Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-97)-349/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01790 saylı “Barışıq Sazişi”-nin alimentə aid hissəsində məhkəmə qaydasıda təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2025-01790 saylı xx.xx.2025-ci il tarixli "Barışıq Sazişi" əsasən Ərizəçi Bu Sazişi imzalandıqdan sonra cavabdeh həyat yoldaşı Maraqlı şəxs ilə 2 saylı Bak. "ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə № 323 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Ərizəçi cavabdeh Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Ərizəçi cavabdeh Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsində göstərilən aliment məbləğinin mübahisəsiz qaydada artırılmasına razılaşaraq) əməkhaqqı və digər gəlirlərindən hər hər ay hər uşaq üçün 250 (iki yüz əlli) AZN olmaqla ümumilikdə hər ay 500 (bes yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini cavabdehə təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu sazişi iş yeri üzrə miihasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair cavabdeh Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ərizəçi cavabdeh Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə (ananın iştirakı olmadan) xx.xx.2025-ci il tarixindən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına (görüşmələrinə) cavabdeh Maraqlı şəxs şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. Ancaq cavabdeh Maraqlı şəxs övladları 07 07.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 bu günə qədər hər uşağa görə hər ay 220 manat, cəmi 440 manat aliment ödəmiş və bu günə kimi 300 manat aliment borcu yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin Ərizəçi xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərədə keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 8 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025- 01790 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Birinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: həyat yoldaşı Ərizəçi ilə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə № 323 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.
2. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 ikinci tərəf: Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
3. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsində göstərilən aliment məbləğinin mübahisəsiz qaydada artırılmasına razılaşaraq) əmək haqqı və digər gəlirlərindən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) AZN olmaqla ümumilikdə hər ay 500 (beş yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini ikinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair öhdəlik götürür.
4. Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə (ananın iştirakı olmadan) xx.xx.2025-ci il tarixindən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına (görüşmələrinə) ona şərait yaradacağına dair ikinci tərəf: Ərizəçi öz üzərinə götürdüyü öhdəliklə razıdır.
5. Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.
1. İkinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə 2 saylı Bakı “ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə № 323 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.
2. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır.
3. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsində göstərilən aliment məbləğinin mübahisəsiz qaydada artırılmasına razılaşaraq) əmək haqqı və digər gəlirlərindən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) AZN olmaqla ümumilikdə hər ay 500 (beş yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini Birinci tərəfə təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair Birinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır.
4. İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X7 ilə (ananın iştirakı olmadan) xx.xx.2025-ci il tarixindən etibarən vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmalarına (görüşmələrinə) Birinci tərəf: Maraqlı şəxs şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür.
5. İkinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, tərəflər mediasiya prosesi nəticəsində “nikahın pozulması, uşağın himayəsi və aliment” tələbi üzrə razılığa gələrək xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlamışlar. Sazişə əsasən Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf: Ərizəçi xx.xx.2025ci il tarixdən etibarən (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsində göstərilən aliment məbləğinin mübahisəsiz qaydada artırılmasına razılaşaraq) əmək haqqı və digər gəlirlərindən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) AZN olmaqla ümumilikdə hər ay 500 (beş yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Saziş eyni tarixdə tərəflər, həmçinin mediator tərəfindən imzalanaraq qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Həmçinin Sazişə əsasən tərəflər könüllü icra ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətlərdən əlavə hər hansı xüsusi razılığa gəlməmişlər. Sazişin 6-cı bəndinə əsasən, saziş tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Bununla belə barışıq sazişinin şərtləri könüllü qaydada yerinə yetirilməmişdir, maraqlı şəxs barışıq sazişinin şərtlərini – uşaqların saxlanması üçün aliment öhdəliklərini könüllü qaydada icra etməkdən yayınır. Bu səbəbdən hazırda ərizəçi qeyd olunan barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “...Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir” (9-cu bənd). Belə olan halda məhkəmə hesab edir ki, tələbin həcmi nəzərə alınmaqla, ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 8 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01790 nömrəli barışıq sazişi aliment hissədə təsdiq edilməli, Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 8 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025- 01790 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: -Birinci tərəf: Maraqlı şəxs İkinci tərəf: Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İkinci tərəf: Ərizəçi xx.xx.2025-ci il tarixdən etibarən (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsində göstərilən aliment məbləğinin mübahisəsiz qaydada artırılmasına razılaşaraq) əmək haqqı və digər gəlirlərindən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) AZN olmaqla ümumilikdə hər ay 500 (beş yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini ikinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair öhdəlik götürür. -İkinci tərəf: Ərizəçi Birinci tərəf: Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən (Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsində göstərilən aliment məbləğinin mübahisəsiz qaydada artırılmasına razılaşaraq) əmək haqqı və digər gəlirlərindən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) AZN olmaqla ümumilikdə hər ay 500 (beş yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini Birinci tərəfə təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyi məqsədilə bu sazişi iş yeri üzrə mühasibatlıq şöbəsinə (maliyyə idarəsinə) təqdim edəcəyinə dair Birinci tərəf: Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklə razıdır. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Səbinə Nuriyeva