Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-98)-253/2026 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 25-dən 30-dək 246 (iki yüz qırx altı) manat aliment məbləğinin maraqlı şəxs Cavabdeh tərəfindən ərizəçi İddiaçı kart hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (tələbə ərizəçi tərəfindən texniki düzəliş edilmişdir).
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı Cavabdeh ilə 02 sentyabr 2023-cü il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 897 nömrəli nikah qeydi ilə nikaha daxil olmuşdur. Ərizəçi İddiaçı nikahın pozulması ilə bağlı ilk olaraq Mediasiya Şurasına müraciət etmiş, Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-01264 nömrəli barışıq sazişi üzrə tərəflər İddiaçı (bundan sonra – Birinci tərəf) və Cavabdeh (bundan sonra – İkinci tərəf) aşağıdakı məzmunda razılaşırlar: “1.1. Tərəflər arasında xx.xx.2023-cü ildə Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah müqaviləsinə xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. 1.2. Tərəflər razılaşırlar ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladları X1 yetkinlik yaşına çatanadək Birinci tərəfin (ananın) himayəsinə verilsin. 1.3. Tərəflər razılaşır ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladları X1 yetkinlik yaşına qədər saxlanılması üçün hər ayın 25-dən 30-dək 246 (iki yüz qırx altı) manat məbləğində alimenti İddiaçı kart hesabına ödəyəcəkdir. 1.4. Tərəflər razılaşır ki, İkinci tərəf birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladları X3 ilə üçüncü şəxsin (ananın) əvvəlcədən məlumatı və iştirakı ilə hər həftənin ya şənbə, ya da bazar günləri 1 (bir) dəfə görüşə və ünsiyyət yarada bilər”. Görünüdüyü kimi tərəflər arasında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəfə razılığa gəlmişlər. Lakin, hazırda tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Çünki, maraqlı şəxs Cavabdeh alimentin ödənilməsi öhdəliyini icra etməkdən boyun qaçırır. İddiaçı Cavabdeh ilə bağlanmış nikahın pozulmasına dair iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi 2(006)-5735/2025 iş nömrəsi ilə hazırda icraatdadır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edib bildirdi ki, tərəflər arasında mediasiyada bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə zərurət yaranmışdır. Buna görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə ərizənin izahatını dinləyib, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Məhkəməyə təqdim edilən ərizəçi İddiaçı (Birinci tərəf) və maraqlı şəxs Cavabdeh (İkinci tərəf) arasında xx.xx.2025-ci il tarixli MŞB\9\2025-01264 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: “1. Tərəflər İddiaçı (bundan sonra – Birinci tərəf) və Cavabdeh (bundan sonra – İkinci tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşırlar: 1.1. Tərəflər arasında xx.xx.2023-cü ildə Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikah müqaviləsinə xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. 1.2. Tərəflər razılaşırlar ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladları X1 yetkinlik yaşına çatanadək Birinci tərəfin (ananın) himayəsinə verilsin. 1.3. Tərəflər razılaşır ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladları X1 yetkinlik yaşına qədər saxlanılması üçün hər ayın 25-dən 30-dək 246 (iki yüz qırx altı) manat məbləğində alimenti İddiaçı kart hesabına ödəyəcəkdir. 1.4. Tərəflər razılaşır ki, İkinci tərəf birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladları X3 ilə üçüncü şəxsin (ananın) əvvəlcədən məlumatı və iştirakı ilə hər həftənin ya şənbə, ya da bazar günləri 1 (bir) dəfə görüşə və ünsiyyət yarada bilər”.
7. Doğum haqqında AZ-İV seriyalı 998880 nömrəli şəhadətnamədən görünür ki, 07.2024-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır.
8. xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi ilə tərəflər nikaha xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edəcəklərini, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalması, atanın uşağın saxlanılmasın görə anaya hər ay 246 manat sabit pul məbləğində aliment ödəməsi, uşaqla atasının ünsiyyətdə olması barədə razılığa gəlmişlər.
10. Ərizəçi tərəfindən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş, uşaq ananın yanında qalmışdır. Lakin maraqlı şəxs hər ay barışıq sazişində göstərilən sabit pul məbləğində alimentin ödənilməsi barədə şərtə əməl etmədiyindən, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, sazişin təsdiq edilməsini xahiş etmişdir. c) Məhkəmənin mövqeyi:
11. Məhkəmə qeyd etməyi zəruri sayır ki, məhkəmə tərəfindən hazırkı icraat çərçivəsində tərəflər arasında bağlanmış barışıq sazişinin ərizəçi tərəfindən təsdiq edilməsi tələb edilən bəndinin qanunauyğun olub-olmaması, yəni təsdiq edilməli olub-olmaması məsələsi araşdırılır.
12. Barışıq sazişinin təsdiq edilməsi tələb edilən bəndi ilə bağlı ilk öncə qeyd edilməlidir ki, sazişin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilməsi, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmaması, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmaması, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq bir tərəfə zərər vurmaması məhkəmə tərəfindən müəyyən edilmişdir.
13. Həmin bənddə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay ərizəçiyə ödənilməli olan məbləğin qanunla müəyyən edilmiş uşaqların yaşayış minimumu məbləğində olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, sazişin bu bəndi yetkinlik yaşına çatmayan uşağın mənafeyinə də uyğundur.
14. Sözügedən bəndin sazişin digər bəndlərindən ayrılması mümkün olduğundan, məhkəmə həmin hissədə barışıq sazişin təsdiq edilməsini mümkün hesab edir.
15. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin alimentlə bağlı olan 1.3-cü bəndinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li qərardadı: 24-30-cu bəndlər. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406). Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Məsələn, daşınmaz əşyaya sərəncam verilməsi razılaşdırılırsa, belə saziş notarial qaydada təsdiqlənməlidir. Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Məhkəmənin təsdiqlədiyi barışıq sazişi isə protokol şəklində tərtib olunur (Mülki Məcəllə, maddə 881.3). Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir. 33-36, 39-cu bəndlər. Bununla belə, məhkəmə təsdiqi barışıq sazişinin məcburi etibarlılıq şərti deyil, çünki barışıq sazişlərinin əmələ gəlməsi üçün məhkəmə təsdiqi qanunda məcburi şərt olaraq nəzərdə tutulmamışdır. İddia icraatında məhkəmənin barışıq razılaşmasını təsdiq etməsi iki növ hüquqi ehtiyacı qarşılayır. Birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. İkinci halda isə tərəflər sazişin qüvvəyə minməsini məhkəmə təsdiqindən asılı etmədən özləri təmin edirlər (məsələn, sadə yazılı müqaviləni imzalamaqla, yaxud notariat qaydasında təsdiqlətməklə). Eyni zamanda, mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Bundan sonra barışıq razılaşması məhkəmənin icraatında olan işə xitam verilməsi üçün məhkəməyə təqdim olunur. Belə ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər (MPM, maddə 52.3). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). 45-51-ci bəndlər. MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olubolmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir” ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. MPM-in 52.5-ci və 355-26.1-ci maddələrində göstərilən halların yoxlanılmasının maddi hüquqi nəticələr də əmələ gətirməsi barədə mövqe ilə razılaşdıqda isə belə çıxır ki, məhkəmə barışıq sazişini təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsbit edir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verir. Məlum olduğu kimi, kassasiya instansiyası məhkəməsi də barışıq sazişini eyni əsaslarla təsdiq edərək işin icraatına xitam verə bilər (MPM, maddə 417.1.5). Halbuki, kassasiya məhkəməsinin iş üzrə hər hansı faktı müəyyən etmək və ona qiymət vermək səlahiyyəti yoxdur. Bu hal bir daha onu təsdiqləyir ki, barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir.
18. Beləliklə, məhkəmə barışıq sazişinin müvafiq bəndini iş materialları və yuxarıda istinad olunan qanunvericilik normaları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB\9\2025- 01264 nömrəli barışıq sazişinin aşağıdakı məzmunda olan 1.3-cü bəndi təsdiq edilməlidir: “1.3. Tərəflər razılaşırlar ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 25-30-dək 246 (iki yüz qırx altı) manat məbləğində alimenti İddiaçı kart hesabına ödəyəcəkdir”.
19. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edildiyindən, iş üzrə ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə tərəflərin belə tələblərinin olub-olmamasından asılı olmadığını da vurğulayır. Nəticə:
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB\9\2025-01264 nömrəli barışıq sazişi aşağıdakı məzmunda olan 1.3-cü bəndi təsdiq edilsin: “1.3. Tərəflər razılaşırlar ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 25-30-dək 246 (iki yüz qırx altı) manat məbləğində alimenti İddiaçı kart hesabına ödəyəcəkdir”. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq ərizəçi İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova