Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-96)-148/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Sarıyev Xəyal Əjdər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1946-cı ildə anadan olmuş anası X3 01 yanvar 2026-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun anasıdır. X6 xx.xx.1946-cı ildə doğulmuşdur. Anası xx.xx.2026-cı il tarixdə vəfat etmişdir, anasının el adəti ilə Lökbatan qəbirstanlığında dəfn etsələr də, həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, anasına ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda anasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Bununla əlaqədar o, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir, lakin Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, ərizə tələbini müdafiə edir. Qeyd etməyi zəruri hesab edir ki, ölüm haqqında şəhadətnamə əldə etmək ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Anası yaşlı qadın olmaqla şəkər xəstəsi idi. Qeyd olunanlara əsasən, ərzə tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, mərhum X6 xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. Son vaxtlar yaşı ilə qədər xəstə idi. Mərhumun vəfat etməsi xəbəri gələn kimi qapıya getmiş, dəfn mərasimində də iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, mərhum X6 xx.xx.2026-cı il tarixdə vəfat etmişdir. Mərhum yataq xəstəsi idi, belindən əməliyyat olmuşdur. Eyni zamanda şəkər və təzyiq xəstəsi idi. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Əsaslandırıcı hissə: a)İş materialları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən X1 ünvanlanan xx.xx.2026-cı il tarixli məktubun surətindən görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktubun surətindən görünür ki, xx.xx.1946-cı ildə doğulmuş və xx.xx.2026-cı ildə vəfat etmiş X6 barəsində ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Qraadağ rayonu Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş 02/10 saylı, xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Ərizəçi anası X6 həqiqətən də xx.xx.2026-cı il tarixdə Lökbatan qəbirstamlığında dəfn olunmuşdur. İİ-CL seriyalı, 455834 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X4r. AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuşdur, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. AZE seriyalı, 04185919 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1946-cı il tarixdə anadan olmuşdur, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bakı şəhəri Respublika Təcili və X9 Mərkəzi Qaradağ TTTYS tərəfindən verilmiş arayışdan görünür ki, 01 yanvar 2026-cı il tarixdə saat 23:25 radələrində X3 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən olunan hallar: Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları ilə müəyyən olundu ki, mərhum X6 24 iyul 1946-cı il təvəllüdlü olmuş, 01 yanvar 2026-cı il tarixdə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Hadisə baş verən zaman təcili tibbi yardım briqadası çağırılmış, lakin həkim gələnədək onda ölüm vəziyyəti yaranmışdır. v) Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 309.1.Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 307.2.8. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Maddə 308.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə194.2.Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. ç) Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xüsusi icraat qaydasında baxılan işlərə dair müddəalarına əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi məhkəmə qaydasında mümkündür, əgər həmin faktın başqa qaydada təsdiq edilməsi mümkün deyildirsə və bu fakt ərizəçi üçün hüquqi nəticələr yaradır. İş materiallarına əsasən X5 24 iyul 1946-cı il tarixdə anadan olmuş, 01 yanvar 2026-cı il tarixdə vəfat etmişdir. Hadisə zamanı təcili tibbi yardım briqadası çağırılsa da, həkim gələnədək onda ölüm vəziyyəti yaranmışdır. Məhkəməyə təqdim edilmiş sübutlar – ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan digər sənədlər birgə qiymətləndirilərkən, mərhumun 01 yanvar 2026-cı il tarixdə Bakı şəhərində göstərilən şəraitdə vəfat etməsi faktı öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyət daşıyır və bu halın başqa qaydada təsdiqi mümkün olmadığından, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları MPM-nin sübutların qiymətləndirilməsinə dair tələblərinə uyğun olaraq qiymətləndirərək belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 01 yanvar 2026-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1946-cı ildə anadan olmuş X3 01 yanvar 2026-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(5-96)-148/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(5-96)-148/2026
04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver