Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-99)-76/2026 16.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X7 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüryanlı Ülkər Allahyar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin hissəvi təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli MSB/2- 01194/2025 nömrəli barışıq sazişinin aliment və müvafiq qızılların qaytarılması hissəsində təsdiq edilməsi, hüquqi yardım üçün ödənilən 300 (üç yüz) manat vəkil xərcinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2026-cı il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli MSB/2-01194/2025 nömrəli barışıq sazişinin 3-cü bəndinin tam, 5-ci bəndinin qızıl zinət əşyalarının (qızıl toy komplekti – 3100 AZN, özünün aldığı qızıl – 1330 AZN (10 qram), qızına alınan qızıl-yonca formalı dəst) təhvil verilməsi hissəsində, 6-cı bəndinin qızıl toy komplekti -3100 AZN, özünün aldığı qızıl – 1330 AZN (10 qram), qızına alınan qızıl-yonca formalı dəst hissəsində təsdiq edilməsi hüquqi yardım üçün ödənilən 300 (üç yüz) manat vəkil xərcinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2024-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahları xx.xx.2024-ci il tarixdə 7 saylı Bakı "ASAN xidmət" mərkəzində, Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində 2716 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2025-ci il təvəllüdlü X3 anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan aralarında söz-söhbətlər yaranmağa başlamış və bir-birilərini heç cür başa düşə bilməmişdirlər. Bir yerdə yaşamaqları baş tutmamış və aralarındakı münasibətlər dözülməz bir həddə çatmışdır. Faktiki olaraq aralarındakı ailə münasibətləri bitmişdir. Ailə münasibətlərinin perspektivsizliyini hər ikisi dərk etmişdirlər. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinin tələblərinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya proseduru tətbiq edilir. Göstərilən qanunun tələblərinə əsasən tərəflərindən məsələnin qarşılıqlı razılıq əsasında həll edilməsi üçün Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya prosesində xx.xx.2025-ci il tarixli MSB/2-01194/2025 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin Sazişə əsasən hər iki Tərəf nikahın barışmaq üçün vaxt vermədən pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment ödənişi, cehiz əmlak və qızıl-zinət əşyalarının qaytarılması barədə razılığa gəlmişdir. Sözügedən barışıq sazişi əsasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsi nikahın pozulması barədə qətnamə (qətnamə hələ sistemə əlavə edilməmişdir) qəbul etmişdir. Həmin barışıq sazişinin 3-cü bəndində qeyd olunur ki, "Maraqlı şəxs övladı xx.xx.2025-ci il təvəllüdlü X1 üçün hər ay üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment ödənişi etməyi öz öhdəliyinə götürür və aliment ödənişi xx.xx.2025-ci il tarixdən hesablanaraq növbəti ayların 20-dək Ərizəçi bank hesabına ödəniləcəkdir.". Tərəflər arasında alimentlə bağlı bu cür razılaşma olmasına baxmayaraq bu günədək maraqlı şəxs tərəfindən ərizəçiyə hər hansı aliment ödənişi edilməmişdir. Həmin Sazişin 6-cı bəndinə əsasən maraqlı şəxs aşağıdakı qızıl zinət əşyalarını ərizəçiyə qaytarmaq öhdəliyini götürmüşdür: 1. Qızıl toy komplekti -3100 manat 2. Nişan üzüyü (2 ədədli) - 1000 manat 3. Qızıl sep (10 qr) - 1330 manat 4. Qızıl sep və klon - 900 manat 5. Alyans üzük - 200 manat 6. Şahmeran bilərzik - 100 manat 7. Qızları üçün alınan yonca formalı qızıl dəst. Maraqlı şəxs yuxarıda qeyd olunan qızıl zinət əşyalarından yalnız, 2-ci, 4-cü, 5-ci və 6-cı qızılları ərizəçiyə qaytarmışdır. Bunu ərizəçinin vəkili və hər iki tərəfin iştirakı ilə çəkilmiş videogörüntü təsdiq etmişdir. Videogörüntünün yazıldığı disk əlavə olunmuşdur. Maraqlı şəxs öhdəliyini pozaraq 1-ci, 3-cü və 7-ci qızılı qaytarmaqdan imtina etmişdir. Həmin qızılların fotoşəkilləri əlavə edilmişdir. Həmin barışıq sazişinin 13-cü bəndində qeyd olunur ki, "Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər." Həmin barışıq sazişinin 14-cü bəndində qeyd olunur ki, "Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ərizəçi ilə Bakı şəhəri 25 saylı Vəkil Bürosu arasında müqavilə bağlanmışdır. Müqavilə çərçivəsində vəkil üçün 300 manat xidmət haqqı ödənilmişdir. Ödəniş qəbzi əlavə olunmuşdur. Nəzərə çatdırmışdır ki, birgə nikahlarından olan xx.xx.2025-ci il təvəllüdlü X3 hazırda onun himayəsində olmaqla faktiki olduğu ünvanda onunla birlikdə yaşayır və maraqlı şəxsin buna qarşı heç bir etirazı yoxdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil1 ərizənin dəlillərini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil2 izahatında qarşı tərəfin fikirlərinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmışdır və barışıq sazişi əsasında müəyyən edilmişdir ki: 1) Tərəflər Ərizəçi və Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə 7 saylı Bakı Asan Xidməti X4 tərəfindən qeydə alınmış 2716 nömrəli akta əsasən qeydə alınmış nikahlarının davam etdrilməsinə hər iki tərəf etiraz edirlər. Eyni zamanda tərəflər nikahlarının barışmaq üçün vaxt verilmədən pozulmasına və aidiyyəti rayon Məhkəməsinə müraciət etməyə razıdırlar. 2) Birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2025-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında qalmasına və himayəsinə verilməsinə tərəflər razıdırlar. 3) Maraqlı şəxs övladı xx.xx.2025-ci il təvəllüdlü X1 üçün hər ay üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 mislində həddində sabit pul məbləğində aliment ödənişi etməyə öz öhdəliyinə götürür və aliment ödənişi xx.xx.2025-ci il tarixdən hesablanaraq növbəti ayların 20-dək Ərizəçi Bank hesabına ödəniləcəkdir. 4) Maraqlı şəxs övladı xx.xx.2025-ci il təvəllüdlü X2 anan Ərizəçi ilə öz aralarında uşaqla ünsiyyət vaxtını razılaşdırmaqla görüşə bilər. 5) Maraqlı şəxs cehiz və qızıl zinət əşyalarının qaytarılmasına etiraz etmir. Barışıq sazişində qeyd olunan cehiz və qızıl zinət əşyalarını 7 gün ərzində Ərizəçi təhvil verməsini öz öhdəliyinə götürür. 6.Cehiz dəsti və qızıl haqqda məlumat: Tozsoran, Ütü stolu və özü, Ətçəkən Blendr, Sokçəkən, Mikrovanovka, Mikser, Friypsi, Bıçaq dəsti(ağ rəngdə), Baharat qabı(ağ rəngdə), Qaşıqlıq plastik qazan dəsti üçün olan, Qaşıq dəsti(18 ədəd xörək,18 ədəd çəngəl,18 ədəd çay qaşığı 2 növ idigündəlik və qonaqlıq,tort kəsən formalı olan) Saxlama qabı dəsti, Qab desti -12 nəfərlik(salat qabı,kasa,bulid qabı,dərin qab, balıq qabı,(2dəst gundəlik və qonaq) abedni servis, Stəkan dəsti-çay,araq(12 ədəd,12 ədəd) Tepsi dəsti(3 ədəd iri orta balaca) Taxta dəsti, Bakal dəsti, Meyvə qabı, qənd qabı, şiniyyat qabı,(hərəsindən 2 ədəd) sok dəsti, Yataq dəsti(çarpayı,şifoner,güzgülü kamod,boy güzgüsü) Yorğan döşək-bambuk, Prastinya üstü, gəvə ,Pərdə, Listur, Qazan dəsti,(5 ədədli kermoqranit ve gündəliyə 3 ədədli) çaynik dəsti(böyük və balaca çaynik) Dəsmallar stolüstü və.s, Buxar ütüsü, Pas pas dəsti, Zibil qabı (balaca və böyük) Mikrovanovka üçün şüşə qablar, Ayaqqabı yığmağa şifoner, Kofe bişirən, paltaryuyan, Kofe dəsti-6 ədəd, mətbəx mebel(şifoner,stol ve stul 6 ədəd), Çörək qoymağa taxta qab,iki ədəd çörək qabı balaca, Mebel dəsti- yataq və kuxna otağı və ayaqqabı qoymağa şkafa-3000 azn, Mətbəx mebelinə əlimlə -500 azn pul, Qab qaşıq və qazanlara-3000 azn pul, Ədyallar və digər dəsmal stolustü dəsmalı qab çarpayı üstü və.s üçün-500 azn, pərdə, listur,çarpayı üstü və digər xırdavatlar-2000 azn, Elektrik məişət əşyalarına -500 azn, Paltaryuyan-500 azn, Qızıl toy komplekti-3100 azn, Nişan üzüyü (2 ədədli)-1000 azn Özümün aldığım qızıl-1330 azn(10 qrdı) Ailəmin hədiyyəsi qızıl(sep və klon daxil)-900 azn, Qızıma alınan qızıl- yonca formalı dəstdir. Alyans zaks üçün-200 azn, Nişanlı ikən də şahmeran bilərzik-100 azn. Bu qiymətlər hamısı keçən ilki qiymətlərdi, 7) X5 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərində qeyd olunanların doğruluğunu öz imzaları ilə təsdiq edirlər. Hazırda ərizəçi xx.xx.2025-ci il tarixli, MSB/2-01194/2025 saylı barışıq sazişinin 3-cü bəndinin tam, 5-ci bəndinin qızıl zinət əşyalarının (qızıl toy komplekti –3100 AZN, özünün aldığı qızıl – 1330 AZN (10 qram), qızına alınan qızıl-yonca formalı dəst) təhvil verilməsi hissəsində, 6-cı bəndinin qızıl toy komplekti -3100 AZN, özünün aldığı qızıl – 1330 AZN (10 qram), qızına alınan qızıl-yonca formalı dəst hissəsində təsdiq edilməsi hüquqi yardım üçün ödənilən 300 (üç yüz) manat vəkil xərcinin və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs (Saziş üzrə Birinci Tərəf) ilə Ərizəçi (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2-01194/2025 saylı barışıq sazişinin 3,5 və 6-cı bəndləri aşağıdakı məzmunda təsdiq edilməlidir. 3.Maraqlı şəxs övladı xx.xx.2025-ci il təvəllüdlü X1 üçün hər ay üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 mislində həddində sabit pul məbləğində aliment ödənişi etməyi öz öhdəliyinə götürür və aliment ödənişi xx.xx.2025-ci il tarixdən hesablanaraq növbəti ayların 20-dək Ərizəçi Bank hesabına ödəniləcəkdir.
5. Maraqlı şəxs cehiz və qızıl zinət əşyalarının qaytarılmasına etiraz etmir. Barışıq sazişində qeyd olunan cehiz və qızıl zinət əşyalarını 7 gün ərzində Ərizəçi təhvil verməsini öz öhdəliyinə götürür.
6. cehiz dəsti və qızıl haqqında məlumat: Qızıl toy komplekti-3100 manat Özünün aldığı qızıl-1330 manat(10 qrdı) Qızına alınan qızıl-yonca formalı dəstdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etdiyindən dövlət rüsumu qismində ödənilmiş 100 manat pul məbləğinin əvəzi və hüquqi yardım üçün ödənilən 300 manat vəkil xərci Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Maraqlı şəxs (Saziş üzrə Birinci Tərəf) ilə Ərizəçi (Saziş üzrə İkinci Tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2-01194/2025 saylı barışıq sazişinin 3,5 və 6-cı bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: 3.Maraqlı şəxs övladı xx.xx.2025-ci il təvəllüdlü X1 üçün hər ay üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 mislində həddində sabit pul məbləğində aliment ödənişi etməyi öz öhdəliyinə götürür və aliment ödənişi xx.xx.2025-ci il tarixdən hesablanaraq növbəti ayların 20-dək Ərizəçi Bank hesabına ödəniləcəkdir.
5. Maraqlı şəxs cehiz və qızıl zinət əşyalarının qaytarılmasına etiraz etmir. Barışıq sazişində qeyd olunan cehiz və qızıl zinət əşyalarını 7 gün ərzində Ərizəçi təhvil verməsini öz öhdəliyinə götürür.
6. cehiz dəsti və qızıl haqqında məlumat: Qızıl toy komplekti-3100 manat Özünün aldığı qızıl-1330 manat(10 qrdı) Qızına alınan qızıl-yonca formalı dəstdir.
Dövlət rüsumu qismində ödənilmiş 100 manat pul məbləğinin əvəzi və hüquqi yardım üçün ödənilən 300 manat vəkil xərci Maraqlı şəxs tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov