Məhkəmə qərarları › İş №2(5-94)-576/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(5-94)-576/2026

06.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-94)-576/2026 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb etməklə “barışıq sazişinin təsdiqlənməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02444 saylı "Barışıq Sazişi”-nin məhkəmə qaydasıda təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə borc tələbi ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2025-02444 saylı xx.xx.2025-ci il tarixli "Barışıq Sazişi"-nə əsasən Ərizəçi (Ş/V: AA 4084477, FİN: xxxxxxx. xx.xx.2000-ci il təvəllüdlü) maraqlı şəxs: Maraqlı şəxs (Ş-'V: AA 5959873. FİN: İAİQZEF, xx.xx.1974-cü il təvəllüdlü) ona 24 000 manat borcunun olduğunu fiziki şəxs tərəfindən etiraf etməsi ilə razıdır, eyni zamanda maraqlı şəxs: Maraqlı şəxs adında olan daşınar əmlakın 77RD085 dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, BAN nömrəsi: SALLSAAG4AA225967, Qara metallik rəngli, "X6 Minik" markalı, "Universal" tipli avtomobilin mübahisəsiz qaydada borcun əvəzi olaraq Birinci tərəf Ərizəçi (onun) mülkiyyətinə seçməsinə razıdır və bununla bağlı maraqlı şəxs: Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında bu saziş imzalandıqdan sonra 3 gün ərzində onun adına özgəninkiləşmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və digər qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır. Ərizəçi maraqlı şəxs: Maraqlı şəxs tərəfindən 77RD085 dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, BAN nömrəsi: SALLSAAG4AA225967, Qara metallik rəngli. "X6 Minik" markalı, "Universal" tipli avtomobilin daşınar əmlakın Ərizəçi adına özgəninkiləşdirikdən sonra 77RD085 dövlət qeydiyyat nişanın (avtomobilin nömrəsinin) maraqlı şəxs: Maraqlı şəxs mülkiyyətində qalacağına razıdır. Ərizəçi maraqlı şəxs: Maraqlı şəxs tərəfindən bu daşınar əmlaklar (avtomobilə) Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləği ilə bağlı maraqlı şəxsə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Ərizəçi və maraqlı şəxs: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin bəndlərində öz üzərlərinə götürdükləri öhdəlikləri pozduqları təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək barışıq sazişini təsdiq etdirmək hüququnu öz üzərlərində saxlayırlar. Ərizəçi və maraqlı şəxs: Quliyev X2 üzrə ödənilən pul vəsaitinin və əvəzləşən əmlakın "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olmadığını təsdiq edir və şəxsən məsuliyyət daşıyırlar. Maraqlı şəxs müqavilə şərtlərinin 3 gün müddətində icra etməli olduğu halda bu günə kimi icra etməmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında izahatında bildirdi ki, barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilmir. Buna görə də barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025ci il tarixli, MŞB/8/2025-02444 saylı Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişindən görünür ki:

1. Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs (ŞA/: AA 5959873, FİN: xxxxxxx, xx.xx.1974- cü il təvəllüdlü) ona 24 000 (iyirmi dörd min) AZN borcunun olduğunu fiziki şəxs tərəfindən etiraf etməsi ilə razıdır, eyni zamanda İkinci tərəf: Maraqlı şəxs adında olan daşınar əmlakın 77RD085 dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, BAN nömrəsi: SALLSAAG4AA225967, Qara metallik rəngli, “X6 MİNİK” markalı, “UNİVERSAL” tipli avtomobilin mübahisəsiz qaydada borcun əvəzi olaraq Birinci tərəf Ərizəçi (onun) mülkiyyətinə keçməsinə razıdır və bununla bağlı İkinci tərəf: Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında bu saziş imzalandıqdan sonra 3 (üç) gün ərzində onun adına özgəninkişləşmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və digər qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır.

2. Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs (Ş/V: AA 5959873, FİN: xxxxxxx, xx.xx.1974-cü il təvəllüdlü) tərəfindən 77RD085 dövlət qeydiyyat nişanlı, 2009- cu il buraxılışlı, BAN nömrəsi: SALLSAAG4AA225967, Qara metallik rəngli, “X6 MİNİK” markalı, “UNİVERSAL” tipli avtomobilin daşınar əmlakın Birinci tərəf: Ərizəçi adına özgəninkişləndirikdən sonra 77RD085 dövlət qeydiyyat nişanın (avtomobilin nömrəsinin) İkinci tərəf: Maraqlı şəxs mülkiyyətində qalacağına razıdır.

3. Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs tərəfindən bu daşmar əmlaklar (avtomobilə) Birinci tərəf: Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləği ilə bağlı İkinci tərəfə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür.

4. Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) və İkinci tərəf: Maraqlı şəxs (Ş/V: AA 5959873, FİN: xxxxxxx, xx.xx.1974-cü il təvəllüdlü) Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin bəndlərində öz üzərlərinə götürdükləri öhdəlikləri pozduqlan təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək barışıq sazişini təsdiq etdirmək hüququnu öz üzərlərində saxlayırlar

5. Tərəflər Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) və İkinci tərəf: Quliyev X2 üzrə ödənilən pul vəsaitinin və əvəzləşən əmlakın “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olmadığını təsdiq edir və şəxsən məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-02444 saylı Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs (ŞA/: AA 5959873, FİN: xxxxxxx, xx.xx.1974- cü il təvəllüdlü) ona 24 000 (iyirmi dörd min) AZN borcunun olduğunu fiziki şəxs tərəfindən etiraf etməsi ilə razıdır, eyni zamanda İkinci tərəf: Maraqlı şəxs adında olan daşınar əmlakın 77RD085 dövlət qeydiyyat nişanlı, 2009-cu il buraxılışlı, BAN nömrəsi: SALLSAAG4AA225967, Qara metallik rəngli, “X6 MİNİK” markalı, “UNİVERSAL” tipli avtomobilin mübahisəsiz qaydada borcun əvəzi olaraq Birinci tərəf Ərizəçi (onun) mülkiyyətinə keçməsinə razıdır və bununla bağlı İkinci tərəf: Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında bu saziş imzalandıqdan sonra 3 (üç) gün ərzində onun adına özgəninkişləşmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və digər qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır.

2. Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs (Ş/V: AA 5959873, FİN: xxxxxxx, xx.xx.1974-cü il təvəllüdlü) tərəfindən 77RD085 dövlət qeydiyyat nişanlı, 2009- cu il buraxılışlı, BAN nömrəsi: SALLSAAG4AA225967, Qara metallik rəngli, “X6 MİNİK” markalı, “UNİVERSAL” tipli avtomobilin daşınar əmlakın Birinci tərəf: Ərizəçi adına özgəninkişləndirikdən sonra 77RD085 dövlət qeydiyyat nişanın (avtomobilin nömrəsinin) İkinci tərəf: Maraqlı şəxs mülkiyyətində qalacağına razıdır.

3. Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) İkinci tərəf: Maraqlı şəxs tərəfindən bu daşmar əmlaklar (avtomobilə) Birinci tərəf: Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləği ilə bağlı İkinci tərəfə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür.

4. Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) və İkinci tərəf: Maraqlı şəxs (Ş/V: AA 5959873, FİN: xxxxxxx, xx.xx.1974-cü il təvəllüdlü) Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin bəndlərində öz üzərlərinə götürdükləri öhdəlikləri pozduqlan təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək barışıq sazişini təsdiq etdirmək hüququnu öz üzərlərində saxlayırlar

5. Tərəflər Birinci tərəf: Ərizəçi (Ş/V: AA 4084477, FİN: xx.xx.2000-ci il təvəllüdlü) və İkinci tərəf: Quliyev X2 üzrə ödənilən pul vəsaitinin və əvəzləşən əmlakın “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olmadığını təsdiq edir və şəxsən məsuliyyət daşıyırlar. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar