Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-94)-692/2026 05.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, arvadı X1 xx.xx.2026-cı il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yoldaşı X4 xx.xx.2026-cı il tarixdə qəfildən vəfat etmişdir. Növbəti gün dəfn olunmuşdur. O, ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Bakı şəhəri 6 saylı ASAN Xidmətə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum yoldaşı Q X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhəri 6 saylı “ASAN Xidmət” X2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1986-cı ildə anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. “Respublika Təcili və X3 Mərkəzi” X10 xx.xx.2026-cı il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2026-cı il tarixində saat 18:40-da çağırışa əsasən ünvana gəldikdə X1 “həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, X1 4 saylı Şəhər Poliklinikasında tibbi qeydiyyatı, ambulator kitabçası olmadığına və ölümə səbəb olan hər hansı bir sənəd olmadığına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri 6 saylı ASAN Xidmətin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, X4 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bakı şəhəri Ramana Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, X4 xx.xx.2026-cı il tarixində vəfat etmiş və Südçülük Sovxozu qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. X6rdaşının həyat yoldaşı olmuş, bu ilin 20 yanvar tarixində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur, münasibətləri yaxşıdır. Bu ilin 20 yanvar tarixində qonşusuna zəng edərkən onun həyat yoldaşı Günel Qurbanovanın ölüm xəbərini eşitmişdir. Mərhumun uas mərasimində və dəfnində iştirak etmiş, mərhum Ramandakı qəbiristanlıqda dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə xx.xx.1986-cı il təvəllüdlü X1 xx.xx.2026-cı il tarixində Bakı şəhərində ölməsi faktı sübut olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, xx.xx.1986-cı il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə onun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1986-cı il təvəllüdlü X1 xx.xx.2026-cı il tarixində Bakı şəhərində ölməsi faktı iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X1 xx.xx.2026-cı il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli