Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-15/2025 30.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(078)-86/2025 nömrəli qərardadından icra işi üzrə Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İş materiallarından görünür ki, 05 mart 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru 27 fevral 2025-ci il tarixli təqdimatla Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmənin 20 dekabr 2024-cü il tarixli, 2(078)-364/2024 nömrəli ic ra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-2). Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(078)-86/2025 nömrəli qərardadı ilə icra məmurunun sözügedən təqdimatı təmin edilmiş və xx xxx 1959-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır (iş vərəqə 26-28). Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(078)-86/2025 nömrəli qərardadından narazı qalan Borclu 24 aprel 2025-ci ildə həmin məhkəməyə şikayətlə müraciət edərək, sözügedən məhkəmə aktının ləğv edilməsini və ya işin apellyasiya məhkəməsinə getməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 32) Borclu müraciətini əsaslandı raraq qeyd etmişdi ki, ev onun ola-ola özü orada yaşaya bilmir. Yoldaşı vəfat etdiyindən təkbaşına həyatını kirayələrdə köçə-köçə davam etdirir. Əlində evinin çıxarışı olduğu halda öz evinə qəbul edilmir. Oğlu xəstədir, onun xəstəliyi ilə əlaqədar tez-tez ölkədən çıxmalı və onu müalicəyə aparmalı olur. Ölkədən getmək hüququ məhdudlaşdırıldığı halda oğlunu müalicəyə apara bilməyəcək və bu halda onun vəziyyəti pisləşə bilər. Naxçıvan Şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(078)-86/2025 nömrəli qərardadı ilə şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 34-36). Şikayət işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 13 may 2025-ci ildə daxil olmuşdur. Tələbkar 21 may 2025-ci il tarixli ərizə ilə kollegiyaya müraciət edərək bildirmişdi ki, özünün Borclu qarşı evin tikilib təmir olunmasına görə çəkilən xərcin qaytarılması tələbinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb iddiası qismən təmin olmuşdu. Həmin qətnamə üzrə çıxarılmış icra vərəqəsi Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu bu günə kimi qətnamənin icra olunmasından qərəzli olaraq boyun qaçırdığı üçün Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatı Naxçıvan Şəhər Məhkəməsinin qərardadı ilə təmin olunub. Borclu tərəfindən həmin qərardadından şikayət verilmişdi. Şikayət tam olaraq əsassızdır. O, Azərbaycan Respublikasının adından çıxarılmış qətnamənin icrasından qər əzli olaraq boyun qaçırır. Bu səbəbdən də icra məmuru tərəfindən qanunin aliliyi rəhbər tutularaq verilmiş təqdimat təmin olunmuşdu. Borclu burada evi olmadığına görə kirayələrdə qaldığını göstərir. Onun mülkiyyətində ev var, lakin hazırkı işlə bağlı qeyri-rəsmi, formal olaraq guya başqasına satıb, ona görə də qalmağa evi yoxdur. Əgər həqiqətən də bu belədirsə qətnamə ilə müəyyən olunmuş pulu nəyə görə ona vermir, icradan boyun qaçırır. Onun Bakı şəhərində evi var, lakin öz adına rəsmiləşdirməyib, başqasının adınadır. Həmçinin onun oğlu xəstə deyil, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. O narkotik xəstəsi, aludəçisidir, həmin xəstəliyin Azərbaycan Respublikasında müalicəsi mümkündür. Ona görə də 03 aprel 2025-ci il tarixli, 8(078)-86/2025 nömrəli Naxçıvan Şəhər Məhkəməsinin qəra rdadının dəyişdirilmədən saxlanılması, şikayət əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdi. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edə n şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Şikayətin hüquqi həllinə gəldikdə isə kollegiya onu iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməs i maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Borclu verdiyi şikayət mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. Borclu verdiyi şikayəti və iş materiallarını tədqiq edən kollegiya bildirir ki, azadlıq hüququ konstitusion hüquq olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində öz əksini tapıb. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsində qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər də öz həllini tapıb. Belə ki, qeyd edilən Konstitusiya Qanununun 3.6-cı maddəsinin mahiyyətinə görə: - Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; - Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; - Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48 -ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Bundan əlavə “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 4 saylı protokolun 2-ci maddəsinin tələbinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Göründüyü kimi azadlıq hüququ mütləq hüquq olmaqla, qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda məhdudiyyətlərə məruz qala bilər ki, bu məhdudiyyətlərdən biri icra sənədinin icrasının təmin edilməsi ilə bağlıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(078)-364/2024 nömrəli icra sənədindən aydın olur ki, tələb pulun tutulması ilə bağlıdır. Həmin sənədə əsasən cavabdeh Borclu Naxçıvan şəhəri, 6-cı məhəllə (köhnə ünvan B.Abbasov küçəsi) ünvanında yerləşən, onun mülkiyyətində olan 75 nömrəli fərdi yaşayış evinin həyətində inşa edilmiş sahəsi 12.81 kvadrat metr olan otağın təmiri və 3x3 ölçüdə otaq, 4x10 ölçüdə zal, 4x3 ölçüdə mətbəx, 1x3 ölçüdə sanitar qovşaq və 4x3 ölçüdə açıq balkonun inşası-təmiri üçün ümumilikdə xərclənmiş vəsait-2024-cü ilə dair orta bazar qiymətlə rinə uyğun olaraq təqribən 25033.68 (iyirmi beş min otuz üç manat, altmış səkkiz qəpik) manat pul alınaraq iddiaçı Tələbkar verilməlidir (iş vərəqə 03-04). Kollegiya onu da qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədi məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilməlidir. İş materiallarından aydın olur ki, icra sənədi Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-364/2024 nömrəli qətnaməsi əsasında verilmişdir. Digər şərtin, yəni icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməsinin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxt dan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndlərində göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə ( onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Həmçinin Təlimatın 2.4-cü bəndinə əsasən təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. İş materiallarında olan təqdimat və ona əlavə edilən sənədlərdən tələbin könüllü icrası üçün bildirişin borcluya rəsmi qaydada təqdim olunması və yuxarıda göstərilən icra sənədlərinin birinci instansiya məhkəməsinə təqdim edilməsi sübuta yetirilir. Belə ki, icra xidmətinin bu halın təsdiqi ilə bağlı təqdimata əlavə etdiyi 24 dekabr 2024-cü il tarixli, e373113/2024 nömrəli bildirişdən və reyestrin, sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamənin təsdiq edilmiş surətindən tələbin könüllü icrası barədə bildirişin 29 dekabr 2024-cü ildə borcluya təqdim edilməsi aydın olur (iş vərəqə 6-7). İcraata başlamaq haqqında qərarın məzmunundan o da məlum olur ki, tələbin icrası üçün borcluya 10 gün müddət təyin edilib (iş vərəqə 5). Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə müqayisəli şəkildə tədqiq etdikdə tələbin könüllü icrası üçün bildirişin borcluya rəsmən təqdim olunması barədə qanunun tələbinə icra xidməti tərəfindən əməl olunması müəyyən edilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təlimatın yuxarıda qeyd olunan 2.4-cü bəndinin mahiyyətindən isə aydın olur ki, təqdimata borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişin in (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surətindən əlavə, icraat materialları da əlavə edilməlidir. Bu icraat materialları isə həmin Təlimatın 2.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl həyata keçirməli olduğu icra hərəkətlərinin təsdiqi ilə bağlı olmalıdır. "Elektron İcra" informasiya sistemindən çıxarılmış və təqdimata əlavə edilmiş məlumatlardan aydın olur ki, Borclu pensiyaçıdır və hər ay 365,13 manat pensiya alır. Həmçinin onun mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evi vardır (iş vərəqə 8). Bundan başqa təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 fe vral 2025-ci il tarixli, 04/235 nömrəli məktubunda qeyd edilir ki, X1 daşınmaz əmlakın dövlət reyestrində 23 noyabr 2016-cı il tarixdə Borclu adına Naxçıvan şəhəri, 6-cı küçə 75 ünvanında 450 kvadrat metr torpaq sahəsi üzərində yerləşən, 72,80 kvadrat metr olan fərdi yaşayış evi qeydiyyata alınmışdır (iş vərəqə 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndindən müəyyən edilir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpaq (bir ailə üçün bir ev və ya mənzild ən çox olmamaq şərti ilə) tələbin yönələ bilməyəci əmlakların sırasına aiddir. Bu isə özündə onu ehtiva edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(078)-364/2024 nömrəli icra sənədinin icrasının təmin edilməsi ilə bağlı tələb borclunun mülkiyyətində olan fərdi yaşayış evinə və onun altında olan torpağa yönələ bilməz. Borclu aldığı pensiyaya gəldikdə isə Azərbaycan Respublikası Konstitusiyasının 71ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılm asının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Bunlardan biri olan “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayəti üzrə” 2017-ci il 26 may tarixli qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, q anuni məqsədəuyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 - 65.3-cü maddələrinə görə icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərin ə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Qeyd edilən hüquq normalarını hazırkı mübahisə üzrə əlaqələndirən kollegiya bildirir ki, Borclu pensiyasından 50 faiz miqdarında pulun tutularaq, tələbin onun pensiyasına yönəlməsi həm məhkəmə müfadiəsi hüququnun səmərəliliyi, həm də tələbkarın hüquqlarının qorunması baxımından mütənasiblik prinsipinə cavab vermir. Yuxarıda qeyd edilənlərə əsaslandıqda kollegiya müəyyən edir ki, birinci instansiya məhkəməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə gəldiyi nəticə əsaslıdır. Lakin borclu bu hüquqi nəticə ilə razılaşmayaraq oğlunun xəstə olmasını, onun müalicəsi ilə bağlı ölkə xaricinə çıxmasına zərurət olduğunu qeyd etsə də, bu faktları təsdiq edəcək sübutları nə təqdimata baxan birinci instansiya məhkəməsinə, nə də kollegiyaya təqdim etməmişdi. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatlara və bununla bağlı qəbul edilmiş məhkəmə aktından verilmiş şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxıldığından kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənləri nəzərə alan kollegiya belə hesab edir ki, Borclu Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(078)-86/2025 nömrəli qərardadından verdiyi şikayət əsaslı deyil. Həmçinin kollegiya onu da borclunun nəzərinə çatdırır ki, övladının xəstə olması, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaması üçün birbaşa əsas ola bilməz. Bu məhkəmə tərəfindən digər sübutlarla və işin faktiki halları ilə birlikdə qiymətləndirilib, ə saslı hesab edildiyi halda, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə və ya müvəqqəti bu məhdudiyyətin aradan qaldırılmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Naxçıvan Şəhər Məhkəməsini n 28 oktyabr 2024-cü il tarixli, 2(078)-364/2024 nömrəli qətnaməsi əsasında verilmiş 20 dekabr 2024-cü il tarixli icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli; - Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(078)-86/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin ve rilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qayda da verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: Naxçıvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(078)-364/2024 nömrəli qətnaməsi əsasında verilmiş 20 dekabr 2024-cü il tarixli icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(078)-86/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq
Məhkəmə qərarları › İş №8(108)-15/2025
Ali Məhkəmə Qərardad — İş №8(108)-15/2025
30.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver