Məhkəmə qərarları › İş №2(5-98)-397/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-98)-397/2026

10.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-98)-397/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Abdulla qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün "Maraqlı şəxs tərəfindən şirkətə 900 manat vurulmuş ziyana görə 1.Tərəflər etiraf edir ki, Tərəf 2 (Maraqlı şəxs) "xxxx" MMC-nin Günəşli-3 filialında səhlənkarlıq nəticəsində toplamda 900 AZN məbləğində "xxxx" MMC-yə ziyan vurulmasını etiraf edir. 2. Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 5-10-u tarixinədək, 6 ay ərzində aylıq 150 AZN olmaqla (son ödəniş tarixi xx.xx.2026-cı il) Tərəf 1 ("xxxx" MMC)-ə tam şəkildə ödəyəcək. 3. Tərəf 2 (Maraqlı şəxs) qeyd olunan tarixədək ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1("xxxx" MMC) Tərəf 2(Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir." Şərti ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ərizəçi "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Maraqlı şəxs oğlu arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs tərəfindən şirkətə 900 manat vurulmuş ziyana görə 1.Tərəflər etiraf edir ki, Tərəf 2 (Maraqlı şəxs) "xxxx" MMC-nin Günəşli-3 filialında səhlənkarlıq nəticəsində toplamda 900 AZN məbləğində "xxxx" MMC-yə ziyan vurulmasını etiraf edir. 2. Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 5-10-u tarixinədək, 6 ay ərzində aylıq 150 AZN olmaqla (son ödəniş tarixi xx.xx.2026-cı il) Tərəf 1 ("xxxx" MMC)-ə tam şəkildə ödəyəcək. 3. Tərəf 2 (Maraqlı şəxs) qeyd olunan tarixədək ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Eyni zamanda Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişın şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədiyi üçün barışıq sazişinin 3-cü bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir. Tərəflərin iştirakı və izahatları: Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, buna baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Tərəflər arasında mediasiya prosesi nəticəsində Bakı 20 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli MŞB/xx/xx-00935 saylı barışıq sazişi bağlanmış, tərəflər sazişin şərtlərini aşağıdakı kimi müəyyənləşdirmişlər:

1. Tərəflər etiraf edir ki, Tərəf 2 (Maraqlı şəxs) "xxxx" MMC-nin Günəşli-3 filialında səhlənkarlıq nəticəsində toplamda 900 AZN məbləğində "xxxx" MMC-yə ziyan vurulmasını etiraf edir.

2. Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 5- 10-u tarixinədək, 6 ay ərzində aylıq 150 AZN olmaqla (son ödəniş tarixi xx.xx.2026-cı il) Tərəf 1 ("xxxx" MMC)-ə tam şəkildə ödəyəcək.

3. Tərəf 2 (Maraqlı şəxs) qeyd olunan tarixədək ödənişini ödəməzsə və ya gecikdirərsə, Tərəf 1 ("xxxx" MMC) Tərəf 2 (Maraqlı şəxs)-nin borcunu tam şəkildə ödəməsi şərti ilə Barışıq Sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəkdir." Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq ərizəçi "xxxx" MMC “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. ********** nömrəli, xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli MŞB/xx/xx-00935 saylı barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/xx/xx-00935 saylı barışıq sazişi təsdiq edilməlidir. Ərizə təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. "xxxx" MMC və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/xx/xx-00935 saylı Barışıq sazişi aşağıdakı şərtlə təsdiq edilsin:

1. Tərəflər etiraf edir ki, Tərəf 2 (Maraqlı şəxs) "xxxx" MMC-nin Günəşli-3 filialında səhlənkarlıq nəticəsində toplamda 900 AZN məbləğində "xxxx" MMC-yə ziyan vurulmasını etiraf edir.

2. Tərəflər razılaşırlar ki, Tərəf 2 (Maraqlı şəxs xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 5- 10-u tarixinədək, 6 ay ərzində aylıq 150 AZN olmaqla (son ödəniş tarixi xx.xx.2026-cı il) Tərəf 1 ("xxxx" MMC)-ə tam şəkildə ödəyəcək. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu alınaraq ərizəçi "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar