Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-296/2026 11.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi və icraya yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi və icraya yönəldilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arsaında Bakı 6 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2026-cı il tarixli, MŞB/6-00026 saylı barışıq sazişinin birgə nikahdan dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 10 iş günü ərzində 260 manat məbləğində Maraqlı şəxs ödənilməsi hissəsində təsdiq edilərək icaraya yönədlmilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbinin notariat qaydasında təsdiq edilmiş avtomobilin özgəninkilləşdirilməsinə verilən razılıq ərizəsinin etibarsız hesab edilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 355-23.1-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: barışıq sazişi könüllü qaydada icra edilməməlidir; barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Barışıq sazişinə mahiyyəti üzrə baxılması nəticəsində sazişinin təsdiq olunmasından imtinanın əsasları MPM-in 355-26.1-ci maddəsində qeyd olunmuşdur: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin şərtlərinin özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni ər-arvadın əmlakının hüquqi rejiminin faktiki vəziyyətdə təsbitinə (hüquqi müəyyənliyə) yönələrsə, mediasiya prosesi nəticəsində bağlanmış həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq tərəflərdən hər hansı birinin müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olmadığından, MPM-in 261.0.1-ci maddəsinə müvafiq olaraq mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiqi barədə ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı ərizə təsbit xarakterli olduğundan , yəni hüquqi hərəkətləri icra etmək öhdəliyi olmadığından məhkəmədə baxılmalı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi və icraya yönəldilməsi» tələbi üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(5-96)-296/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-296/2026
11.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver