Məhkəmə qərarları › İş №2(5-96)-59/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(5-96)-59/2026

22.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-96)-59/2026 22.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025-01102 saylı barışıq sazişinin 3cü bəndinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli MŞB/13/2025-01102 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 3-cü bəndinə əsasən, «Maraqlı şəxs Ərizəçi ilə olan birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumilikdə 250 manat aliment məbləğinin 2025-ci ilin noyabr ayından başlayaraq hər ayın 01-05 tarixi aralığında Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər». Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul etdi etdi və məhkəmədən ərizənin təmin edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/13/2025-01102 saylı Barışıq Sazişindən (ərizə tələbində təsdiq olunması xahiş olunan aliment tələblərinə dair hissəsindən) görünür ki:

3. 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumilikdə 250 manat aliment məbləğinin 2025-ci ilin noyabr ayından başlayaraq hər ayın 01-05 tarixi aralığında 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin qeyd edilən hissədə (3cü hissə, alimentlə bağlı) təsdiq edilməsinə maneə yaradan heç bir hal mövcud deyil. Təqdim olunmuş sənədlərdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025-01102 saylı barışıq sazişi aliment hissəsində təsdiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ərizə barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi ilə bağlı olduğundan qətnamə dərhal icra edilməlidir. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/13/2025-01102 saylı:

1. 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, ümumilikdə 250 manat aliment məbləğinin 2025-ci ilin noyabr ayından başlayaraq hər ayın 01-05 tarixi aralığında 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər – məzmunlu barışıq sazişi (sazişin 3-cü hissəsi) təsdiq edilsin. 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar