Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-96)-19/2026 15.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış MŞB/3/2024-00225 saylı, xx.xx.2024-cü tarixli barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o cavabdeh Maraqlı şəxs ilə 08 oktyabr 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan 3 uşaqları doğulmuşdur. Hazırda cavabdehlə Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahın pozulması, uşağın ana himayəsində qalması, aliment tələbi barədə MŞB/3/2024-00225 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalamışlar. Buna baxmayaraq cavabdeh sazişin aliment hissəsinə əməl etməkdən boyun qaçıraraq razılaşdırılmış hər ayın 10-nu 20-si tarixinədək hər uşaq üçün 130 manat aliment məbləğini ödəməkdən imtina edir. Cavabdeh 1 ildir üzərinə götürdüyü aliment öhdəliyini pozaraq alimenti verməkdən yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs Əliheydər oğlu arasında xx.xx.2024-cü il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/3/2024-00225 saylı Barışıq Sazişindən (ərizə tələbində təsdiq olunması xahiş olunan uşaqların ananın yanında saxlanılması və aliment tələblərinə dair hissəsindən) görünür ki:
1. Tərəflər razılığa gəlir ki, birgə nikahdan doğulmuş xx.xx.2017-ci ildə təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X1 Ülfanə Mehman qızının yanında saxlanılır və həmin uşaqların yetkinlik yaşına saxlanması üçün Maraqlı şəxs uşaqların hər birinə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsnə götürür.
2. Tərəflər razılığa gəlir ki, alimentin ödənilməsi 2024-cü ilin aprel ayından hesablanır və hər ayın 10-nu 20-si arası aliment ödənilir. Təqdim olunmuş sənədlərdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00225 saylı barışıq sazişi təsdiq olunmalıdır. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00225 saylı barışıq sazişinin uşaqların ananın yanında saxlanılması və alimentə dair olan hissəsi təsdiq edilsin:
3. Tərəflər razılığa gəlir ki, birgə nikahdan doğulmuş xx.xx.2017-ci ildə təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X1 Ülfanə Mehman qızının yanında saxlanılır və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs uşaqların hər birinə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür.
4. Tərəflər razılığa gəlir ki, alimentin ödənilməsi 2024-cü ilin aprel ayından hesablanır və hər ayın 10-nu 20-si arası aliment ödənilir. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin Tutulmalı olan alimentin məbləği 2024-cü ilin aprel ayının 10-dan etibarən nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kamran Əsədov