Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-23/2025 02.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(079)-79/2025 nömrəli qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət (Açar sözlər: alimentin indeksasiyasına dair qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, Babək Rayon Məhkəməsinin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə ödənilməli olan sabit pul məbləğinin indeksasiyası barədə həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(079)-79/2025 nömrəli qərardadından Borclu vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhk əməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: I. İşin halları
1. Babək Rayon Məhkəməsinin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsindən görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)- 53/2015 nömrəli, 16 fevral 2015-ci il tarixli məhkəmə əmri ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Borclu hər ay 100 (bir yüz) manat miqdarda sabit pul məbləğində alimentin alınaraq 25 mart 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X8 verilməsi, alimentin 100 (bir yüz) manat miqdarda sabit pul məbləğində tutulmasının əvvəlinin 16 fevral 2016-cı il tarixdən hesablanması qət edilmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
2. Tələbkarın nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)- 89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmamış xx.xx.2014-cü il təvəllüdlü X1 üçün qət edilmiş sabit 100 manat aliment miqdarının sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə) 2025-ci il üzrə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə (400 manat) indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir.
3. Tələbkarın nümayəndəsi ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, qızı X13 cavabdeh Borclu ilə 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Həmin evlilikdən xx.xx.2014-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyindən Babək Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(079)-89/2016 nömrəli qətnaməsi əsasında nikahları pozulmuşdur. Azyaşlı övladlarının Xıdırova (Novruzova) Zərri Hüseyn qızının yanında qalması müəyyən edilmişdir və yetkinlik yaşına çalanadək bir uşağın saxlanılmasına 100 (bir yüz) manat aliment müəyyən edilmişdir.
4. Babək Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə 25 mart 2014cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay bir uşağa görə tələbkar X10 xeyrinə tutulması qət edilən alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.95 misli həddində indeksasiya edilməsi qərara alınmışdır.
5. Həmin qərardaddan Borclu vəkil-nümayənd əsi 31 oktyabr 2025-ci il tarixdə şikayətlə müraciət edərək Babək Rayon Məhkəməsinin 8(079)-79/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsi və tələbkarın ərizəsinin rədd edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, uzun müddət ərzində məhkəmə təcrübəsində sabit pul məbləği formasında tutulan alimentin miqdarı minimum əmək haqqı deyil, müvafiq qətnamənin qəbul edildiyi tarixdə qüvvədə olmuş ölkə üzrə yaşayış minimumu əsas götürülməklə müəyyənləşdirilirdi. Başqa sözlə, hakim aliment miqdarını minimum əmək haqqı deyil, uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu həddində təyin edirdi. Borclu da 2016-cı il tarixdən etibarən tutulan alimentin məbləği məhz bu əsasla, yəni 2016-cı il üzrə uşaq üçün müəyyələşdirilmiş yaşayış minimumu rəhbər tutu lmaqla təyin edilmişdir. Belə olan halda, minimum əmək haqqı əsası ilə təyin edilməmiş bir alimentin sonradan indeksasiya adı altında 4 dəfə artırılmasının heç bir hüquqi əsası ola bilməz və yoxdur. Fərz edək ki, aliment minimum əmək haqqı əsas götürülməklə müəyyənləşdirilmişdir. Lakin bu o demək deyildir ki, indeksasiya bu şəkildə aparıla bilər. Məhkəmə işə baxarkən bir sıra diqqətalayiq halları, o cümlədən də, Borclu təkrar ailə qurmasını, 6 dekabr 2016-cı il təvəllüdlü azyaşlı uşağının olmasını, ağır xəstəliyini, əmək qabiliyyətinin olmamasını və s. nəzərə almağa borclu idi. Üstəgəl, bugün Naxçıvanda Borclula eyni vəziyyətdə (təkrar evlilik, əmək qabiliyyətsizlik və s.) olan bir şəxsə hansı məhkəmə 400 manat məbləğində sabit aliment tutur? Heç bir! Hətta Azərbaycanda belə bir nümunə yox dur. O halda, təbii olaraq sual meydana çıxır, necə olur ki, 2025-ci ildə aliment yenə də, minimum əmək haqqı deyil, ölkə üzrə yaşayış minimumu əsası ilə tutulur, ancaq indeksasiya minimum əmək haqqı ilə aparılır. Məhkəmə qərardad qəbul edərkən, tələbkar və borclunun (o cümlədən, borclunun ailə üzvlərinin) hüquqi mənafeyi arasındakı tarazlığı təmin edə bilməmiş, əksinə tələbkarın hüquqdan sui istifadəsinə tam şərait yaratmışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, X11 himayəsinə verildiyi anası Zərri Xıdırova ilə birlikdə yaşamır. Bunu tələbkar da, onun nümayəndəsi, atası Nümayəndə da yaxşı bilir. Ancaq məhkəmədən gizlədir. Ona görə ki, valideynlik hüququ şəxsə sıx bağlı hüquqdur və hər hansı üçüncü şəxsə, o cümlədən babaya-nənəyə də ötürülə bilməz. Digər tərəfdən, alimentin 400 manat müəyyən edilməsini ona görə istəyir ki, Bakı şəhərindəki xərclərini qarşılaya bilsin. Bu artımın X5 deyil, tələbkar Z.Xıdırova və onun valideynlərinin mənafeyinə xidmət etdiyi şübhəsizdir. Məhkəmə nəzərə almamışdır ki, Borclu orqanizminin funksiyalarının 90 faizi pozulmuşdur. Borclu tam əmək qabiliyyətsizdir. “İcra haqqında” qanunun 68.1.3-cü maddəsinə əsasən, Borclu aldığı pensiyaya tutma yönəldilə bilməz. Yenə də, fərz edək ki, hər ay Borclu yeganə dolanışıq mənbəyi olan pensiyasından 400 manat tutuldu, bu halda, Borclu sosial təminat hüququna kəskin müdaxilə baş verəcək. Belə ki, Borclu dərmanlarını, normal qidalanmasını, ailə üzvlərini necə dolandıracaq? Deməli, 400 manat alimentin tutulması Borclu yaşamaq hüququna da müdaxilə təşkil edir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Borclu qızı X4 imtina etmir. X3 tələbkar Z.Xıdırova ilə birlikdə qalmır. Borclu B.X2 öz himayəsinə götürməyə və aldığı pensiya ilə onu da dolandırmağa hazırdır.
7. Babək Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 8(079)-79/2025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, şikayətin mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİİ. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsi
10. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tut ulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
11. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. b) Azərbaycan Respublikası Ailə Məcəlləsi
12. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
13. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. c) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı
14. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
15. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata ke çirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. İV. Apellyasiya instansiya məh kəməsində işə baxılmasının hədləri
16. Kollegiya işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdır.
17. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.81-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatlar ı dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Borclu vəkili və nümayəndəsi Vəkil müraciəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. V. Məhkəmə kollegiyasının mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıra raq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt (2016-cı il) tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır.
22. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən Babək Rayon Məhkəməsinin 2(079)-89/2016 nömrəli, 11 mart 2016-cı i l tarixli qətnaməsindən görünür ki, Babək Rayon Məhkəməsinin 2(079)- 53/2015 nömrəli, 16 fevral 2015-ci il tarixli məhkəmə əmri ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Borclu hər ay 100 (bir yüz) manat miqdarda sabit pul məbləğində aliment alınıb 25 mart 2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X8 verilməsi, alimentin 100 (bir yüz) manat miqdarda sabit pul məbləğində tutulmasının əvvəlinin 16 fevral 2016-cı il tarixdən hesablanması qət edilmişdir.
23. Yuxarıda da qeyd olunduğu kimi, tələbkarın nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Məhkəməsinin 2(079)- 89/2016 nömrəli, 11 mart 2016-cı il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmamış xx.xx.2014-cü il təvəllüdlü X1 üçün qət e dilmiş sabit 100 manat aliment miqdarının sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə) 2025-ci il üzrə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə (400 manat) indeksasiya olunmasını məhkəmədən xahiş etmiş (bax bənd 1), Babək Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir (bax bənd 3).
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxx x tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).
25. X18 8.4-2-ci maddəsində qeyd edilmişdir ki, “...nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023cü ildə indeksasiyanı həyata keçirən zaman q üvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 26. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmiş və 2017-ci ilin yanvar ayının 1-nə qədər eynilik təşkil etmiş, həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025ci il yanvarın 1-dən 400 manat müə yyən edilmişdir.
27. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmiş və 2017-ci ilin yanvar ayının 1-nə qədər ölkə üzrə yaşayış minimumunun məbləğinin 105 manat həddində müəyyən olunması nəzərə alındıqda həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində aliment məbləği minimum əmək haqqı məbləğinin 0.95 misli həddində müəyyən edilməlidir.
28. İşin şərh olunmuş halları və şikayətin dəlillərinə hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Kollegiya həmçinin onu da qeyd etməyi zər uri hesab edir ki, tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, hazırki işin başlanmasına səbəb tələbkarın nümayəndəsi Nümayəndə Babək Rayon Məhkəməsinə ünvanlandığı müraciətin predmeti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasıdır. Alimentin indeksasiya olunması isə yuxarıda da qeyd olunduğu kimi Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinin tələbindən irəli gəlir. Borclunun verdiyi şikayətin mahiyyətindən isə görünür ki, o, alimentin indeksasiya olunmasından sonra yaranmış məbləğlə razı deyil. Halbuki qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələbi maraqlı şəxsin müraciəti əsasında qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunmasını qaçınılmaz edir. Yə ni qanunla müəyyən edilmiş subyektiv hüquqa malik olan maraqlı şəxs sözü gedən tələblə məhkəməyə müraciət etdiyi halda hüquq tətbiqedici alimentin indeksasiyası haqqında məhkəmə aktının qəbul etməlidir.
30. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsində pul məbləğlərinin indeksasiya olunması barədə məhkəmə qərardadlarından şikayət verilə bilmə imkanı nəzərdə tutulsa da, bu şikayət ilkin müraciətin predmeti ilə bağlı olmaqla, ondan kənara çıxmamalı, şikayət edən müraciətində pul məbləğinin və alimentin indeksasiyası zamanı yaranmış məbləğin çoxluğunu mübahisələndirməməlidir.
31. Hazırki şikayətin məzmunundan isə göründüyü kimi, borclunun vəkili və nümayəndəsi Vəkil şikayətində indeksasiya nəticəsində alimentin miqdarının yüksək olmasını mübahisələndirir ki, həmin mə sələnin hüquqi əsasını Ailə Məcəllənin 110-cu maddəsi deyil, 112-ci maddəsi təşkil edir.
32. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu baxımdan borclunun vəkili və nümayəndəsi Vəkil izah olunur ki, Ailə Məcəlləsinin yuxarıda istinad olunan maddəsində göstərilən əsaslar üzrə qanunun ona verdiyi imkanlardan istifadə etməklə aliment məbləğinin azaldılmasını arzulaya cağı halda iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət hüququndan istifadə edə bilər.
33. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz və qərardad qəbul edilərkən düzgün nəticəyə gəldiyindən verilmiş şikayət təmin edilməməli, Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(079)-79/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli, 8(079)-79/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.