Məhkəmə qərarları › İş №2(5-98)-836/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-98)-836/2026

06.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-98)-836/2026 06.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İlyas İnqilab oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2026-cı il tarixli, MŞB/xx/xx- 00201 saylı barışıq sazişinin təsdiq edilərək icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə 27 dekabr 2014-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikah bağlayıb ailə qurmuşdur. Nikah 2591 №-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə həyatı qurduqdan sonra bir müddət xoşbəxt yaşasalar da sonradan xasiyyətləri uyğun gəlmədiyindən tərəfindən nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Maraqlı şəxs ilə birgə nikah dövründə əldə edilmiş xüsusi mülkiyyət hüququ əsasında ərizəçinin adına rəsmiləşdirilmiş, ünvan 1 ünvanında yerləşən mənzil vardır. Həmin mənzil birgə nikah dövründə əldə olunduğundan mənzil üzərində hər birinin ½ hissədə pay hüquqları var. Birgə nikah dövründə əldə edilmiş mənzil üzərində pay bölgüsü ilə əlaqədar mübahisənin həlli ilə bağlı ərizəçi tərəfindən mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2026-cı il tarixdə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasından sonra proses zamanı MŞB/xx/xx-00201 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə görə mənzilin cavabdehə məxsus ½ hissədə payının əvəzi olaraq 145000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ona ödəməyi, həmin pul vəsaitini bank köçürməsi yolu ilə və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirməyi öhdəsinə götürmüş, cavabdeh isə 19 fevral 2026-cı il tarixdən etibarən 3 ay müddətində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 302-ci məhəllə, ev 88 a saylı evin 127 nömrəli mənzilindən pasport qeydiyyatından çıxamağı, mənzilin ona məxsus ½ hissədə payın əvəzi olaraq 145000 manat məbləğində pul ona ödənildikdən sonra mənzil üzərində (mənzildə olan bütün əşyalar da daxil olmaqla) hər hansı mülkiyyət, istifadə, sərəncam vermək hüququnun olmayacağı, gələcəkdə həmin mənzilə dair mülkiyyət hüququnun tanınması və ya hər hansı pul tələbi irəli sürməyəcəyi bununla bağlı heç bir iddia tələbinin olmayacağı barədə mənzil üzərində olan ½ pay hüququndan könüllü şəkildə imtina edərək həmçinin bu barədə notariat qaydasında təsdiq edilmiş imtina ərizəsi verməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən xx.xx.2026-cı il tarixli MŞB/xx/xx-00201 nömrəli barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdiyini, sazişi öz iradəsilə imzaladığını, ona hər hansı təzyiq olmadığını bildirdi və ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin öz öhdəliklərini icra etməkdən boyun qaçıracağından ehtiyat etdiyinə görə və saziş üzrə öhdəliyini icra etmək üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etirazı olmadığını, sazişin imzalanması üçün ona hər hansı təsirin olmadığını bildirdi.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2026-cı il tarixli MŞB/xx/xx-00201 nömrəli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: “1. Tərəflər Maraqlı şəxs və Ərizəçi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xüsusi mülkiyyət hüququ əsasında Ərizəçi adına rəsmiləşdirilmiş, ünvan 2 ünvanında yerləşən mənzilin (bundan sonra "mənzil") birgə nikah dövründə əldə olduğunu və həmin mənzil üzərində hər birinin 1/2 hissədə pay hüquqlarının olduğunu təsdiq edirlər. 1.1 Tərəflər mənzil üzərində pay bölgüsü ilə bağlı mövcud mübahisənin barışıq yolu ilə həlli üçün bu Sazişi bağlayırlar və onun məhkəmə tərəfindən təsdiq olunması üçün müraciət etməyi öhdələrinə götürürlər.

2. İkinci tərəf Ərizəçi, birinci tərəf Maraqlı şəxs, mənzilin Maraqlı şəxs məxsus 1/2 hissədə payının əvəzi olaraq 145000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. 2.1 Birinci tərəf Maraqlı şəxs təsdiq edir ki, mənzilin ona məxsus 1/2 hissədə payın əvəzi olaraq 145 000 (bir yüz qırx beş min) manat məbləğində pul ona ödənildikdən sonra mənzil üzərində (mənzildə olan bütün əşyalarda daxil olmaqla) hər hansı mülkiyyət, istifadə, sərəncam vermək hüququ olmayacaq, gələcəkdə həmin mənzilə dair mülkiyyət hüququnun tanınması və ya hər hansı pul tələbi irəli sürməyəcək bununla bağlı heç bir iddia tələbi olmayacaqdır. 2.2. Bununla da birinci tərəf Maraqlı şəxs mənzil üzərində olan 1/2 pay hüququndan könüllü şəkildə imtina edir həmçinin bu barədə notariat qaydasında təsdiq edilmiş imtina ərizəsi verməyi öhdəsinə götürür. 2.3. Ödəniş məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən etibarən 10 iş günü müddətində ikinci tərəf Ərizəçi tərəfindən bank köçürməsi yolu ilə və ya notariusun depozit hesabı vasitəsilə həyata keçiriləcəkdir.

3. Birinci tərəf Maraqlı şəxs 19 Fevral 2026-cı il tarixdən etibarən 3 (üç) ay müdətində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 302-ci məhəllədə yerləşən 88 a saylı evin, 127 nömrəli mənzilindən pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürür.

4. Tərəflər bəyan edirlər ki, bu Saziş könüllü şəkildə, hüquqi nəticələri onlara izah edilməklə və heç bir təzyiq olmadan bağlanmışdır. 4.1 Tərəflər bu Sazişin məhkəmə tərəfindən təsdiq edilməsinin icra sənədi qüvvəsinə malik olacağını anlayırlar.

5. Saziş 3 (üç) nüsxədə tərtib edilmiş və tərəflərə təqdim edilmişdir. 5.1. Tərəflər bu Sazişi oxuyub məzmunu ilə tam razı olduqlarını təsdiq edir”.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi: **********52-05301-093065) görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 141.40 kv. m. olan mənzil Ərizəçi məxsusdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi zamanı xx.xx.2026-cı il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi ilə tərəflər öz iradələrinə uyğun razılığa gəlmişlər. Eyni zamanda, tərəflər sazişin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciət etməyi də öhdələrinə götürmüşdürlər.

9. Ərizəçi maraqlı şəxsin öz öhdəliklərini icra etməkdən boyun qaçıracağından ehtiyat etdiyinə görə və saziş üzrə öhdəliyini icra etmək üçün hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, sazişin təsdiq edilməsini xahiş etmişdir.

c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2024-cü il tarixli, 01/2024 №-li qərardadı: 24-30-cu bəndlər. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406). Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (Mülki Məcəllə, maddə 881.3). Məsələn, daşınmaz əşyaya sərəncam verilməsi razılaşdırılırsa, belə saziş notarial qaydada təsdiqlənməlidir. Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Məhkəmənin təsdiqlədiyi barışıq sazişi isə protokol şəklində tərtib olunur (Mülki Məcəllə, maddə 881.3). Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir. 33-36, 39-cu bəndlər. Bununla belə, məhkəmə təsdiqi barışıq sazişinin məcburi etibarlılıq şərti deyil, çünki barışıq sazişlərinin əmələ gəlməsi üçün məhkəmə təsdiqi qanunda məcburi şərt olaraq nəzərdə tutulmamışdır. İddia icraatında məhkəmənin barışıq razılaşmasını təsdiq etməsi iki növ hüquqi ehtiyacı qarşılayır. Birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilərlər (belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilər). Yəni, tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minir və hüquqi nəticə yaradır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (işin icraatına xitam verən) prosessual nəticə əmələ gətirir. İkinci halda isə tərəflər sazişin qüvvəyə minməsini məhkəmə təsdiqindən asılı etmədən özləri təmin edirlər (məsələn, sadə yazılı müqaviləni imzalamaqla, yaxud notariat qaydasında təsdiqlətməklə). Eyni zamanda, mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Bundan sonra barışıq razılaşması məhkəmənin icraatında olan işə xitam verilməsi üçün məhkəməyə təqdim olunur. Belə ki, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər (MPM, maddə 52.3). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). 45-51-ci bəndlər. MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olubolmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir” ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. MPM-in 52.5-ci və 355-26.1-ci maddələrində göstərilən halların yoxlanılmasının maddi hüquqi nəticələr də əmələ gətirməsi barədə mövqe ilə razılaşdıqda isə belə çıxır ki, məhkəmə barışıq sazişini təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsbit edir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verir. Məlum olduğu kimi, kassasiya instansiyası məhkəməsi də barışıq sazişini eyni əsaslarla təsdiq edərək işin icraatına xitam verə bilər (MPM, maddə 417.1.5). Halbuki, kassasiya məhkəməsinin iş üzrə hər hansı faktı müəyyən etmək və ona qiymət vermək səlahiyyəti yoxdur. Bu hal bir daha onu təsdiqləyir ki, barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir.

d) Məhkəmənin mövqeyi:

12. Məhkəmə qeyd etməyi zəruri sayır ki, məhkəmə tərəfindən hazırkı icraat çərçivəsində tərəflər arasında bağlanmış barışıq sazişinin ərizəçi tərəfindən təsdiq edilməsinin qanunauyğun olubolmaması, yəni təsdiq edilməli olub-olmaması məsələsi araşdırılır.

13. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ilk öncə qeyd edilməlidir ki, sazişin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilməsi, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmaması, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmaması, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq bir tərəfə zərər vurmaması məhkəmə tərəfindən müəyyən edilmişdir.

14. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir.

Nəticə:

15. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları və yuxarıda istinad olunan qanunvericilik normaları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2026-cı il tarixli MŞB/xx/xx-00201 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilməlidir: “1. Tərəflər Maraqlı şəxs və Ərizəçi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xüsusi mülkiyyət hüququ əsasında Ərizəçi adına rəsmiləşdirilmiş, ünvan 2 ünvanında yerləşən mənzilin (bundan sonra "mənzil") birgə nikah dövründə əldə olduğunu və həmin mənzil üzərində hər birinin 1/2 hissədə pay hüquqlarının olduğunu təsdiq edirlər. 1.1 Tərəflər mənzil üzərində pay bölgüsü ilə bağlı mövcud mübahisənin barışıq yolu ilə həlli üçün bu Sazişi bağlayırlar və onun məhkəmə tərəfindən təsdiq olunması üçün müraciət etməyi öhdələrinə götürürlər.

2. İkinci tərəf Ərizəçi, birinci tərəf Maraqlı şəxs, mənzilin Maraqlı şəxs məxsus 1/2 hissədə payının əvəzi olaraq 145000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. 2.1 Birinci tərəf Maraqlı şəxs təsdiq edir ki, mənzilin ona məxsus 1/2 hissədə payın əvəzi olaraq 145 000 (bir yüz qırx beş min) manat məbləğində pul ona ödənildikdən sonra mənzil üzərində (mənzildə olan bütün əşyalarda daxil olmaqla) hər hansı mülkiyyət, istifadə, sərəncam vermək hüququ olmayacaq, gələcəkdə həmin mənzilə dair mülkiyyət hüququnun tanınması və ya hər hansı pul tələbi irəli sürməyəcək bununla bağlı heç bir iddia tələbi olmayacaqdır. 2.2. Bununla da birinci tərəf Maraqlı şəxs mənzil üzərində olan 1/2 pay hüququndan könüllü şəkildə imtina edir həmçinin bu barədə notariat qaydasında təsdiq edilmiş imtina ərizəsi verməyi öhdəsinə götürür. 2.3. Ödəniş məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən etibarən 10 iş günü müddətində ikinci tərəf Ərizəçi tərəfindən bank köçürməsi yolu ilə və ya notariusun depozit hesabı vasitəsilə həyata keçiriləcəkdir.

3. Birinci tərəf Maraqlı şəxs 19 Fevral 2026-cı il tarixdən etibarən 3 (üç) ay müdətində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 302-ci məhəllədə yerləşən 88 a saylı evin, 127 nömrəli mənzilindən pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürür.

4. Tərəflər bəyan edirlər ki, bu Saziş könüllü şəkildə, hüquqi nəticələri onlara izah edilməklə və heç bir təzyiq olmadan bağlanmışdır. 4.1 Tərəflər bu Sazişin məhkəmə tərəfindən təsdiq edilməsinin icra sənədi qüvvəsinə malik olacağını anlayırlar.

5. Saziş 3 (üç) nüsxədə tərtib edilmiş və tərəflərə təqdim edilmişdir. 5.1. Tərəflər bu Sazişi oxuyub məzmunu ilə tam razı olduqlarını təsdiq edir”.

16. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edildiyindən, iş üzrə ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixdə dövlət rüsumu (qəbz nömrəsi: **********05) kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2026-cı il tarixli MŞB/xx/xx-00201 nömrəli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər Maraqlı şəxs və Ərizəçi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xüsusi mülkiyyət hüququ əsasında Ərizəçi adına rəsmiləşdirilmiş, ünvan 2 ünvanında yerləşən mənzilin (bundan sonra "mənzil") birgə nikah dövründə əldə olduğunu və həmin mənzil üzərində hər birinin 1/2 hissədə pay hüquqlarının olduğunu təsdiq edirlər. 1.1 Tərəflər mənzil üzərində pay bölgüsü ilə bağlı mövcud mübahisənin barışıq yolu ilə həlli üçün bu Sazişi bağlayırlar və onun məhkəmə tərəfindən təsdiq olunması üçün müraciət etməyi öhdələrinə götürürlər.

2. İkinci tərəf Ərizəçi, birinci tərəf Maraqlı şəxs, mənzilin Maraqlı şəxs məxsus 1/2 hissədə payının əvəzi olaraq 145000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. 2.1 Birinci tərəf Maraqlı şəxs təsdiq edir ki, mənzilin ona məxsus 1/2 hissədə payın əvəzi olaraq 145 000 (bir yüz qırx beş min) manat məbləğində pul ona ödənildikdən sonra mənzil üzərində (mənzildə olan bütün əşyalarda daxil olmaqla) hər hansı mülkiyyət, istifadə, sərəncam vermək hüququ olmayacaq, gələcəkdə həmin mənzilə dair mülkiyyət hüququnun tanınması və ya hər hansı pul tələbi irəli sürməyəcək bununla bağlı heç bir iddia tələbi olmayacaqdır. 2.2. Bununla da birinci tərəf Maraqlı şəxs mənzil üzərində olan 1/2 pay hüququndan könüllü şəkildə imtina edir həmçinin bu barədə notariat qaydasında təsdiq edilmiş imtina ərizəsi verməyi öhdəsinə götürür. 2.3. Ödəniş məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən etibarən 10 iş günü müddətində ikinci tərəf Ərizəçi tərəfindən bank köçürməsi yolu ilə və ya notariusun depozit hesabı vasitəsilə həyata keçiriləcəkdir.

3. Birinci tərəf Maraqlı şəxs 19 Fevral 2026-cı il tarixdən etibarən 3 (üç) ay müdətində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 302-ci məhəllədə yerləşən 88 a saylı evin, 127 nömrəli mənzilindən pasport qeydiyyatından çıxmağı öz öhdəsinə götürür.

4. Tərəflər bəyan edirlər ki, bu Saziş könüllü şəkildə, hüquqi nəticələri onlara izah edilməklə və heç bir təzyiq olmadan bağlanmışdır. 4.1 Tərəflər bu Sazişin məhkəmə tərəfindən təsdiq edilməsinin icra sənədi qüvvəsinə malik olacağını anlayırlar.

5. Saziş 3 (üç) nüsxədə tərtib edilmiş və tərəflərə təqdim edilmişdir. 5.1. Tərəflər bu Sazişi oxuyub məzmunu ilə tam razı olduqlarını təsdiq edir”. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: İlyas Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar