Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-98)-421/2026 09.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Mehmet oğlunu maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin müəyyən hissədə təsdiq edilməsinə" dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Ərizəçi (Birinci tərəf) ilə X18 (İkinci tərəf) arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB\6-02447 nömrəli xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki:
1. xx.xx.2019-cu il təvəllüdlü qızları Karaca X1 üçün könüllü olaraq aliment məbləğində razılığa gəlmişlər.
2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü qızları Karaca X1 üçün 2025-ci ilin dekabr ayı, 2026-cı ilin yanvar, fevral ayları üçün hər ay 400 (dörd yüz) manat, 2026-cı ilin mart ayından başlayaraq hər ay 500 (beş yüz) manat aliment məbləğinin Birinci tərəf olan Ərizəçi ödəməyi öz öhdəsinə götürür. -1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu il tarixində doğulmuşdur. Onun atası Maraqlı şəxs, anası Ərizəçidır. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş “Atalığın müəyyən edilməsi” haqqında Şəhadətnamədən görünür ki, Maraqlı şəxs xx.xx.2019-cu ildə Ərizəçi doğulmuş X3 atası hesab edilimişmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi
Ərizəçi Maraqlı şəxs Mehmet oğlunu maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin müəyyən hissədə təsdiq edilməsinə" dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü Karaca X2 üçün 2025-ci ilin dekabr ayı, 2026-cı ilin yanvar, fevral ayları üçün hər ay 400 (dörd yüz) manat, 2026-cı ilin mart ayından başlayaraq hər ay 500 (beş yüz) manat aliment məbləğinin Maraqlı şəxs Mehmet oğlundan tutularaq Ərizəçi ödənilməsinə dair xx.xx.2025-ci il tarixli, MŞB\6-02447 nömrəli barışıq sazişinin təsdiq edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslanmışdır ki, Ərizəçi Maraqlı şəxs Mehmet oğlu ilə faktiki nikah münasibətində olmuşdurlar və birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. xx.xx.2025-ci il tarixində maraqlı şəxslə övladlarına dair aralarında aliment tələbi barədə Mediasiya barışıq sazişi imzalanmışdır. Belə ki, barışıq sazişinə əsasən Maraqlı şəxs Mehmet oğlu xx.xx.2019-cu il təvəllüdlü qızları Karaca X2 üçün 2025-ci ilin dekabr ayı, 2026-cı ilin yanar, fevral ayları üçün hər ay 400 (dörd yüz) manat, 2026-cı ilin mart ayından başlayaraq hər ay 500 (beş yüz) manat aliment məbləğini ərizəçiyə ödəməyi öz öhdəsinə götürmüşdür. Sözügedən saziş üzrə maraqlı şəxs öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə olan təqdirdə hazırki tələblə məhkəməyə müraciət etmək məcuriyyətində qalmışdır.
b) iddiaya etiraz:
İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları:
Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Mehmet oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, mediator X8 tərəfindən təsdiq edilən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs Mehmet oğlu arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs Mehmet oğlu tərəfindən könüllü qaydada icra edilməmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs Mehmet oğlunu maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin müəyyən hissədə təsdiq edilməsinə" dair ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi X9 maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişinin müəyyən hissədə təsdiq edilməsinə" dair ərizəsi təmin edilsin. Ərizəçi ilə X13 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/6-02447 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. xx.xx.2019-cu il təvəllüdlü qızları Karaca X1 üçün könüllü olaraq aliment məbləğində razılığa gəlmişlər.
2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü qızları Karaca X1 üçün 2025-ci ilin dekabr ayı, 2026-cı ilin yanvar, fevral ayları üçün hər ay 400 (dörd yüz) manat, 2026-cı ilin mart ayından başlayaraq hər ay 500 (beş yüz) manat aliment məbləğinin Birinci tərəf olan Ərizəçi ödəməyi öz öhdəsinə götürür. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.