Məhkəmə qərarları › İş №9(3-9)-7/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-9)-7/2026

10.07.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 9(3-9)-7/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Rusiya Federasiyasının Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin məhkum ##.##.1997-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Hacıqabul şəhəri, İ.Məmmədov küçəsi, ev 48-də qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində ## ####### 2022-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun təqdimatına Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov təqdimatla məhkəməyə müraciət edərək, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 228.1-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Rusiya Federasiyasının Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin Cinayət işlər kollegiyasının ## ####### 2022-ci il tarixli, 1-3 02/20 ** nömrəli hökmünün tanınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasından cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixdə gətirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası vətəndaşı, ##.##.1997-ci il tarixdə Flacıqabul rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyasının Moskva şəhərinin Şerbinin rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 30cu maddəsinin 3-cü hissəsində və 228.1 -ci maddəsinin 3-cü hissəsinin «b» bəndində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin böyük prokuroru X3 təqdimatın təmin olunmasını, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs təqsirli bilindiyi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 228.1-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi Azərbaycan Respublikası CM-in 29, 234.4.3-cü maddəsinə tövsif edilərək, 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və Rusiya Federasiyasının Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin Cinayət işlər kollegiyasının ## ####### 2022-ci il tarixli, 1-3 02/20 ** nömrəli hökmünün tanınmasını xahiş etdi. Məhkum edilmiş şəxs Barəsində məhkəmə aktı çıxarılmış şəxs və onun müdafiəçisi Valeh Vahidov təqdimatın təmin edilməsi zamanı məhkum edilmiş şəxsin barəsində olan yüngülləşdirici halların nəzərə alınmasını xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin ( 10.1-ci maddəsinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət Prosessual Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cinayət Prosessual Məcəlləsinin 522.1-1-522.3-1-ci maddələrinə göstərilən tələbə görə, xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin 522- 525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının rəsmi müraciətinin bu Məcəllənin 523-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət edilmədikdə əlavə məlumatların təqdim edilməsinə dair müraciət edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir. Cinayət Prosessual Məcəlləsinin 522.4-cü maddəsində göstərilən hallara əsasən, xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında bu Məcəllənin 522.3-1-ci maddəsində nəzərdə tutulan təqdimat aşağıdakı hallardan hər hansı biri mövcud olduqda verilir: -522.4.1. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamışdırsa; -522.4.2. barəsində xarici dövlətlərin məhkəmələrinin hökmünün və ya digər yekun qərarının çıxarıldığı şəxsin mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan Respublikası qeyd edilən hökmün və ya qərarın icrası niyyətindədirsə; -522.4.3. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası məhkum edilmiş şəxsin sosial reabilitasiya imkanlarını gücləndirirsə; -522.4.4. barəsində xarici dövlətlərin məhkəmələrinin azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya digər yekun qərarının çıxarıldığı şəxs Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkirsə; -522.4.5. xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə. Cinayət Prosessual Məcəlləsinin 522.6-cı maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir. Cinayət Prosessual Məcəlləsinin 524.5-ci maddəsində göstərilən tələblərə əsasən, Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikası ərazisində tanınmasından aşağıdakı hallarda imtina edilir: -524.5.1. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduqda; -524.5.2. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının qəbul edilməsi zamanı şəxsin minimal hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ təmin edilmədikdə; -524.5.3. xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları sorğu edən ölkənin qаnunvеriciliyinə əsasən qüvvəyə minmədikdə və ya оnun mübаhisələndirilməsi vasitələri tükənmədikdə; 524.5.4. “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallar mövcud olduqda; -524.5.5. sorğu edilən şəxs barəsində eyni əməl üzrə Azərbaycan Respublikasının cinayət təqibi orqanının cinayət işinin xitam olunması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarı, Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş hökm və ya yekun qərarı olduqda və ya həmin şəxs barəsində həmin əməl üzrə cinayət təqibi aparıldıqda; -524.5.6. əmlakın müsadirə edilməsi ilə bağlı xarici dövlətin səlahiyyətli orqanının sorğusunda və ona əlavə edilən xarici dövlətlərin məhkəmələrinin hökmlərində və ya digər yekun qərarlarında əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi müsadirə edilməli olan digər əmlak olmasına dair sübutlar olmadıqda; -524.5.7. cinayət sorğu edən dövlətin hüdudlarından kənarda törədildikdə; -524.5.8. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası qeyri-mümkün olduqda; -524.5.9. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının sorğu edən dövlətin müvafiq səlahiyyətli orqanları tərəfindən icra edilməsi mümkün olduqda; - 524.5.10. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlılıq prinsipinə riayət olunmadıqda; -524.5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan digər hallarda. Cinayət Prosessual Məcəlləsinin 524.6-cı maddəsinə görə, məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən sonra xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar dərhal qüvvəyə minir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və icrasına dair qərar Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Həmin Məcəllənin 524.7-ci maddəsinə əsasən, qərarın surəti onun çıxarıldığı gündən 3 gün müddətində Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində qərarın çıxarıldığı şəxsə və ya onun nümayəndəsinə, hökmün və ya digər yekun qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (məlum olduqda) bilavasitə və ya sorğu edən xarici dövlət vasitəsilə göndərilir. Qeyd olunan Məcəllənin 524.8-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və ya bundan imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarından Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxs, habelə qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər həmin qərarı aldığı vaxtdan 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət və ya protest verə bilərlər. Həmin Məcəllənin 524.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslərə və ya hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (onlar məlum olduqda) məlumat verilməlidir. «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» ##.##.1983-cü il tarixli Konvensiyanın 10-cu maddəsində göstərilir ki, hökmün icrasının davam etdirildiyi halda hökmün icra olunduğu Dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmün çıxarıldığı Dövlətin müəyyən etdiyi kimi tanıyır. Buna baxmayaraq, əgər cəzanın xarakteri və müddəti hökmün icra edildiyi Dövlətin qanunvericiliyi ilə bir araya sığmırsa və ya bu Dövlətin qanunvericiliyi tələb edirsə, onda hökmün icra olunduğu Dövlət məhkəmə və ya inzibati qərar qəbul etmək yolu ilə cəzanı analoji hüquq pozuntusuna görə daxili qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalara uyğunlaşdıra bilər. Belə cəza öz xarakterinə görə icrası davam etdirilən hökmdə müəyyən edilmiş cəzaya mümkün qədər daha çox uyğun olmalıdır. Bu cəza öz xarakterinə və ya müddətinə görə hökmün çıxarıldığı Dövlət tərəfindən müəyyən edilmiş cəzadan ağır ola bilməz və hökmün icra olunduğu Dövlətin qanununda nəzərdə tutulmuş cəzanın yuxarı həddini aşa bilməz. Həmin Konvensiyanın 11-ci maddəsinin «c» bəndində göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun artıq çəkmiş olduğu cəza müddətini cəzadan tam çıxmalıdırlar; «d» bəndində isə göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun cinayət məsuliyyətini ağırlaşdırmamalıdırlar, lakin hökmün icra olunduğu Dövlətin qanunvericiliyi ilə bir və ya bir neçə hüquq pozuntusu törədilməsinə görə nəzərdə tutulmuş minimal cəza tədbirlərinə də meyillənməməlidirlər. Bundan başqa hökm və qərarın Azərbaycan Respublikası ərazisində tanınmasından imtina edilməsi üçün Cinayət Prosessual Məcəlləsinin 524.5.1.-524.5.11-ci maddələrində göstərilən digər hallar, eləcə də “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqi yardımdam imitina üçün əsasların mövcud olması müəyyən olunmamışdır. Bundan əlavə hüquqi yardımla bağlı əsas şərtlərdən biri də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin mövcud olmasıdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ## ###### 2004-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Kişniyov Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyataxtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Konvensiyanın 109-cu maddəsinə əsasən Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən məhkum edilmiş və cəzasını çəkməmiş şəxs Razılığa gələn digər Tərəfin ərazisində cinayət məsuliyyətinə cəlb edilmək üçün verildikdə, habelə Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən çıxarılmış hökmün icrasını təmin etmək üçün Razılığa gələn digər Tərəf şəxsi verməkdən imtina etdikdə, Razılığa gələn Tərəflərdən hər biri Razılığa gələn digər Tərəfin məhkəməsi tərəfindən çıxarılan hökmləri bu Konvensiyada nəzərdə tutulan şərtlər əsasında tanıyır və icra edir. Hökmlərin tanınması və icrası, bu cür hökmlərin tanınacağı və icra ediləcəyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir. Konvensiyanın 111-ci maddəsinin 1-6-cı bəndlərində nəzərdə tutulmuş hallara əsasən, hökmün tanınması və icra edilməsi haqqında vəsatət sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən onun öz daxili qanunvericiliyinə uyğun olaraq baxılır. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi, verilən şəxsin onun ərazisinə faktiki ötürülməsinə qədər hökmün tanınması və icra edilməsi haqqında qərar qəbul edir. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinin çıxardığı hökmü əsasında öz daxili qanunvericiliyinə uyğun olaraq hökmdə nəzərdə tutulan cəzaya uyğun olan cəza müəyyən edir. Əgər sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin əmələ görə ən yuxarı cəza müddəti hökm əsasında təyin edilmiş müddətdən aşağıdırsa, məhkəmə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində analoji əmələ görə nəzərdə tutulmuş maksimal cəza müddəti təyin edir. Cəzanın, hökmü çıxarmış sorğu edən Razılığa gələn Tərəfin ərazisində çəkilmiş hissəsi, hökmün tanınması haqqında vəsatətə baxan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş cəza müddətinə hesablanır. Eyni zamanda hökmün icra edilmə qaydası haqqında məsələyə baxılır. Cəza həm sorğu edən, həm də sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulduğu təqdirdə tətbiq edilə bilər Konvensiyanın 112-ci maddəsində hökmün tanınması və icrasından imtina edilməsini nəzərdə tutan şərtlərə əsasən: a) cəza cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsi və ya digər qanuni səbəblərdən, yaxud da müttəhimin iştirakı olmadan qiyabi çıxarılmış hökmə əsasən icra edilə bilməzsə; b) şəxs cinayət törətdiyinə görə sorğu alan Razılığa gələn Tərəfin ərazisində cəza çəkmişsə və ya bəraət almışsa, yaxud da cinayət işinə qanunla müəyyən edilmiş qaydada xitam verilmişsə, habelə əgər şəxs sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi tərəfindən cəzadan azad edilmişsə; v)sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində sorğu edən Razılığa gələn Tərəfin ərazisində təyin edilmiş analoji cəza nəzərdə tutulmursa; q) kifayət qədər əsas varsa ki, şəxsin məhkum olunması, onun irqi, cinsi, dini, etnik mənsubiyyəti və ya siyasi baxışları ilə əlaqədardırsa. Beləliklə, Cinayət Kollegiyası Baş Prokurorluq tərəfindən hüquqi yardımla əlaqadar Rusiya Federasiyası məhkəmələrinin hökm və qərarının tanınması ilə bağlı təqdimatın verilməsinin zəruri əsaslarını, eləcə də hökm və qərarın tanınmasının mümkünlüyü əsaslarını Cinayət Prosessual Məcəllənin 522-524-cü maddələrinə uyğun olaraq təhlil edərək bu qənatə gəlir ki, təqdimat təmin olunmalıdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi məsələsini həll edərkən, cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, müvafiq təqdimatı və təqdimatla birlikdə məhkəməyə təqdim edilmiş işi araşdırıb belə nəticəyə gəlir ki, Rusiya Federasiyasının Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin Cinayət işləri kollegiyasının ## ####### 2022-ci il tarixli, 1-3 02/20 ** nömrəli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və onun icrası Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Rusiya Federasiyası CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 228.1-ci maddəsinin 3-cü hissəsinin "b" bəndində nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-in 29, 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə tənzimlənməlidir (tövsif edilməlidir). Azərbaycan Respublikası CM-in 29, 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsi beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin Azərbaycan Respublikasının ## ###### 2004-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Kişniyov Konvensiyasının 111-ci maddəsinin 4-cü bəndində göstərilir ki, Əgər sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin əmələ görə ən yuxarı cəza müddəti hökm əsasında təyin edilmiş müddətdən aşağıdırsa, məhkəmə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində analoji əmələ görə nəzərdə tutulmuş maksimal cəza müddəti təyin edir. Yuxarıda qeyd edilən müddəanı nəzərə alan məhkəmə kollegiyası, təqdimatın təmin edilməsini, Rusiya Federasiyasının Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin Cinayət işlər kollegiyasının ## ####### 2022-ci il tarixli, 1-3 02/20 ** nömrəli hökmünün Azərbaycan Respublikasının ərazisində tanınmasını və icraya yönəldilməsini, Rusiya Federasiyasının Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, 1-3 02/20 ** nömrəli hökmü ilə məhkum edilmiş Azərbaycan Respublikası vətəndaşı Barəsində məhkəmə aktı çıxarılmış şəxs əməlinin Azərbaycan Respublikası CM-in 29, 234.4.3-cü maddəsinə tövsif edilməsini və Barəsində məhkəmə aktı çıxarılmış şəxs 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcının ## ###### 2020-ci il tarixdən hesablanmasını məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və CPM-nin 522- 525-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun təqdimatı təmin edilsin. Rusiya Federasiyasının Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, 1-3 02/20 ** nömrəli hökmü Azərbaycan Respublikasının ərazisində tanınsın və icraya yönəldilsin. Rusiya Federasiyasının Moskva şəhəri Şerbinski Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, 1-3 02/20 ** nömrəli hökmü ilə məhkum edilmiş Azərbaycan Respublikası vətəndaşı Barəsində məhkəmə aktı çıxarılmış şəxs əməli Azərbaycan Respublikası CM-in 29, 234.4.3-cü maddəsinə tövsif edilsin və Barəsində məhkəmə aktı çıxarılmış şəxs 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı ## ###### 2020-ci il tarixdən hesablansın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar