Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-20/2025 03.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Tələbkar Culfa Rayon Məhkəməsinin 2(089)-7/2023-012 nömrəli, 07 fevral 2023-cü il tarixli icra sənədi üzrə Culfa Rayon İcra və Probasiya Bölməsinin 19 fevral 2024-cü il tarixli, e33354/2023 nömrəli “icraata xitam verilməsi” haqqında qərarından verdiyi şikayətə dair Culfa Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 8(089)-45/2025 nömrəli qərardaddan verilmiş şikayətə dair (Açar sözlər: icraata xitam verilməsi, icra məmurunun qərarından şikayət, aliment, tam icra olunma) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Tələbkar Culfa Rayon Məhkəməsinin 2(089)-7/2023- 012 nömrəli, 07 fevral 2023-cü il tarixli icra sənədi üzrə Culfa Rayon İcra və Probasiya Bölməsinin 19 fevral 2024-cü il tarixli, e33354/2023 nömrəli “icraata xitam verilməsi” haqqında qərarından verdiyi şikayətə dair Culfa Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 8(089)-45/2025 nömrəli qərardadından Tələbkar vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. Tələbkar şikayətlə Culfa Rayon Məhkəməsinə müraciət edərək, Culfa Rayon Məhkəməsinin 2(089)-7/2023-012 nömrəli, 07 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Culfa Rayon İcra və Probasiya Bölməsinin 19 fevral 2 024-cü il tarixli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Culfa Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 8(089)-45/2025 nömrəli qərardadı ilə Tələbkar şikayəti təmin edilməmişdir.
3. Həmin qərardaddan Tələbkar vəkili və nümayəndəsi Vəkil 09 oktyabr 2025-ci il tarixdə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayətlə müraciət edərək Culfa Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli, 8(089)-45/2025 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayətin əsası kimi icra məmuru tərəfindən icra sənədinə xitam verilməsinin səbəbi olaraq Tələbkar qeyd edilən icra sənədinə xitam verilməsi barədə ünvanladığı teleqram təqdim edilmiş, tələbkar artıq övladın ın aliment pulundan-zəruri qida ehtiyacından məhrum olmaması üçün qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən teleqramda göstərilən məzmun icra məmuru tərəfindən borclu Maraqlı şəxs2 tövsiyə edilən, WatsApp-la göndərilən məzmundur, tələbkar övladını hansı maddi çətinliklə saxladığı, xəstə atasının dərman pulunu uşağının zəruri ehtiyacına hansı xəcalətlə xərclədiyini eləcə də uşağın mənafeyinin müdafiəsi, zəruri qida ehtiyacının necə qarşılanacağı icra məmuru üçün heç bir əhəmiyyət daşımamış, icra məmuru icra sənədinin icrasına necə xitam verildiyinə dair həqiqəti gizlətməkdən çəkinməmiş, məhkəmə tərəfindən isə bu həqiqətin müəyyən edilməsindən yayınılmış, uşağın qanuni mənafeyinin-zəruri qidasının təmin edilməsi üçün aliment alınmasına deyil, icra məmurunun əsassız qərarına xələl gəlməmə sinə üstünlük verilmiş, xüsusilə məhkəmə tərəfindən qeyd edilən teleqramda yazılan məzmuna diqqət yetirilməmiş, məzmunda cümlənin “xitam verilməsini xahiş edirəm, sonluğu ilə kifayətlənilərək məhkəmə araşdırması tamamlanmış hesab edilmiş və bu sonluğa uyğun maddi hüquqi əsaslandırmaya yer verilmiş, müvafiq teleqramda borclu Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixədək hər ay aliment pulunu aldığı göstərilmiş, məhkəmə tərəfindən cümlədə keçən bu məzmuna qiymət verilmədiyi açıq-aşkar görünməktədir, halbuki, xx.xx.2010-cu il təvəllüdlü uşağı X2 xx.xx.2028-ci il tarixdə yetkinlik yaşına çatır, göründüyü kimi, cümlənin mahiyyəti icra sənədinin tam icra edildiyinə heç bir faktiki və qanuni əsas vermədiyi halda icra sənədinin icraatına xitam verilmiş, həqiqətin müəyyən edilməsi üçün borclu şəxs Maraq lı şəxs2 da hazırkı iş üzrə icraata maraqlı şəxs qismində cəlb olunmaqla, icra sənədi üzrə aliment öhdəliyini tam olaraq yerinə yetirib-yetirməməsinə dair sübut və faktlar araşdırılmalı idi, hazırkı iş üzrə icra sənədi üzrə icraata xitam verilməsinə səbəb, fakt və əsas olaraq yuxarıda və ilkin şikayətdə göstərilənlər işə baxan hakimdə daxili inamın formalaşmasına kifayət qədər əsas vermiş, yekun olaraq Culfa Rayon Məhkəməsinin 2(089)-7/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2010-cu il təvəllüdlü uşağı X1 yetkinlik yaşına çatanadək aliment pulunu borclu Maraqlı şəxs2 tələbkara ödəməyib, icra sənədi üzrə icraata xitam verilməsi haqqında Culfa Rayon İcra və Probasiya Bölməsinin xx.xx.2024-cü tarixli qərarı qanunsuzdur, bu qərar tələbkarın övladının zəruri ehtiyacı nın qarşılanması üçün valideynindən-borclu Maraqlı şəxs2 alınmalı olan aliment pulundan məhrum edir.
5. Culfa Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 8(089)-45/2025 nömrəli qərardadı ilə şikayət əsassız olduğundan işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
7. Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi, kiçik ədliyyə müşaviri X4 Muxtar Respublikası Ali Məhkəməsinə müraciət edərək icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv olunmadığından və tələbkar tərəfindən hər hansı bir şikayət olmadığından xx.xx.2024-cü il tarixdə icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədini vermiş məhkəməyə geri qaytarıldığını, göstərilənlərə əsasən Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 8(089)45/2025-009 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Tətbiq edilən hüquq a) “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
8. Maddə 20.1.1. İcra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir.
9. Maddə 20.1.5. İcra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir.
10. Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
11. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
12. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. İİİ. Məhkəmə kollegiyasının mövqeyi
13. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Culfa Rayon Məhkəməsinin 2(089)-7/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli icra sənədinə əsasən, borclu Maraqlı şəxs2 xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaş ına çatanadək saxlanmaları üçün hər bir uşaq üzrə aylıq 130 (yüz otuz) manat, ümumilikdə 260 (iki yüz altmış) manat sabit məbləğdə alimentin tutulması və bu məbləğin Tələbkar ödənilməsi nəzərdə tutulmuşdur.
14. Culfa Rayon İcra və Probasiya Bölməsinin 19 fevral 2024-cü il tarixli qərarı ilə icraata xitam verilməsi əsaslandırılmışdır ki, tələbkar teleqram vasitəsilə icra məmuruna müraciət edərək xx.xx.2024-cü il tarixədək alimenti aldığını və icra sənədinin tələblərinin tam təmin olunduğunu bildirmişdir. Lakin iş materialları göstərir ki, aliment öhdəliyi icra sənədində nəzərdə tutulduğu kimi uşaqlar yetkinlik yaşına çatanadək yerinə yetirilməmişdir. Bu səbəbdən tələbkarın teleqram vasitəsilə təqdim etdiyi ərizə tələbdən imtina xarakteri daşıyır və qanunvericiliyə əsasən belə imtina yalnız məhkəmə tərəfindən qəbul edilə bilər.
15. Bu halda icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə istinad etməklə icraata xitam verilməsi barədə qərar qəbul etməsi qanunsuz hesab edilməlidir. Çünki həmin maddə yalnız icra sənədinin tam icra olunduğu hallarda icraatın xitamını nəzərdə tutur.
16. İş materiallarından aydın olur ki, icra sənədinin icrası mübahisəlidir və tələbkarın övladı hələ yetkinlik yaşına çatmamışdır. Belə şəraitdə uşağın aliment hüququ və onun zəruri ehtiyaclarının təminatı qorunmalı idi. Bu səbəbdən icra məmuru icraata xitam vermək əvəzinə, “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə uyğun olaraq məsələni məhkəməyə təqdim etməli idi.
17. Kollegiya iş üzrə toplanmış sübutları yuxarıda göstərilən maddi və prosessual hüquq normaları il ə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsaslıdır və təmin edilməlidir. Buna görə də Culfa Rayon Məhkəməsinin 29 sentyabr 2025ci il tarixli, 8(089)-45/2025 nömrəli qərardadı, eləcə də Culfa Rayon İcra və Probasiya Bölməsinin 19 fevral 2024-cü il tarixli, Culfa Rayon Məhkəməsinin 2(089)-7/2023-012 nömrəli, 07 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli, icra sənədi yenidən icraya yönəldilməli, icra məmuru tərəfindən həmin qərardadın icrası təmin edilməlidir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Culfa Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci i l tarixli, 8(089)-45/2025 nömrəli qərardadı ləğv edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-7/2023-012 nömrəli, 07 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Culfa Rayon İcra və Probasiya Bölməsinin 19 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-7/2023-012 nömrəli, 07 fevral 2023-cü il tarixli icra sənədi icra olunması üçün yenidən icraya yönəldilsin. İcra məmuru tərəfindən bu qərardadın icrası təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev