Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 9(3-7)-5/2026 18.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru maraqlı şəxs2, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində çıxarılmış Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünün və Rusiya Federasiyası Murmansk Vilayəti Monçeqorsk Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə ## ###### 1995-ci ildə Göygöl rayonunun Pənahallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Göygöl rayonunun Pənahallar kəndində qeydiyyatda olan və yaşayan Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası CM-nin 157-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək aylıq qazancından 5 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 7 ay müddətinə islah işləri növündə cəzaya məhkum müəyyən edilmişdir. Rusiya Federasiyası Murmansk Vilayəti Monçeqorsk Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarına əsasən Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş aylıq qazancından 5 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 7 ay müddətinə islah işləri növündə cəzası 2 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Elmar Camalov təqdimat verərək Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünün və Rusiya Federasiyası Murmansk Vilayəti Monçeqorsk Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı təqdimatı müdafiə edərək təmin edilməsini, Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünün və Rusiya Federasiyası Murmansk Vilayəti Monçeqorsk Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum və müdafiəçi təqdimatın təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 522-524-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə həmin Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqdim olunmuş sənədləri araşdırıb, müzakirə edilən məsələ ilə bağlı proses iştirakçılarının təklifni dinləyib, belə nəticəyə gəlir ki, təqdimat qismən təmin edilməli, Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı, Rusiya Federasiyası Murmansk Vilayəti Monçeqorsk Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarının isə tanınmasından imtina edilməlidir. Xarici dövlətin məhkəmə hökmündən görünür ki, Rusiya Federasiyası CM-nin 157-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək aylıq qazancından 5 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 7 ay müddətinə islah işləri növündə cəzaya məhkum müəyyən edilmişdir. Rusiya Federasiyası CM-nin 157-ci maddəsi 1-ci hissəsi valideyn tərəfindən üzrlü səbəb olmadan məhkəmə qərarı və ya notarial qaydada təsdiq edilmiş razılaşmanı pozmaqla yetkinlik yaşına çatmayan uşaqların, habelə on səkkiz yaşına çatmış əlil uşaqların saxlanılması üçün vəsaitin ödənilməməsi, əgər bu əməl təkrarən törədilibsə, bir ilədək müddətə islah işləri və ya eyni müddətə məcburi işlər və ya üç ayadək müddətə həbs və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd olunmalıdır ki, üzrlü səbəb olmadan məhkəmə qərarı və ya notarial qaydada təsdiq edilmiş razılaşmanı icra etməmə cinayəti, onun tövsifedici əlamətləri Azərbaycan Respublikasının Cinayət Qanununda da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə görə Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə müəyyən olunur ki, Rusiya Federasiyası CM-nin 157-ci maddəsi 1-ci hissəsində nəzərdə tutulan cinayət tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə uyğundur, həmçinin hər iki maddənin sanksiyasında islah işləri cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, xarici dövlətin məhkəmə hökmünün tanınmasının zəruri şərtlərindən biri kimi nəzərdə tutulan əlamət, yəni istinad edilən cinayətin hər iki dövlətin ərazisində cinayət kimi tanınması barədə şərt mövcuddur. Xarici dövlətin məhkəməsi tərəfindən anoloji maddənin sanksiyası həddində məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası üzrə qeyd olunan həddə islah işləri cəzasının təyin edilməsini məhdudlaşdıran hallar yoxdur. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan şərti, habelə Azərbaycan Respublikası CPM-nin 522-524-cümaddələri ilə müəyyən edilmiş digər şərtləri də araşdıraraq hesab edir ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası CM-nin 157-ci maddəsi 1-ci hissəsi ilə məhkum edilməsinə dair Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması mümkündür. Belə olan halda kollegiya hesab edir ki, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında da nəzərdə tutulan 7 (yeddi) ay müddətinə islah işləri cəzası təyin edilməlidir. Bundan əlavə, təqdimatda həmçinin Rusiya Federasiyası Murmansk Vilayəti Monçeqorsk Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarının da Azərbaycan Respublikası ərazisində tanınması xahiş olunmuşdur. Məhkəmə bu hissədə qeyd edir ki, Rusiya Federasiyası Murmansk Vilayəti Monçeqorsk Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı qəbul edilərkən Barəsində məhkəmə aktı çıxarılmış şəxs məhkəmə iclasında iştirakı təmin edilməmiş, qərar qiyabi qaydada qəbul edilmişdir. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 112-ci maddəsinin 1-ci hissəsinin a bəndinə əsasən cəza cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsi və ya digər qanuni səbəblərdən, yaxud da müttəhimin iştirakı olmadan qiyabi çıxarılmış hökmə əsasən icra edilə bilməzsə hökmün tanınması və icrasından imtina edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 524.5.2-ci maddəsinin tələbinə əsasən xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının qəbul edilməsi zamanı şəxsin minimal hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ təmin edilmədikdə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikası ərazisində tanınmasından aşağıdakı hallarda imtina edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş təqdimat qismən təmin edilməli, Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü Azərbaycan Respublikasının ərazisində tanınmalı, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs həmin hökmlə nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə uyğun hesab edilməli, ona təyin edilmiş 7 (yeddi) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş hesab edilməli, digər hissədə isə imtina edilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522- 524-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş təqdimat qismən təmin edilsin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 157-ci maddəsinin 1-ci hissəsi ilə məhkum edilməsinə dair Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınsın və icra edilsin. Rusiya Federasiyası Murmansk Vilayəti Monçeqorsk Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikası ərazisində tanınmasın. Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası X3 rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi kimi qəbul edlsin və məhkuma münasibətdə cəzanın hüquqi nəticələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənsin. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs 7 (yeddi) ay müddətinə islah işləri cəzasına cəzasına məhkum olunmuş hesab edilsin. Qərarın icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №9(3-7)-5/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-7)-5/2026
18.09.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver