyat yoldaşı) Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə onun "valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı əlavə araşdırmaya zərurət olduqda İkinci tərəf: Maraqlı şəxs (prosesi sürətləndirməkdən ötrü) aidiyəti İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə orqanına notarial qaydada rəsmi ərizə verəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 4.Birinci tərəf: Ərizəçi yetkinlik yaşına çatmamış xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə xx.xx.1981-ci il təvəllüdlü Maraqlı şəxs "valideynlik hüquqlarından məhrum edilməsi" ilə bağlı İkinci tərəfə qarşı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öz üzərinə öhdəlik götürür. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasındakı nikaha xx.xx.2023cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur. Valideynləri qrafasında anası “Ərizəçi”, atası “Maraqlı şəxs”dur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-26.1.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64.0-cı maddəsinə görə Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; 64.0.8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Belə ki, iş materiallarından görünür ki, ərizəçi - Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə atalıq hüququndan məhrum edilməsi barədə xx.xx.2025-ci il tarixdə mediasiya qaydasında bağlanılmış sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan sazişin məzmunu qanunun tələblərinə zidd olduğundan, sazişin təsdiq olunmasından imtina edilməlidir. Belə ki, atalıq hüququ və ya bu hüququn məhdudlaşdırılması (hüquqdan məhrum etmə) saziş əsasında deyil, qanunun tələblərindən irəli gəldiyindən, bu hüquqdan məhrum etmə də qanunda nəzərdə tutulan hallar olduqda məhkəmə tərəfindən müəyyənləşdirilə bilər. Belə ki, Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə atalıq hüququndan məhrum edilməsi Ərizəçi ilə Maraqlı şəxs bağladıqları sazişlə deyil, qanunla nəzərdə tutulan halda məhkəmə tərəfindən həll edilməli olan məsələ olduğundan, ərizənin təmin edilməsindən imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X4 münasibətdə atalıq hüququndan məhrum edilməsi və buna dair bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə Ərizəçi ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar