Məhkəmə qərarları › İş №8(108)-18/2025

Ali Məhkəmə Qərardad — İş №8(108)-18/2025

14.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-18/2025 14.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ 08 fevral 2024-cü il tarixli qətnamə ilə müəyyən edilən alimentin 50 faizinin uşağın adına bankda açılan hesaba köçürülməsi barədə Borclu ərizəsinə dair iş üzrə Şahbuz Rayon Məhkəməsinin 8(090)-42/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qərardadından ərizəçi Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət (Açar sözlər: məhkəmə qətnaməsinin icra üsulunun dəyişdiriməsi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, 08 fevral 2024-cü il tarixli qətnamə ilə müəyyən edilən alimentin 50 faizinin uşağın adına bankda açılan hesaba köçürülməsi barədə Borclu ərizəsinə dair iş üzrə Şahbuz Rayon Məhkəməsinin 8(090)-42/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qərardadından ərizəçi Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. İşin halları, birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət

1. Ərizəçi (borclu) Borclu ilə X3 rəsmi nikahlarından xx.xx.2023-cü il tarixində Tibet Tarverdiyev adlı övladları doğulmuşdur.

2. Şahbuz Rayon Məhkəməsinin 2(090)-54/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən 28 oktyabr 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı X5 verilmə si qət edilmişdir.

3. Borclu ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 2(090)-54/2024 saylı məhkəmə qətnaməsinin icra üsulunun dəyişdiriməsi və aylıq əmək haqqının ¼ hissəsindən tutulacaq alimentin 50 faizinin övladı X4 adına bankda açılan hesaba köçürülməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şikayətin əsası kimi göstərilmişdir ki, onunla keçmiş həyat yoldaşı X3 rəsmi nikahlarından xx.xx.2023-cü il tarixində Tibet Tarverdiyev doğulmuş, xx.xx.2024-cü il tarixli, 2(090)-54/2024 saylı məhkəmə qətnaməsinə əsasən əmək haqqının 1/4 hissəsi, yəni aylıq 650 manat məbləğində aliment ödəmişdir. Lakin əmək haqqının artması səbəbindən bu məbləğ 960 manata yüksəlmişdir. Bu barədə rəsmi məlumatı Bakı şəhərində yerləşən iş yerinə (DTX) sorğu göndərərək öyrən mək mümkündür. Alimentin məqsədi övladının rifahını təmin etmək olsa da, faktiki olaraq cavabdeh bu vəsaiti uşağın ehtiyaclarına deyil, şəxsi təhsil xərclərinə və digər məqsədlərə sərf edir. Bu fakt məhkəməyə təqdim etdiyi şəkilli sübutlarla təsdiq olunmuşdur. Eyni zamanda cavabdeh 2(090)-34/2025 saylı məhkəmə qərarı ilə müəyyən olunmuş görüş hüququna uzun müddətdir qanunsuz şəkildə mane olur. Artıq 1 il 6 aydır ki, övladı ilə görüşə bilmir. Bu hallar Ailə Məcəlləsinin müvafiq 51 və 52- ci maddələrinə ziddir. Cavabdeh uşağa maddi mənbə kimi yanaşır, onun mənəvi və psixoloji inkişafına laqeyd münasibət göstərir. Ailə Məcəlləsinin 49, 50, 51, 52 və 64-cü maddələrinin tələbləri sistematik şəkildə pozulur. A.Tarverdiyeva 10 aydır ki, uşağı anasının üstünə ataraq Bakı şəhərində yaşayır.

5. Tələ bkar tərəfindən ərizəyə qarşı etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, ilk növbədə ailə münasibətlərinə son qoyulmasının ərizəçinin daha övladı ana bətnində ikən ona fiziki və psixoloji zorakılıq hərəkətləri etməsi, habelə onun ailə üzvlərinin, xüsusilə də keçmiş qaynanası Şəmsiyyə Tarverdiyeva və onu qızı (baldızı) X6 təhqir və təhrikləri nəticəsində baş vermiş, ərizəçi Tibet Tarverdiyev hələ ana bətnində ikən ona qarşı etdiyi məişət zorakılıqları ucbatından övladı anadangəlmə ürək qüsurlu doğulmuşdur. Oğlunun səhhətindəki bu problemin məhz ərizəçinin hərəkətləri nəticəsində yaranması faktını Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb İdarəsindəki müayinə sonrası birbaşa həkim tərəfindən təsdiq edildiyini diqqətə çatdırır. Öz qanından olan Tibet Tarverdiye vin müalicəsi və səhhəti ilə ata kimi bir dəfə olsun maraqlanmayan Borclu hazırkı ərizəni ünvanlamaqda məqsədinin “övladının gələcəyini düşünmək” olduğuna inanmağının qeyri-mümkün olduğunu bəyan edir, məhkəməyə aydın olması üçün iş üzrə bir sıra faktiki halların vurğulanmasının məqsədə müvafiq olduğunu bildirir. X1 anadangəlmə sıxıntılar onun daim müayinə-müalicə olunmasını tələb edən növdəndir və ərizəçinin xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etdiyi “alimentin məqsədi övladının rifahını təmin etmək olsa da, faktiki olaraq cavabdeh bu vəsaiti uşağın ehtiyaclarına deyil, şəxsi təhsil xərclərinə və digər məqsədlərə sərf edir” şəklində olan yalan ifadəsinin əksinə, bugünkü tarixədək həmin aliment məbləği məhz bu məqsədlə istifadə edilmişdir. Ərizəçinin həmin cümlənin davamında “bu fakt m əhkəməyə təqdim etdiyim şəkilli sübutlarla təsdiq olunmuşdur” cümləsinə münasibət olaraq sözügedən şəxsin “sübut” adlandırdığı şəklin oğlunun ev halında olduğu və arxa fonu ağardılmış, yuxarıda qeyd olunmuş “alimentin, guya, mənim şəxsi ehtiyaclarıma sərf olunduğu” iddiasını dəstəkləmək bir yana dursun, ümumiyyətlə həmin məsələ ilə aidiyyəti olmayan, yəni iddia etdiyi yalan üzrə heç bir əhəmiyyət kəsb etməyən fotoşəkil olduğunu nəzərinizə çatdırmaqla, ərizəçinin “sübut” anlayışını öyrənməsini tövsiyyə edir. Hər bir halda ədalət mühakiməsinin daha əvvəlki məhkəmə mübahisələrində olduğu kimi əsassız və heç bir sübuta söykənməyən bəyanlar deyil, faktlar əsasında yekun qərar qəbul etdiyini vurğulayır. Həmçinin xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunmuş “A.Tarverdiyeva 10 aydır ki, uşağı ana sının üstünə ataraq Bakı şəhərində yaşayır” ifadəsini təsdiq edəcək heç bir sübutun təqdim olunmadığını, çünki bunun həqiqəti əks etdirməyən ifadə olduğunu, ərizəçinin həmişə olduğu kimi təkrar yalan və sübuta yetirilməmiş bəyan və ifadələrlə ədalət mühakiməsini yanıltmağa cəhd göstərdiyini diqqətə çatdırmağı zəruri hesab edir. Digər bir hal kimi Borclu öz ərizəsində hüquqi əsas kimi qeyd etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 79.3-cü maddəsinin onun tələbini deyil, valideyn himayəsindən məhrum olmuş uşaqlara görə təyin olunmuş aliment məsələsini ehtiva etdiyini, daha ərizəçinin öz tələbini hüquqi olaraq əsaslandıra bilmədiyini (ki ərizəçi 55.3-cü maddəni əsas gətirə bilərdi) qeyd edir, öz növbəsində də etirazını həmin Məcəllənin 55.2-ci maddəsi ilə əsaslandırır. Ərizəçinin bu tə ləbinin təmin edilməsinin həmin maddənin dispozisiyasında təsbit olunmuş öhdəlikləri tam və hərtərəfli yerinə yetirməyisinə maneçilik yaradacağını, bununla da övladının hüquqlarının pozulacağını, habelə Ailə Məcəlləsinin 55.3-cü maddəsində də “...uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər” şəklində qeyd olunduğunu, yəni ərizəçinin tələbinin “mütləq təmin olunmalı” xarakter daşımadığını, əksinə, hazırkı iş üzrə hallar nəzərə alındıqda təmin edilməsinin uyğun olmadığını diqqətə çatdırır. Əlavə olaraq ərizəçinin qeyd etdiyi “uşaqla ünsiyyət hüququna maneçilik” məsələsinə gəldikdə isə daha əvvəl də bildirdiyi kimi övladı hələ dünyaya gəlməmiş onun doğulmasını istəməyən, onun canını təhlükəyə ataraq ona zorakılıq etmiş şəxsə və ailəsinə etibar etmədiyini, övladının hə yat və sağlamlığını riskə atacaq addım atmağının mümkün olmadığını bir daha vurğulamaqla ərizəçinin ünsiyyətlə bağlı tələbinin hazırkı tələblə əlaqəsi olmadığını ifadə edir. Ərizəçinin və valideynlərinin ünsiyyətlə bağlı müraciətlərində heç bir əlaqəsi olmadığı halda aliment ödənildiyinə əsaslanmaları da hazırkı ərizənin verilmə məqsədinin uşağın gələcək mənafeyi olmadığını gün kimi ortaya qoyduğunu bildirir. Son olaraq qeyd edir ki, sözügedən şəxs tərəfindən daha əvvəl də eyni tələblə (alimentin 50 faizinin bank hesabına köçürülməsi) məhkəməyə müraciət edilsə də, məhkəmə tərəfindən bu tələb təmin edilməmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, Borclu onun və övladının sağlamlığına qarşı törətdiyi məişət zorakılığı, övladının səhhətindəki ağır və mütəmadi müayinə, müalicə tələb edən vəziyyət, onun hazırda heç bir yerdə işləməməsi və övladının vəziyyəti ilə əlaqədar işləməsinin mümkün olmaması faktı, habelə yuxarıda qeyd etdiyi bir sıra faktiki hallar nəzərə alındıqda ərizəçinin tələbinin təmin edilməsinin azyaşlı övladının vəziyyətini çətinləşdirəcəyini, aliment məbləği yarıbayarı azaldığı təqdirdə imkanı olmadığından onun müalicəsini qarşılaya bilməyəcəyini və bununla da övladının həyat və sağlamlığına ağır zərər gələcəyini, hər bir halda bütün saxlanma zəhmətləri, baxımı, müalicəsinin icra edilməsi, qayğı göstərilməsi və s. vəzifələri təkbaşına etdiyi övladlarına qarşı ərizəçinin yeganə vəzifəsini də yarıya endirmənin hazırkı vəziyyətdə yalnız birgə nikahdan doğulmuş körpənin mənafeyinə zidd olacağını nəzərə almağı həyati bəyan edir və övladının taleyi ilə bağl ı narahatlıq keçirən bir ana kimi Borclu xx.xx.2025-ci il tarixli ərizəsini təmin edilməməsini xahiş edir.

6. Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(090)-42/2025 nömrəli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ərizədə borclu əmək haqqısının artması səbəbindən ödədiyi alimentin 650 manatdan 960 manata yüksəlməsini, alimentin məqsədinin övladının rifahını təmin etmək olsa da, faktiki olaraq alimenti alan şəxsin bu vəsaiti uşağın ehtiyaclarına deyil, şəxsi təhsil xərclərinə və digər məqsədlərə sərf etdiyini, bu faktın məhkəməyə təqdim etdiyi şəkillə sübutlarla təsdiq olunduğunu bildirsə də, qeyd etdiyi halları sübut edə bilməmişdir.

8. Məhkəmə həmçinin gəldiyi nəticənin hüquqi əsası kimi Azər baycan Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 2023-cü il 8 dekabr tarixli 04/2023 nömrəli qərardadına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2, 55.3-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə istinad etmişdir. İİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Şikayətinin dəlilləri

9. Şahbuz Rayon Məhkəməsinin 8(090)-42/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərardadından narazı qalan ərizəçi Borclu nümayəndəsi Nümayəndə tərəfindən məhkəmənin ünvanına 22 iyul 2025-ci il tarixdə daxil olmuş şikayət ərizəsində Şahbuz Rayon Məhkəməsinin 8(090)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuş, Şahbuz Rayon Məhkəməsinin 8(090)-42/2025 nömrəli, 23 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir.

10. Ərizəçinin nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Haliyədə oğlu uşağın saxlanması üçün tələbkara hər ay aylıq qazancının 1/4 hissəsi, yəni 960 manat məbləğində aliment ödəyir ki, bu məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğindən t əqribən dörd dəfəyə yaxın artıq olmaqla kifayət qədər yüksək olduğundan həmin məbləğin yarısının uşağın ehtiyaclarının qarşılanması üçün artıqlaması ilə bəs edəcəyini nəzərə alaraq, uşağın nəfinə anası ilə bərabər xeyli miqdarda maddi vəsait ödəyən bir ata kimi valideynlik hüquqlarından istifadə edib, övladının əmlak hüquqlarını qorumaq və gələcək təminatlarının ödənilməsini təmin etmək məqsədi ilə hər ay ödənilən aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmamış uşağının adına açılmış bank hesabına qoyulmasını uşağın qanunla müəyyən edilmiş gələcək əmlak, sağlamlıq, təhsil və digər hüquqlarının qorunması prinsiplərinə ədalətli yanaşma kimi qəbul etməli olduğu halda Şahbuz Rayon Məhkəməsi buna düzgün qiymət verməmişdir. Halbuki hazırkı sosial-iqtisadi şəraitdə oğlundan tutulan ali mentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürüldükdən sonra iddiaçıya ödənilən alimentin məbləği (960/2=480) uşağın tam və hərtərəfli inkişafına və əsaslı mənafeyinə uyğundur. Lakin Şahbuz Rayon Məhkəməsi bu qeyd etdikləri halları nəzərə almamışdır. Belə olan halda hakimin gəldiyi nəticə bu məsələ üzrə də Prosessual tələblərin pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmə qərardadda qeyd etmişdir ki, ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Bildirmək istəyir ki, hər ay ödənilən aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmamış uşağının adına açılmış bank hesabına qoyulm ası 18 yaşına çatdıqdan sonra uşağın qanunla müəyyən edilmiş gələcək əmlak, sağlamlıq, təhsil və digər hüquqlarının qorunması, uşağın tam, hərtərəfli, davamlı inkişafına, karyera qurmasına, təhsil xərclərinin ödənilməsinə və əsaslı mənafeyinə uyğun olacaqdır ki, buna dair hər hansısa bir sübuta ehtiyac yoxdur. Qeyd edir ki, məhkəmə qərardadda qeyd olunan nəticəyə gələrkən yalnız tövsiyyə xarakteri daşıyan AR Ali Məhkəməsinin Plenumunun qərarlarına istinad etmiş, lakin ailə qanunvericiliyin tələblərinə riayət etmədən ərizəsinin təmin olunmamasını özü üçün haqlı mövqe hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.1-cü maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Eyni zamanda tələbkar məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd etmişdir ki, borclu onun və övladının sağlamlığına qarşı törətdiyi məişət zorakılığı, övladının səhhətindəki ağır və mütəmadi müayinə, müalicə tələb edən vəziyyət, onun hazırda heç bir yerdə işləməməsi və övladının vəziyyəti ilə əlaqədar işləməsinin mümkün olmaması faktı, habelə yuxarıda qeyd etdiyi bir sıra faktiki hallar nəzərə alındıqda ərizəçinin tələbinin təmin edilməsinin azyaşlı övladının vəziyyətini çətinləşdirəcəyini, aliment məbləği yarıbayarı azaldığı təqdirdə imkanı olmadığından onun müalicəsini qarşılaya bilməyəcəyini və bununla da övladının həyat və sağlamlığına ağır zərər gələcəyini bildirsə də, qeyd etmək istəyir ki, uşağın səhhətinə oğlu tərəfindən hər hansı xəsarətin yetirilməsi, böhtan xarakterli bir haldır, uşağın səhhətində problem vardırsa uşaq sığortalı olduğundan onun müayinə və müalicəsi istər Bakı şəhərində DTX-nin hospitalında, istərsə də digər müalicə müəssisələrində ödənişsiz olaraq həyata keçirilir. Sadaladıqları hallarla bağlı Şahbuz Rayon Məhkəməsinin qər ardadının ləğvini əsaslı görür və onun ləğvi üçün yuxarıda göstərdiyi fakta görə qərardad qəbul edilməsini zəruri hesab edir. b) Şikayətinə qarşı etirazın dəlilləri

11. Şikayətə qarşı tələbkar X7 tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə İnformasiya” Sistemi vasitəsilə kollegiyanın ünvanına etiraz ərizəsi göndərilmiş, A.Nümayəndəa etirazını belə əsaslandırmışdır ki, ilk növbədə, işə baxan hakimə işə hərtərəfli baxmaqla ədalətli qərar qəbul etdiyi üçün öz minnətdarlığını bildirir, qarşı tərəfin apellyasiya şikayətinin tamamilə fərziyyə və gümandan ibarət olduğunu, “şikayət vermə hüququ”ndan istifadə edilməsinin hazırkı iş üzrə əhəmiyyət kəsb etmədiyini, bunun yalnız ədalət mühakiməsini boş yerə məşğul etməyə səbəbiyyət verdiyi qənaətində olduğunu bəyan edir. Belə ki, ərizəyə b axan məhkəməyə ünvanladığı etiraz ərizəsi və qoşma qismində əlavə etdiyi materiallarla Borclu onun və övladının sağlamlığına qarşı məişət zorakılığı törətməsi, övladının vəziyyətinin ağır və mütəmadi müayinə-müalicə tələb etməsi, onun hazırda heç bir yerdə işləməməyi və övladının vəziyyəti ilə əlaqədar işləməyinin mümkün olmaması faktlarını sübuta etdiyini, habelə ərizəçinin tələbinin təmin edilməsinin azyaşlı övladının vəziyyətini çətinləşdirəcəyini, aliment məbləği yarıbayarı azaldığı təqdirdə imkanı olmadığından onun müalicəsini qarşılaya bilməyəcəyini və bununla da övladının həyat və sağlamlığına ağır zərər gələcəyini, hər bir halda bütün saxlanma zəhmətləri, baxımı, müalicəsinin icra edilməsi, qayğı göstərilməsi və s. vəzifələri təkbaşına etdiyi övladına qarşı ərizəçinin yeganə vəzifə sini də yarıya endirmənin hazırkı vəziyyətdə yalnız birgə nikahdan doğulmuş körpənin mənafeyinə zidd olacağını əsaslandırmaqla bildirir (hər biri iş üzrə materiallarda və elektron məhkəmə sistemində mövcuddur). Buna müqabil ərizəçi tərəfindən isə “cavabdeh bu vəsaiti uşağın ehtiyaclarına deyil, şəxsi təhsil xərclərinə və digər məqsədlərə sərf edir,... cavabdeh uşağa maddi mənbə kimi yanaşır, onun mənəvi və psixoloji inkişafına laqeyd münasibət göstərir,... A.Tarverdiyeva 10 aydır ki, uşağı anasının üstünə ataraq Bakı şəhərində yaşayır” kimi sübuta yetirilməmiş bəyanlar sərf edilmiş, hətta hazırkı mübahisə ilə əlaqəsi olmayan ünsiyyət məsələsinə toxunulmuşdur. İşə baxan məhkəmə tərəfindən çıxarılmış qərardadda isə “Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqd im etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur” yanaşması qeyd olunmaqla, ərizəçi tərəfindən iddia etdiyi halların mövcudluğunun sübuta yetirilmədiyi təsbit olunmuşdur. Ərizəçi tərəfindən irəli sürülmüş “əsaslandırma”nın ən absurd hissəsi isə ödədiyi aliment məbləğinin ölkə üzrə uşaqların yaşayış minimumu həddindən bir neçə dəfə artıq olmasıdır. İşə baxan məhkəmənin qərardadında da əsas gətirdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 2023-cü il 8 dekabr tarixli 04/2023 nömrəli Qərardadında qeyd olunmuş “Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır” müddəalarını rəhbər tutaraq Borclu(habelə onun nümayəndəsinin) bu tələbləri qarşılayacaq heç bir əsas və ya dəlil təqdim edə bilmədiyini, çünki işin faktiki vəziyyətində övladının səhhətində ürək çatışmazlığı və daimi müayinə-müalicə tələb edən yanaşı xəstəliklərin olduğu və tərəfindən onun bütün saxlanma zəhmətinin qarşılandığı üçün alimentin yarıbayarı azaldılması tələbinin məhz ərizəçinin maddi marağına xidmət etmək üçün verildiyini qəti bir dillə bəyan edir. Ərizəçinin apellyasiya şikayətində qeyd etdiyi müalicə xərclərinin sığorta hesabına qarşılandığı iddiasını da təkzib edərək övladının bütün müayinə-müalicələrinin birbaşa ödənişli həyata keçirildiyini və övladı T ibetin sığortadan yararlanmadığının müvafiq sorğu əsasında sübuta yetirilə biləcəyini (bunun onun səlahiyyəti xaricində olduğunu nəzərə alaraq) bildirir. Borclu bir ata kimi övladı dünyaya gəldiyi tarixdən bu günə kimi bir dəfə olsun onun qayğısına qalmadığını, ata kimi əzizləmədiyini, ana bətnində ikən xəstə doğulmasına səbəbiyyət verən travmalar yaşatdığını (məişət zorakılığı etdiyini), bir dəfə olsun öz qanından olan övladının səhhəti ilə maraqlanmadığını, lakin aralarında olan hər məhkəmə mübahisəsində “fürsətini tapan kimi” aliment ödəməsini qabartdığını, ata kimi sayısız öhdəliyi olduğu halda “əldə tuta biləcəyi” yeganə öhdəliyini də yarıbayarı azaltmaq üçün əlindən gələni etdiyini bir daha vurğulayır.

12. Tələbkar X2 Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(090)42\2025 saylı Qərardadının ləğv edilməsinin və alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsinin azyaşlı və sağlamlığında ciddi sıxıntıları olan oğlumun maddi və fiziki vəziyyətinin pisləşməsinə səbəb olacağını nəzərə alaraq sözügedən Qərardaddan Borclu nümayəndəsi tərəfindən edilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.

15. Maddə 78.2. İşdə iştirak edən şəxsin iş də iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

16. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarı

13. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıql arının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarix li qərarı

14. Məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. d) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 2023-cü il 8 dekabr tarixli 04/2023 nömrəli qərardadı

15. Azərbaycan Respublikası MülkiProsessua l Məcəlləsinin (bundan sonra “MPM”) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olması barədə ümumi prinsipi əks etdirsə də, tələbin qanuni əsasını təşkil edən normalar tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən edə bilər. Odur ki, hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün bölüşdürülməsi işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yü ksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərin ə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini u şağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. İV. Məhkəmə kollegiyasının mövqeyi

16. Kollegiya ilk olaraq qeyd edir ki, iş materiallarına nəzər salan zaman yuxarıda da qeyd olunduğu kimi, Şahbuz Rayon Məhkəməsinin 2(090)-54/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə 28 oktyabr 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment in tutularaq iddiaçı X5 verilməsinin qət edildiyi aydın olmuş, Borclu ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 2(090)-54/2024 saylı məhkəmə qətnaməsinin icra üsulunun dəyişdiriməsi və aylıq əmək haqqının ¼ hissəsindən tutulacaq alimentin 50 faizinin övladı X4 adına bankda açılan hesaba köçürülməsi üçün qərar qəbul edilməsini xahiş etmiş, Şahbuz Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı ilə ərizə rədd edilmişdir.

17. Ərizəçinin şikayətində qeyd etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümum i qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

18. Birinci instansiya məhkəməsi haqlı olaraq qərardadında qeyd etmişdir ki, qərardada əsasən ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Lakin ərizəni verən şəxs hər hansı sübut təqdim etməmişdir.

17. Borclu məhkəməyə müraciət edərkən ərizəsində əvvəllər aylıq əməkhaqqısının ¼ hissəsinin-yəni 650 manat alimentin ondan tutulduğunu, lakin əməkhaqqısının artımı ilə əlaqədar bu məbləğin hazırda 960 manat olduğunu, məhs bu səbəbdəb də xx.xx.2024-cü il tarixli, 2(090)-54/2024 saylı məhkəmə qətnaməsinin icra üsulunun dəyişdiriməsi və aylıq əmək haqqının ¼ hissəsindən tutulacaq alimentin 50 faizinin övladı X4 adına bankda açılan hesaba köçürülməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Lakin ərizəçi aylıq əməkhaqqısının həqiqətən də hazırda 960 manat təşkil etdiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin mülki işin apellyasiya instansiyasında arardırılmış hallarından borclunun əmək haqqı məbləğini müəyyən etmək mümkün olmamışdır. Belə ki, “Elektron Məhkəmə” informasiya sisteminin borc lunun gəlir məlumatları bölməsində onun əmək haqqısının olması göstərilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ərizəçinin aylıq əməkhaqqısının məhkəmə tərəfindən sorğu verilərək əldə olunmasına gəlincə, kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Lakin tədqiq olunmuş iş materiallarından ərizə çinin işlədiyi orqandan iddia etdiyi aylıq əməkhaqqısı barədə sübutu müstəqil əldə etmək imkanını istisna edən halı təsdiqləyəcək və məhz bu səbəbdən həmin sübutun əldə olunması üçün məhkəmə tərəfindən sorğu verilməsi barədə vəsatət verilməmişdir.

19. Borclunun nümayəndəsinin şikayətdə qeyd etdiyi “hər ay ödənilən aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatmamış uşağının adına açılmış bank hesabına qoyulmasının 18 yaşına çatdıqdan sonra uşağın qanunla müəyyən edilmiş gələcək əmlak, sağlamlıq, təhsil və digər hüquqlarının qorunmasına, uşağın tam, hərtərəfli, davamlı inkişafına, karyera qurmasına, təhsil xərclərinin ödənilməsinə və əsaslı mənafeyinə uyğun olacağına, buna dair hər hansısa bir sübuta ehtiyac olmadığına” dair göstərdiyi dəlillərinə münasibətdə kollegiya diqqətə çatdırır ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 2023-cü il 8 dekabr tarixli 04/2023 nömrəli qərardadında gəldiyi hüquqi mövqeyə uyğun olaraq, sübutetmə yükü bu kimi müracətlərdə müraciəti edən tərəfin üzərinə qoyulmuşdur. Yəni ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunver iciliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir.

20. Kollegiya ərizəçinin diqqətinə onu da çatdırmağı zəruri hesab edir ki, aliment ödəyən tərəf müraciə tinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Lakin bir daha qeyd olunmalıdır ki, tədqiq olunmuş iş materiallarına əsasən ərizəçi tərəfindən müraciətinin təmin edilməsinə əsas verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin (tələbkarın) uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.

21. Diqqət olunmalı əsas məqamlardan biri də işdə tələbkarın alimenti təyinatından kənar məqsədlər üçün xərclədiyini təsdiq edən sübutl ar təqdim etməməsidir. Gələcəkdə alimentin təyinatı üzrə xərclənmədiyi müəyyən olunarsa, cavabdeh qətnamənin icrası qaydasının dəyişdirilməsi, yəni alimentin 50 faizdən çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi üçün yenidən məhkəməyə müraciət edə bilər.

22. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən verilmiş şikayət təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin 8(090)-42/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 8(090)-42/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar