Məhkəmə qərarları › İş №9(3-7)-4/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-7)-4/2026

24.07.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 9(3-7)-4/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru maraqlı şəxs1, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Elmar Camalov tərəfindən verilmiş təqdimata Gəncə şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Rusiya Federasiyası, Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmü ilə ## ######## 1992-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Şəmkir şəhəri İrmaşlı kəndində qeydiyyatda olamaqla yaşayan Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 60.000 (altmış min) rubl məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Elmar Camalov tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına təqdimat verilərək Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru maraqlı şəxs1 təqdimatı müdafiə etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs və onun müdafiəçisi Müdafiəçi təqdimat əsasında qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 522-524cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə həmin Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar. Məhkəmə kollegiyası məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs şəxsi işini araşdırıb, müzakirə edilən məsələ ilə bağlı tərəfləri dinləyib belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və onun icrası Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. İş materiallarından göründüyü kimi Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsi ilə təqsirli bilinmişdir. Qeyd etmək lazımdır ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs təqsirli bilindiyi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə əhatə olunduğundan Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsi ilə məhkum olunmasına dair cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tənzimlənməlidir. Bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayətin törədildiyi vaxt qüvvədə olmuş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsinin sanksiyasında 80 000 rubladək miqdarda və ya dörd ayadək məhkumun əmək haqqı/gəliri miqdarında cərimə, 480 saata qədər məcburi işlər, iki ilədək müddətə islah işləri, altı ayadək müddətə azadlıqdan məhretmə cəzası, qeyd edilən həmin əməlin törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Hazırkı qərarın Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Azərbaycan Respublikasının ərazisində yaratdığı hüquqi nəticələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə məhkum olunmuş digər şəxslər üçün mövcud olan eyni hüquqi nəticələrə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 100 Rusiya rubllunun 1 Azərbaycan manatına məzənnəsinə əsasən 60.000 (altmış min) Rusiya rublu 1.302,66 (bir min üç yüz iki manat altmış altı qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri Azərbaycan Respublikası cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri kontekstində müqayisəli şəkildə təhlil edərək hesab edir ki, tənzimləmə nəticəsində Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsi ilə təyin edilmiş 60.000 (altmış min) rubl məbləğində cərimə cəzası Azərbaycan Respublikas Cinayət Məcəlləsiin 320.2-ci maddəsinə uyğunlaşdırılaraq həmin maddə ilə tənzimlənməli və nəticədə ona təyin edilmiş 60.000 rubl (1.302,66 manat) məbləğində cərimə cəzası üzərində saxlanılmalıdır, həmçinin hazırki qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənləri və CPM-in 522-524-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, R Elmar Camalov tərəfindən verilmiş təqdimat təmin edilsin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmü icra üçün Azərbaycan Respublikasının ərazisində tanınsın. Nəticə etibarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə tənzimlənsin. Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmünün Azərbaycan Respublikası ərazisində tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi nəticəsində Barəsində məhkəmə aktı çıxarılmış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 1.302,66 (bir min üç yüz iki manat altmış altı qəpik) manat cərimə cəzasına məhkum olunmuş hesab edilsin. Hazırki qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin *** saylı məhkəmə sahəsinin ## ###### 2026-cı il tarixli, *-*/****-*** saylı hökmünün icrası Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan əmələ görə məhkum edilmiş şəxslər üçün nəzərdə tutulan qaydada həyata keçirilsin və bu qərarın Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində eyni əməllərə görə məhkum edilmiş şəxslər üçün mövcud olan eyni hüquqi nəticələr yaratması təsdiq edilsin. Qərardan elan olunduğu andan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar