Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-255/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-cı il təvəllüdlü X1 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Bundan sonra Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, ölüm haqqında şəhadətnaməni aldığı üçün sənədlərin əslinin ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə Ərizəçi vəsatətini müdafiə edərək izahatında göstərmişdir ki, artıq ölüm haqqında şəhadətnaməni almışdır, ərizənin geri qaytarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs olan Bakı şəhəri, Xəzər rayonu, Qeydiyyat Şöbəsinin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə ərizəçinin vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi vəsatəti təmin edilsin. Ərizəçi «şəxsin ölüm faktının müəyyən edilməsinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(5-95)-255/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(5-95)-255/2026
24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver