Məhkəmə qərarları › İş №8(108)-4/2025

Ali Məhkəmə Qərardad — İş №8(108)-4/2025

10.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-4/2025 10.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X6 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)-537/2023 nömrəli qətnaməsi ilə 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu tutulan hər ay bir uşaq üçün sabit məbləğdə 170 (bir yüz yetmiş) manat müəyyən edilmiş alimentin sonrakı illər ərzində artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilməsinə dair Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 8(078)-18/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)-537/2023 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdeh Borclu qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 02 mart 2016-cı il tarixli, 2(078)50/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməklə cavabdeh Borclu hər ay sabit məbləğdə 170 (bir yüz yetmiş) manat miqdarında alimentin tutularaq 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X5 ödənilməsi müəyyən edilmişdir. X2 14 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)-537/2023 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 14 iyul 2014-cü il təvəllüdlü X1 üçün qət e dilmiş sabit məbləğdə 170 (bir yüz yetmiş) manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 8(078)-18/2025 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)-537/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair X2nın ərizəsinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)537/2023 nömrəli qətnaməsi ilə 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan hər ay bir uşaq üçün sabit məbləğdə 170 (bir yüz yetmiş) manat alimentin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə minimu m əmək haqqının 0.49 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Borclu sözügedən qərardaddan şikayət verərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 8(078)-18/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 8(078)-18/2025 nömrəli qərardadı ilə şikayətin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Borclu şikayətində qeyd etmişdir ki, həmin qərardadla razı deyil, imkanı yoxdur və əlavə olaraq 200 (iki yüz) manat aliment ödəyir. X13 iflic xəstəsidir, onun müalicə xərcləri var. Əməkhaqqı bütün xərclərə çatmır. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 8(078)18/2025 nömrəli qərardadının ləğv edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və y a öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla X2na verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi təklif edilsə də, tələbkar tərəfindən kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya işin araşdırılmış hallarına şikayətin dəlilləri ilə qarşılıqlı hüquqi qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 8(078)-18/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən aydın olur ki, iddiaçı X7 cavabdeh Borclu qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 02 mart 2016-cı il tarixli, 2(078)-50/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) cavabdeh Borclu 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 220 (iki yüz iyirmi) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(078)-537/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Naxçıvan Şəhər Məhkəməsinin 02 mart 2016-cı il tarixli 2(078)-50/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə cavabdeh Borclu hər ay sabit məbləğdə 170 (bir yüz yetmiş) manat miqdarında alimentin tutularaq 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X5 ödənilməsi müəyyən edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, X2 14 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)-537/2023 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 14 iyul 2014-cü il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə 170 (bir yüz yetmiş) manat alim entin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 8(078)-18/2025 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)-537/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair X2nın ərizəsinin təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)537/2023 nömrəli qətnaməsi ilə 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan hər ay bir uşaq üçün sabit məbləğdə 170 (bir yüz yetmiş) manat alimentin sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilmə si qərara alınmışdır. İş üzrə Borclu şikayətində “...həmin qərardadla razı olmadığını, imkanı olmadığını, əlavə olaraq 200 (iki yüz) manat aliment ödədiyini, X13in iflic xəstəsi olduğunu, onun müalicə xərcləri olduğunu, əməkhaqqının bütün xərclərə çatmadığını” bildirmişdir ki, kollegiya qeyd olunan bu halları mülki işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək bu halların əsaslı olmadığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ödənilməli pul məbləğlərinin indeksasiyasına baxılmasını tənzimləyir. Həm in maddədə qeyd edilir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəf indən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin t utulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X12 8.4-2-ci maddəsində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfi ndən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin t utulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli Sərəncamı ilə ölkədə 2023-cü il üzrə minimum əmək haqqı 345 manat, 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən isə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2023-cü il tarixdə minimum əmək haqqı 345 manat müəyyən edildiyindən həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 manat sabit pul məbləğində aliment məbləği minimum əmək haqqı məbləğinin 0.49 misli həddində müəyyən edilməlidir. (345x0.49=169,05). 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat məbləğində müəyyən edildiyindən Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)537/2023 nömrəli qətnaməsi ilə 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu tutulan bir uşaq üçün sabit məbləğdə 170 (bir yüz yetmiş) manat aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilməlidir. İşin şərh olunmuş halları və şikayətin dəlillərinə hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, hazırki işin başlanmasına səbəb X2nın Naxçıvan Şəhər Məhkəməsinə ünvanlandığı müraciətin predmeti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasıdır. Alimentin indeksasiya olunması isə yuxarıda da qeyd olunduğu kimi Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinin tələbindən irəli gəlir. Borclunun verdiyi şikayətin mahiyyətindən isə görünür ki, o, alimentin indeksasiya olunmasından sonra yaranmış məbləğlə razı deyil. Halbuki qeyd olunmalıd ır ki, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələbi maraqlı şəxsin müraciəti əsasında qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunmasını qaçınılmaz edir. Yəni qanunla müəyyən edilmiş subyektiv hüquqa malik olan maraqlı şəxs sözü gedən tələblə məhkəməyə müraciət etdiyi halda hüquq tətbiqedici alimentin indeksasiyası haqqında məhkəmə aktının qəbul etməlidir. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsində pul məbləğlərinin indeksasiya olunması barədə məhkəmə qərardadlarından şikayət verilə bilmə imkanı nəzərdə tutulsa da, bu şikayət ilkin müraciətin predmeti ilə bağlı olmaqla, ondan kənara çıxmamalı, şikayət edən müraciətində pul məbləğinin və alimentin indeksasiyası zamanı yaranmış məbləğin çoxluğunu mübahisələn dirməməlidir. Hazırki şikayətin məzmunundan isə göründüyü kimi, Borclu şikayətində indeksasiya nəticəsində alimentin miqdarının yüksək olmasını mübahisələndirir ki, həmin məsələnin hüquqi əsasını Ailə Məcəllənin 110-cu maddəsi deyil, 112-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu baxımdan Borclu izah olunur ki, Ailə Məcəlləsinin yuxarıda istinad olunan maddəsində göstərilən əsaslar üzrə qanunun ona verdiyi imkanlardan istifadə etməklə aliment məbləğinin azaldılmasını arzulayacağı halda iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət hüququndan istifadə edə bilər. Beləliklə, kollegiya hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)-537/2023 nömrəli qətnaməsi ilə 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu tutulan hər ay bir uşaq üçün sabit məbləğdə 170 (bir yüz yetmiş) manat müəyyən edilmiş alimentin sonrakı illər ərzində artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilməsinə dair Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 8(078)-18/2025 nömrəli qərardadından Borclu tərəfindən verilm iş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(078)-537/2023 nömrəli qətnaməsi ilə 14 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu tutulan hər ay bir uşaq üçün sabit məbləğdə 170 (bir yüz yetmiş) manat müəyyən edilmiş alimentin sonrakı illər ərzində artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0.49 misli həddində indeksasiya edilməsinə dair Naxçıvan Şəhər Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 8(078)-18/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsi nin 23 yanvar 2025-ci il tarixli 8(078)-18/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar