Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-99)-435/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X15 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Bakı 8 saylı Mediasiya təşkilatında aralarında bağlanmış xx.xx.2026-cı il tarixli MŞB/8/2025-02814 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikahdan xx.xx.2009-cu ildə X8, faktiki nikah münasibətindən isə xx.xx.2011-ci ildə X4 və xx.xx.2017-ci ildə X5 adında üç övladları anadan olmuşdur. Qeyd etmişdir ki, Maraqlı şəxs ilə xasiyyətləri uyğun gəlmədiyi üçün Nizami Rayon Məhkəməsinin 2(007)-1354/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Belə ki, 2026-cı il tarixdə "atalıq faktının müəyyən edilməsi və aliment tələbinə" dair Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Maraqlı şəxs llkin mediasiya sessiyasında iştirak edərək "atalıq faktının müəyyən edilməsi və aliment tələbinə dair" iddianı qəbul etmişdir. Bununla da maraqlı şəxslə aralarında Bakı 8 saylı Mediasiya təşkilatında xx.xx.2026-cı il tarixdə MŞB/8/2025-02814 saylı barışıq sazışı imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 birgə ümumi uşaqlarının olduğunu, eyni zamanda həmin uşaqlara veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında "Maraqlı şəxs" kimi uşağın qrafasında isə xx.xx.2011-ci il təvəllüdlü "X4" qeydinin və xx.xx.2017-ci il təvəllüdlü "X5" qeydinin dəyişdirilməsinə, həmçinin uşaqların yetkinlik yaşına çatana kimi xx.xx.2026cı il tarixdən etibarən hər ayın 15-dək hər uşaq üçün 133 manat olmaqla ümumilikdə 399 manat ödəyəcəyinə dair, bundan əlavə qanunvericiliklə nəzərdə tutulmuş addımların atılmasına və aidiyyatı qeydiyyat orqanlarına müraciət edəcəyinə dair üzərinə öhdəlik götürmüşdür. Lakin bütün bunlara baxmayaraq maraqlı şəxs bu günə qədər üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün məcburiyyət qarşısında qalaraq xx.xx.2026-cı il il tarixdə Bakı 8 saylı Mediasiya təşkilatında aralarında bağlanmış MŞB/8/2025-02814 saylı barışıq sazışınin təsdiq olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin dəlillərini müdafiə edib, izahatında bildirdi ki, maraqlı şəxs tərəfindən aliment ödənilir, onlar atalığın müəyyən olunması üçün mediasiyaya yaxınlaşmışlar, lakin onlara problemin məhkəmə yolu ilə həll edilə biləcəyi izah olunmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, ərizədə göstərilən halları qəbul edir, alimenti hər ay vaxtında ödəyir. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədi. İş materialları: AZ-İİ seriyalı 237050 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında İddiaçı qeyd edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 379 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında akt qeydindən görünür ki, Hüseynova Gülabə xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Ana qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İV seriyalı 002935 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında İddiaçı qeyd edilmişdir. MŞB/8/2025-02814 nömrəli, xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, 1. TƏRƏFLƏR: Birinci tərəf: İddiaçı Bu saziş imzalanmaqla İkinci tərəf: Maraqlı şəxs ilə faktiki nikah münasibətlərindən dünyaya gətirdiyi (Tərəflərin nikahları Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim Z.Əliyev) xx.xx.2011-ci il tarixli 2(007)- 1354/2011 nömrəli qətnaməsi ilə pozulmuşdur) xx.xx.2011-ci il təvəllüdlü Hüseynova Gülabə XXX və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqların İkinci tərəf: Maraqlı şəxs onların birgə ümumi uşaqları olduğunu (nikahda olmasalarda uşaqların faktiki birgə təsərrüfat apardıqları münasibətdən doğulduqlarını) etiraf və təsdiq etməsi ilə razıdır. İkinci tərəf: Maraqlı şəxs bununla razıdır və etiraz etmir. 2. TƏRƏFLƏR: İkinci tərəf: Hüseynov X7 imzalanmaqla müvafiq Qeydiyyat şöbəsində xx.xx.2011-ci il təvəllüdlü "Hüseynova Gülabə XXX" adlı və xx.xx.2017-ci il təvəllüdlü "X5" adlı uşaqlara veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında "Maraqlı şəxs" kimi, uşağın qrafasında isə xx.xx.2011-ci il təvəllüdlü "X4" qeydinin və xx.xx.2017-ci il təvəllüdlü "X5" qeydinin dəyişdirilməsinə (yeni məlumatlarla əvəz edilməsinə) razıdır və buna maneə olmayacağna, zərurət olduqda isə müvafiq qeydiyyat orqanına buna dair rəsmi ərizə ilə müraciət edəcəyinə dair öz üzərinə öhdəlik götürür. Birinci tərəf: İddiaçı bununla razıdır və etiraz etmir. 3.TƏRƏFLƏR: Birinci tərəf: İddiaçı İkinci tərəf: Maraqlı şəxs ilə oğlu birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü Hüseynova Gülabə XXX və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona xx.xx.2026-ci il tarixdən etibarən hər ayın 15-dək hər ay hər uşaq üçün 133 (bir yüz otuz üç) manat olmaqla ümumilikdə hər ay 399 (üç yüz doxsan doqquz) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona hazırda məxsus olan (4169 7388 9074 8787 Kapital bank) bank kartına ödəniləcəyi ilə razıdır. İkinci tərəf: Maraqlı şəxs bununla razıdır, etiraz etmir və hər ay alimenti ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 4.TƏRƏFLƏR: Birinci tərəf: Hüseynova X2 şərtlərinin təsdiq edilməsi üçün İkinci tərəf: Maraqlı şəxs tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş addımların atılmasına və aidiyyəti qeydiyyat orqanlara müraciət etməsinə razıdır və buna etiraz etmir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək bu sazişi (aliment ödənişi hissəsində) təsdiq etdirmək hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs bununla razıdır, etiraz etmir və zərurət yarandıqda aidiyyəti İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə orqanına (uşaqların atası olmasını təsdiq edən) notarial qaydada ərizə verəcəyinə dair öz üzərinə öhdəlik götürür. Birinci tərəf İddiaçı "Atalıq faktının müəyyən edilməsi" hissəsində aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öz üzərinə öhdəlik götürür. xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ərizəçi İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Hazırda ərizəçi MŞB/8/2025-02814 nömrəli, xx.xx.2026-cı il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir. Beləki, tərəflərin verdiyi izahatlardan görünür ki, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı mübahisə yoxdur. Yəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində göstərilən, barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunma əsasları mövcud deyildir. Məhkəmə həmçinin barışıq sazişinin “atalıq faktının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında mübahisə olmadığı üçün bununla bağlı qeydiyyat şöbəsinə müraciət edilməlidir. Tərəflər arasında mübahisə olduğu halda isə sazişin 4-cü bəndində də qeyd edildiyi kimi, atalıq faktının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2026-cı il tarixində, mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı barışıq sazişinin hissəvi təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(5-99)-435/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(5-99)-435/2026
26.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver