Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-327/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Sarıyev Xəyal Əjdər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 30 saylı sahədə olan 0.0386 ha torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 30 saylı sahədə olan 0.0386 ha torpaq sahəsinə onun paylı mülkiyyətçi hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu 20 Yanvar küçəsi 30 saylı sahə 12 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci i tarixdə ölmüş anası Mahmudova Qələǝnmaz Qələmşah qızının vərəsəsi hesab edilmişdir və miras əmlakdan 5/20 hissə ona pay verilmişdir. xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakda Bakı şəhəri Lökbatan qəsəbəsi 20 Yanvar küçəsi 30 saylı sahəyə onun 29/120 hissə payı müəyyən edilmişdir. Hazırda da həmin ünvanda qeydiyyatdadır və orada yaşayır. Cavabdeh olan qardaşıona bildirdi ki, evi mərhum anasının adından öz adlarına keçirmək lazımdır buna görə notariusa gedib ərizə təqdim etməlidirlər. O da qardaşına inananaq 8 saylı notariat ofisinə gedərək ərizəyə imza etmişdir. Həmin ərizənin mahiyyətində mərhum anasının adına olan evin onların adına keçirilməsinin əks olunduğu hesab etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, qardaşıonu aldatmış, mübahisəli evi öz adına keçirmək üçün vərəsəlikdən onun xeyrinə imtina etməyinə dair ərizəyə imza etdirmişdir. Hazırda anasından miras qalmış əmlaka dair öz adına daşınmaz əmlakdan yeni çıxarış almış və onun payıcavabdehin adına keçmişdir. Bu barədə onun xəbəri olsa da, həmin çıxarışı əldə edə bilməmişdir. Həmin çıxarış əsassız olmaqla qardaşının adına keçmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 izahat verərək bildirdi ki,iddia tələbinə qəti etiraz edir. Lakin qeyd etməyi zəruri hesab edir ki, 2(5-96)–327/2026 saylı mülki işin 2(002)-4092/2025 saylı mülki işə birləşdirilməsinə hər hansı etirazı yoxdur. İddiaçı məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə cavabdehin izahatı dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və payın müəyyən edilməsi tələbi barədə e- 2(5-96)–327/2026 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(002)-4092/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, hakim Qamət Əbilovun icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(002)-4092/2025 saylı mülki iş, hazırki 2(5-96)-327/2026 saylı mülki işlə əlaqəli olmaqla, əvvəl icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 43.1.Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 43.2.Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 169.3.Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində olan e-2(5-96)–327/2026 saylı və 2(002)-4092/2025 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Proesessual Məcəlləsinin 43.1-43.2, 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və payın müəyyən edilməsitələbi barədə 2(5-96)–327/2026 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair 2(002)-4092/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hər iki mülki işlər üzrə məhkəmə icraatı 2(002)-4092/2025 nömrəsi ilə davam etdirilsin. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(5-96)-327/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-327/2026
04.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver