Məhkəmə qərarları › İş №2(5-96)-554/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-554/2026

04.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-554/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızı, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən, ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır.

3. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində ərizəçinin qeydiyyat yeri ilə bağlı verilmiş sorğudan görünür ki, Ərizəçi qeydiyyatı Kəlbəcər rayonu, Taxtabaşı kəndidir.

5. Ərizəçi Qaradağ rayonu ərazisində faktiki yaşaması barədə ərizəyə hər hansı arayış əlavə etməmişdir. Bununla bağlı məhkəmə tərəfindən ərizəçi ilə əlaqə saxlanılmış, o, sənəd təqdim edəcəyini bildirmiş, bundan sonra bir neçə dəfə onunla əlaqə saxlanılmağa çalışılsa da mümkün olmamışdır.

6. Göründüyü kimi, iddia ərizəsi MPM-in 355-23.2-ci maddəsinə zidd olaraq, ərazi aidiyyət qaydası pozulmaqla verilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

8. MPM-in 45.1-ci maddəsinə görə, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

9. Göründüyü kimi, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ərazi aidiyyəti qaydalarına riayət edilməmişdir.

10. MPM-in 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

11. MPM-in 152.1-ci maddəsinə görə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:

12. 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;

13. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

14. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair iddia ərizəsi MPM-in 152.1.3-cü maddəsinə əsasən, ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır.

15. MPM-in 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

16. Odur ki, ərizəçiyə ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmadığı izah edilir.

17. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi”nə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar