Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 9(3-9)-12/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X2, məhkum edilmiş şəxs Barəsində məhkəmə aktı çıxarılmış şəxs, müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakı ilə, ##.##.1994-cü il tarixdə Azərbaycan Respublikası, Astara rayonunun Şiyəkan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Astara rayonunun Şahağac kəndində qeydiyyatda olmaqla yaşamış, Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun ## ###### 2026-cı il tarixli təqdimatına Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəza çəkmə müddətinin onun tutulduğu andan hesablanması, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 72-ci maddəsinin 3.1-ci hissəsinin “a” bəndinə uyğun olaraq, tutulduğu andan hökm qüvvəyə minənədək həbsdə saxlanma vaxtının bir gün bir gün hesabı ilə cəza çəkmə müddətinə hesablanması, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmış, iş üzrə maddi sübutun taleyi həll edilmişdir. Bununla əlaqədar, Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsindəki Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Elmar Camalov ## ###### 2026-cı il tarixli, *-*- ***/*-******/**** nömrəli təqdimatla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 522-524-cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə həmin Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar. 524.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslərə və ya hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (onlar məlum olduqda) məlumat verilməlidir. 524.3-cü maddəsinə əsasən, bildiriş vərəqəsinin maraqlı şəxslərə verilməsi barədə məhkəmədə məlumat olarsa, həmin şəxsin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi təqdimata baxılmasına mane olmur. Əgər şəxs təqdimata baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və müraciət etmiş şəxsi yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir. 524.6-cı maddəsinə əsasən məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən sonra xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar dərhal qüvvəyə minir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və icrasına dair qərar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Məhkəmə kollegiyasının iclasında: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X2 müdafiə tərəfin göstərdiyi xüsusatlarla razılşmayaraq, həmin halları təsdiq edən hər hansı mötəbər sübutun mövcud olmadığını göstərib, təqdimatın təmin olunmasını və məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünün tanınması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs müdafiəçisi müdafiəçi2 işlə bağlı heç bir araşdırma aparılmadığını, Barəsində məhkəmə aktı çıxarılmış şəxs 2014-cü ildə Azərbaycan Respublikasına gəldiyini, daha sonra Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən çağrıldığını və bu məsələnin onun diqqətinə çatdırıldığını, onun da öz növbəsində belə bir hadisədən xəbəri olmadığını və belə bir əməli törətmədiyini bildirdiyini, Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünə diqqət etdikdə burada yalnız şahid ifadələri nəticəsində belə bir hökmün çıxarılmasının aydın olduğunu, şahidlərin isə yalnız zərərçəkmiş şəxsin anasının dedikləri əsasında ifadə verdiklərini, özlərinin belə hala şahid olmadıqlarını, qadının Azərbaycana gələrək Vüsala onun belə bir iş görmədiyini bildiyini, ondan qisas almaq üçün bunları etdiyini,əgər Rusiyada qalmaq istəmirsə, onunla Azərbaycanda evlənməsini dediyini, Vüsalın da bu təkliflə razı olmadığını, buna görə də qadının bu barədə Rusiya hüquq mühafizə orqanlarına məlumat verdiyini, qadının 2023-cü ildə dünayasını dəyişdiyini, Rusiya hüquq mühafizə orqanlarının qızı yenidən çağırıb ifadəsini aldıqlarını, qızın da öz ifadəsində hadisənin dəqiq yadında olmamasını bildirdiyini, hadisənin ağır hal olduğunu, əgər həmin hadisə baş versəydi həmin qızın yaddaşında qalmalı olduğunu, Vüsalın Rusiya Federasiyasından gəlmə səbəbinin isə oradan qaçmaq olmadığını, Vüsalın anasının da həmin bazarda işlədiyini, Vüsala onunla Azərbaycana qayıtmaq üçün yalvardığını, Vüsalın əvvəl gəlmək istəmədiyini, lakin anasının uzun təkidləri nəticəsində Azərbaycana qayıtdığını, göstərib Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünün tanınmamasını xahiş etdi. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs hərbi xidməti bitirdikdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasına gedərək bazarda işləməyə başladığını, bazarda bir xanımla tanış olduğunu və onunla münasibətinin yarandığını, üç aya yaxın bir müddət münasibətlərinin olduğunu, daha sonra qasının onunla evlənmək istədiyini bildirdiyini, onun isə öz növbəsin bunun alınmayacağını dediyini, həmin qadının qızı ilə heç bir münasibətinin olmadığını, ## ###### 2014-cü ildə Azərbaycana qayıtdığını, daha sonra həmin xanımın ona zəng edərək onunla evlənmədiyi təqdirdə onun başıma oyun açacağını bildirdiyini, daha sonralar həmin qadının Azərbaycana onların rayonuna da gəldiyini, həmin qadına cavab olaraq nişanlandığını, onunla evlənə bilməyəcəyini bildirdiyini, 2025-ci ildə Rusiya Federasiyasından ona zəng gəldiyini, ona orada axtarışda olduğunu və barəsində hökm qəbul olunduğunu bildirdiklərini, Rusiya Federasiyası üçün müharibədə iştirak edəcəyi təqdirdə onun üzərində olan hökmün götürüləcəyini bildirdiklərini, özünün də buna razı olmadığını onlara bildirdiyini, bu məsələ ilə əlaqədar onu 2019-cu ildə Astara RPŞ-nə dəvət etdiklərini, daha sonra ona xəbər verilən tarixdə gəlməsini bildirdiklərini, 2025-ci ildə isə Daxili İşlər Nazirliyinə çağırıldığını, barəsində axtarış olduğunu bildirdiklərini, Rusiyada keçrilən məhkəmədən xəbərinin olmadığını göstərib, Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünün tanınmamasını xahiş etdi. Məhkəmə kollegiyası məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi məsələsini həll edərkən, cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, müvafiq təqdimatı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və onun icrası Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müdafiə tərəfi Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına etiraz edərkən, əsas etibarilə məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs ona isnad edilmiş cinayət əməlini törətmədiyini, Rusiya Federasiyasında həmin iş üzrə məhkəmə araşdırmasının obyektiv aparılmadığını, hökmün əsasən şahid ifadələri əsasında çıxarıldığını, həmin şahidlərin isə hadisəni bilavasitə müşahidə etmədiklərini və zərərçəkmiş şəxsin anasının dediklərinə əsaslandıqlarını, habelə zərərçəkmiş şəxsin anasının məhkumdan qisas almaq məqsədilə ona böhtan atdığını bildirmişdir. Lakin məhkəmə kollegiyası müdafiə tərəfinin qeyd olunan dəlillərini iş materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, həmin iddialar öz təsdiqini tapmır və Rusiya Federasiyası məhkəməsinin gəldiyi nəticələrin əsassız və ya mötəbər sübutlara söykənmədiyini göstərən hər hansı tutarlı faktla müşayiət olunmur. Belə ki, Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmündən görünür ki, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs təqsirliliyi barədə nəticəyə yalnız ayrı-ayrı şahidlərin ifadələri əsasında deyil, iş üzrə əldə edilmiş və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilmiş bir sıra sübutların qarşılıqlı əlaqədə təhlili nəticəsində gəlinmişdir. Hökmün məzmunundan görünür ki, məhkəmə zərərçəkmiş şəxsin ifadələrini, şahidlər İndirçiyev A.A., Visaytayeva P.M. və Dadilov S.A.-nın ifadələrini, ## ###### 2014-cü il tarixli ifadələrin yerində yoxlanılması protokolunu, ## ###### 2014-cü il tarixli hadisə yerinə baxış protokolunu və ona əlavə edilmiş fotocədvəli, ## ##### 2014-cü il, ## #### 2014-cü il və ## ### 2024-cü il tarixli əşyaların baxış protokollarını, habelə digər sübutları araşdıraraq qiymətləndirmiş və həmin sübutların bir-biri ilə uyğunluq təşkil etdiyini müəyyən etmişdir. Bu baxımdan, müdafiə tərəfinin “hökmün yalnız şahid ifadələri əsasında çıxarılması” barədə mövqeyi hökmün məzmunu ilə uzlaşmır. Belə ki, hökmün əsaslandırma hissəsində iş üzrə əldə edilmiş müxtəlif xarakterli sübutlara istinad edilmiş, həmin sübutların məzmunu şərh olunmuş və onların qarşılıqlı əlaqəsi qiymətləndirilmişdir. Beləliklə, kollegiya hesab edir ki, müdafiə tərəfinin irəli sürdüyü iddialar iş materiallarının və hökmün məzmununun bütövlükdə nəzərdən keçirilməsinə əsaslanmayan mülahizədən ibarətdir. Müdafiə tərəfi qeyd edilən sübutların hansı konkret hissəsinin həqiqətə uyğun olmadığını, onların hansı digər sübutlarla təkzib edildiyini və ya sübutlar arasında hansı konkret ziddiyyətlərin mövcud olduğunu əsaslandıra bilməmişdir. Eyni zamanda, müdafiə tərəfinin zərərçəkmiş şəxsin anasının Barəsində məhkəmə aktı çıxarılmış şəxs qisas almaq məqsədilə ona böhtan atması barədə irəli sürdüyü mülahizə də konkret və obyektiv sübutlarla təsdiq olunmamışdır. Bu xüsusat müdafiə tərəfinin öz mövqeyi kimi ifadə edilmiş, lakin həmin iddianı təsdiq edən, zərərçəkmiş şəxsin anasının belə bir motivlə hərəkət etdiyini göstərən və ya Rusiya Federasiyası məhkəməsinin bu məsələ üzrə gəldiyi nəticələri şübhə altına almağa əsas verən hər hansı tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin müdafiə tərəfinin irəli sürdüyü dəlilləri Rusiya Federasiyası məhkəməsinin hökmündə əks etdirilmiş sübutlarla müqayisə etdikdə, həmin dəlillərin hökmün nəticələrini təkzib etmək üçün kifayət etmədiyi qənaətinə gəlir. Belə ki, hökmün əsaslandırma hissəsində iş üzrə əhəmiyyətli olan hallar və həmin halları təsdiq edən sübutlar kifayət qədər ətraflı şərh edilmiş, sübutlar arasında qarşılıqlı əlaqə göstərilmiş və onların əsasında məhkumun təqsirliliyi barədə nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası müdafiə tərəfinin hökmün tanınmamasına yönəlmiş dəlillərini iş materialları ilə müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, həmin dəlillər əsasən məhkumun və müdafiə tərəfinin Rusiya Federasiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamasından və hadisələrin fərqli formada təqdim edilməsindən ibarətdir. Halbuki, müdafiə tərəfi bu dəlilləri təsdiq edən və xarici dövlət məhkəməsinin hökmündə əks olunmuş nəticələrin qanuniliyini və əsaslılığını şübhə altına almağa əsas verən hər hansı tutarlı obyektiv və mötəbər sübutu təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin qeyd olunan dəlillərini əsassız hesab edir və belə nəticəyə gəlir ki, Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına hüquqi maneə yoxdur və həmin hökm tanınmalıdır. Kolegiya bununla bağlı ilk növbədə onu qeyd edir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi ilə (on dörd yaşına çatmamış zərərçəkmiş şəxsə və ya digər şəxslərə qarşı zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmişin aciz vəziyyətindən istifadə etməklə kişi ilə kişi arasında cinsi əlaqə, lezbiyanlıq və ya cinsi xarakterli digər hərəkətlər) nəzərdə tutulmuş əməl müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxs barəsində uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət məsuliyyətinə və cəzaya səbəb olan əməl kimi təsbit edilmişdir. Göründüyü kimi, həm Rusiya Federasiyası CM-in 132-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi, həm də Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozitiv əlamətləri məzmun etibarilə eynilik təşkil etməklə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlərin edilməsini nəzərdə tutur. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 99-cu maddəsinə görə Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisində baş verib-verməməsindən asılı olmayaraq nəzərə ala bilər. Həmin Konvensiyanın 109-cu maddəsinə görə Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən məhkum edilmiş və cəzasını çəkməmiş şəxs Razılığa gələn digər Tərəfin ərazisində cinayət məsuliyyətinə cəlb edilmək üçün verildikdə, habelə Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən çıxarılmış hökmün icrasını təmin etmək üçün Razılığa gələn digər Tərəf şəxsi verməkdən imtina etdikdə, Razılığa gələn Tərəflərdən hər biri Razılığa gələn digər Tərəfin məhkəməsi tərəfindən çıxarılan hökmləri bu Konvensiyada nəzərdə tutulan şərtlər əsasında tanıyır və icra edir. Hökmlərin tanınması və icrası, bu cür hökmlərin tanınacağı və icra ediləcəyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir. Həmin Konvensiyanın 111-ci maddəsinə əsasən hökmün tanınması və icra edilməsi haqqında vəsatət sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən onun öz daxili qanunvericiliyinə uyğun olaraq baxılır. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi, verilən şəxsin onun ərazisinə faktiki ötürülməsinə qədər hökmün tanınması və icra edilməsi haqqında qərar qəbul edir. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinin çıxardığı hökmü əsasında öz daxili qanunvericiliyinə uyğun olaraq hökmdə nəzərdə tutulan cəzaya uyğun olan cəza müəyyən edir. Əgər sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin əmələ görə ən yuxarı cəza müddəti hökm əsasında təyin edilmiş müddətdən aşağıdırsa, məhkəmə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində analoji əmələ görə nəzərdə tutulmuş maksimal cəza müddəti təyin edir. Cəzanın, hökmü çıxarmış sorğu edən Razılığa gələn Tərəfin ərazisində çəkilmiş hissəsi, hökmün tanınması haqqında vəsatətə baxan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş cəza müddətinə hesablanır. Eyni zamanda hökmün icra edilmə qaydası haqqında məsələyə baxılır. Cəza həm sorğu edən, həm də sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulduğu təqdirdə tətbiq edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi ilə nəzərdə tutulmuş əməlinin hüquqi məzmunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə” cinayəti ilə uyğunluq təşkil etdiyindən onun əməli məhz AR CM-nin 150.3.3-cü maddəsi ilə tənzimlənməlidir (tövsif edilməlidir). Bununla yanaşı, məhkəmə kollegiyası Rusiya Federasiyası məhkəməsinin məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs ilə bağlı hökmünün tanınmasını müzakirə edərkən, məhkəmə tərəfindən ona Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təyin olunmuş cəza müddətini də müqayisəli şəkildə nəzərdən keçirir. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə həmin maddənin sanksiyasında on iki ildən iyirmi ilədək azadlıqdan məhrum etmə, iyirmi ilədək müddətə müəyyən vəzifələri tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə və ya belə məhrum etmə olmadan və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmündən görünür ki, məhkəmə Barəsində məhkəmə aktı çıxarılmış şəxs həmin əməlinə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin sanksiyası (15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası) RF-nın CM-nin 132-ci maddəsinin 4-cü hissəsinin sanksiyasından (12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası) daha ağırdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli * №-li qərarının 1-ci bəndinə görə cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Eyni zamanda, «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» ## #### 1983-cü il tarixli Konvensiyanın 10-cu maddəsində göstərilir ki, hökmün icrasının davam etdirildiyi halda hökmün icra olunduğu Dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmün çıxarıldığı Dövlətin müəyyən etdiyi kimi tanıyır. Buna baxmayaraq, əgər cəzanın xarakteri və müddəti hökmün icra edildiyi Dövlətin qanunvericiliyi ilə bir araya sığmırsa və ya bu Dövlətin qanunvericiliyi tələb edirsə, onda hökmün icra olunduğu Dövlət məhkəmə və ya inzibati qərar qəbul etmək yolu ilə cəzanı analoji hüquq pozuntusuna görə daxili qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalara uyğunlaşdıra bilər. Belə cəza öz xarakterinə görə icrası davam etdirilən hökmdə müəyyən edilmiş cəzaya mümkün qədər daha çox uyğun olmalıdır. Bu cəza öz xarakterinə və ya müddətinə görə hökmün çıxarıldığı Dövlət tərəfindən müəyyən edilmiş cəzadan ağır ola bilməz və hökmün icra olunduğu Dövlətin qanununda nəzərdə tutulmuş cəzanın yuxarı həddini aşa bilməz. Həmin Konvensiyanın 11-ci maddəsinin «c» bəndində göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun artıq çəkmiş olduğu cəza müddətini cəzadan tam çıxmalıdırlar; «d» bəndində isə göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun cinayət məsuliyyətini ağırlaşdırmamalıdırlar, lakin hökmün icra olunduğu Dövlətin qanunvericiliyi ilə bir və ya bir neçə hüquq pozuntusu törədilməsinə görə nəzərdə tutulmuş minimal cəza tədbirlərinə də meyillənməməlidirlər. «Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında» ## #### 1998-ci il tarixli Konvensiyanın 12-ci maddəsinin ikinci hissəsinə əsasən məhkuma təyin edilmiş cəza hökmün çıxarıldığı Dövlətin məhkəməsinin hökmü əsasında çəkilir. Hökmün çıxarıldığı Dövlətdə çəkilmiş müddət də azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanır. Hökmün icra edildiyi Dövlətin məhkəməsi çıxarılmış hökmdən çıxış edərək, hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə müddəti müəyyən etməklə öz dövlətinin qanunu üzrə onun icrası barədə qərar qəbul edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs tərəfindən törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə tövsif edilməli olsa da, ona daha yüngül cəza nəzərdə tutan cinayət qanunun norması ilə, yəni RF-nın CM-nin 132-ci maddəsinin 4-cü hissəsinin sanksiyası üzrə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə yerini müəyyən edərkən Rusiya Federasiyası və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin müddəalarını müqayisəli şəkildə təhlil edərək bu nəticəyə gəlir ki, o, təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən, xüsusilə ağır cinayətlər bu Məcəllədə onların törədilməsinə görə on ildən çox müddətə azadlıqdan məhrum etmə və ya daha ağır cəza nəzərdə tutulmuş qəsdən əməllər hesab edilir. Göründüyü kimi, hər iki dövlətin cinayət qanunvericiliyinə əsasən məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs tərəfindən törədilmiş əməl xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 150.3.3cü maddəsi ilə nəzərdə tutulmuş əməl xüsusilə ağır cinayətlər təsnifatına aid edildiyindən və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edildiyindən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında» ## #### 1998-ci il tarixli Konvensiyanın 14-cü maddəsinin birinci hissəsinə əsasən cəzanın qalan hissəsinin çəkilməsi üçün hökmün icra edildiyi Dövlətə təhvil verilmiş şəxs barəsində həmin Dövlətin ərazisində eyni əməlləri törətməyə görə məhkum olunmuş şəxslər barəsində yaranan hüquqi nəticələr yaranır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan hökmün, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan əmələ görə məhkum edilmiş şəxs üçün nəzərdə tutulmuş hüquqi nəticələr yaratması təsdiq olunmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 522-525-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli təqdimat təmin edilsin. Azərbaycan Respublikası vətəndaşı Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan Rusiya Federasiyasının Dağıstan Respublikası Xasavyurt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü Azərbaycan Respublikasının ərazisində tanınsın. Barəsində məhkəmə aktı çıxarılmış şəxs törətdiyi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə tövsif edilsin (tənzimlənsin), həmin hökmün icrası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə məhkum edilmiş şəxs barəsində hökmün icrası üçün nəzərdə tutulan qaydada həyata keçirilsin. Hökmlə Barəsində məhkəmə aktı çıxarılmış şəxs təyin edilmiş 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılsın. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli ## ######## 2026-cı il tarixdən hesablansın. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Barəsində məhkəmə aktı çıxarılmış şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına etap edilsin. Qərarın icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Bu qərarın Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olmuş şəxslər üçün mövcud olan eyni hüquqi nəticələr yaratması təsdiq edilsin. Hökmlə maddi sübutun taleyinin həll edilməsi, mülki iddianın olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs verildiyi) andan 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №9(3-9)-12/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-9)-12/2026
25.09.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver