Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 9(3-10)-4/2026 06.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov Imanverdi Həşimxan oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Xəlilov Ramin Ramiz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R maraqlı şəxs1, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası, Ulyanovsk şəhəri Zavoljskiy məhkəmə rayonunun * saylı məhkəmə sahəsinin ## ####### 2025-ci il tarixli *-**/**** saylı hökmünün tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş təqdimat açiq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov təqdimatla məhkəməyə müraciət edərək, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyasının Ulyanovsk şəhəri Zavoljskiy Məhkəmə rayonunun * saylı məhkəmə sahəsinin ## ####### 2025-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 158-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 7000 Rusiya rublu məbləğində cərimə cəzasına məhkum edilməsinə dair həmin hökmün tanınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Cinаyət-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsı CPM) 524.1-ci mаddəsinə əsаsən xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla açıq məhkəmə iclasında baxılır. Аzərbаycаn Respublikаsı CPM-nin 524.2-ci mаddəsinə əsаsən məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslərə və ya hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (onlar məlum olduqda) məlumat verilməlidir. Аzərbаycаn Respublikаsı CPM-nin 524.3-cü mаddəsinə əsаsən bildiriş vərəqəsinin maraqlı şəxslərə verilməsi barədə məhkəmədə məlumat olarsa, həmin şəxsin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi təqdimata baxılmasına mane olmur. Əgər şəxs təqdimata baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və müraciət etmiş şəxsi yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir. Аzərbаycаn Respublikаsı CPM-nin 524.4-cü mаddəsinə əsаsən xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimata baxılmasının yeri və vaxtı haqqında, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslər, habelə həmin hökmün və ya qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər bilavasitə və ya sorğu edən dövlət vasitəsilə məlumatlandırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R maraqlı şəxs1 məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası, Ulyanovsk şəhəri Zavoljskiy məhkəmə rayonunun * saylı məhkəmə sahəsinin ## ####### 2025-ci il tarixli *-**/**** saylı hökmünün tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş təqdimatı müdafiə etmədiyini və təqdimata baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs və onun müdafiəçisi X1 prokurorun xarici ölkə məhkəməsi hökmünün tanınması haqqında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş təqdimata baxılmasından imtinasının qəbul edilməsini və təqdimata baxılmasına xitam verilməsini xahiş etmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.0.11-ci maddəsinə edilmiş dəyişiklikdə müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi-bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat qaydasında verilmiş müraciətlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir. 522.2-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin 522–525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. 522.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının rəsmi müraciətinin bu Məcəllənin 523-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət edilmədikdə əlavə məlumatların təqdim edilməsinə dair müraciət edir. 522.3-1-ci mаddəsinə əsаsən Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir. 522.4-cü mаddəsinə əsаsən xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında bu Məcəllənin 522.3-1-ci maddəsində nəzərdə tutulan təqdimat aşağıdakı hallardan hər hansı biri mövcud olduqda verilir: 522.4.1. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamışdırsa; 522.4.2. barəsində xarici dövlətlərin məhkəmələrinin hökmünün və ya digər yekun qərarının çıxarıldığı şəxsin mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan Respublikası qeyd edilən hökmün və ya qərarın icrası niyyətindədirsə; 522.4.3. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası məhkum edilmiş şəxsin sosial reabilitasiya imkanlarını gücləndirirsə; 522.4.4. barəsində xarici dövlətlərin məhkəmələrinin azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya digər yekun qərarının çıxarıldığı şəxs Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkirsə; 522.4.5. xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə. 522.6-cı mаddəsinə əsаsən Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir. Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. Məhkəmə kollegiyasının iclasında prokuror-Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R maraqlı şəxs1 məhkəməyə müraciət edədərk Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası, Ulyanovsk şəhəri Zavoljskiy məhkəmə rayonunun * saylı məhkəmə sahəsinin ## ####### 2025-ci il tarixli *-**/**** saylı hökmünün tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş təqdimatı müdafiə etmədiyini, təqdimata baxılmasından imtina etdiyini bildirərək, həmin təqdimatın geri qaytarılmasını xahiş etmişdir. X2 Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən: - 13.1. konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2. əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43-cü maddəsində əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: - 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-də xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasından təqdimatı verən orqan tərəfindən imtina etməsi zamanı məhkəmədə təqdimatın baxılmasına xitam verilməsi nəzərdə tutulmasa da analogiya üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43, 390.4 və 391.3.1-ci maddələrinə əsasən prоkurоr xаrici ölkənin məhkəməsinin hökmünün tаnınmаsı hаqqındа təqdimаtdan imtinа etdiyi halda həmin təqdimаtа bаxılmаsınа xitаm verilməsi hаqqındа qərаr çıxаrılmаsı qаnuni və əsаslıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R maraqlı şəxs1 Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası, Ulyanovsk şəhəri Zavoljskiy məhkəmə rayonunun * saylı məhkəmə sahəsinin ## ####### 2025-ci il tarixli *- **/**** saylı hökmünün tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş təqdimatdan imtinası qəbul edilməli və məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası, Ulyanovsk şəhəri Zavoljskiy məhkəmə rayonunun * saylı məhkəmə sahəsinin ## ####### 2025-ci il tarixli *-**/**** saylı hökmünün tanınması barədə təqdimata baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs məhkəmə kollegiyası iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X1 tapşırılmışdır. X3 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 8 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, təqsirləndirilən şəxs Barəsində məhkəmə aktı çıxarılmış şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə X3 88 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Qeyd edilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin 520, 522, 523 və 524-cü mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərаrа аldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru, R maraqlı şəxs1 Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası, Ulyanovsk şəhəri Zavoljskiy məhkəmə rayonunun * saylı məhkəmə sahəsinin ## ####### 2025-ci il tarixli *-**/**** saylı hökmünün tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş təqdimatdan imtinası qəbul edilsin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası, Ulyanovsk şəhəri Zavoljskiy məhkəmə rayonunun * saylı məhkəmə sahəsinin ## ####### 2025-ci il tarixli *-**/**** saylı hökmünün tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş təqdimata baxılmasına xitam verilsin. X3 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 88 manat vəsait X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASCnin Şəki rayon filialı; VÖEN: **********; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxs, habelə qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər həmin qərarı aldığı vaxtdan 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət və protest verə bilərlər.
Məhkəmə qərarları › İş №9(3-10)-4/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-10)-4/2026
06.07.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver