Məhkəmə qərarları › İş №9(3-6)-1/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-6)-1/2026

26.05.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 9(3-6)-1/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, ## ###### 1966-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində xarici dövlətin - Latviya Respublikasının Rezekne Şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş prokurorunun müavininin təqdimatına Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Baş prokurorunun müavini təqdimatla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan xarici dövlətin - Latviya Respublikasının Rezekne Şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etmişdir. Təqdimatdan müəyyən olunur ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Latviya Respublikasının Rezekne şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Latviya Respublikası CM-nin 15ci maddəsinin 4-cü hissəsində və 285-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2026-cı il tarixdə cəzasının qalan hissəsini çəkmək üçün Latviya Respublikasından Azərbaycan Respublikasına gətirilmişdir. Məhkəmə iclasında təqdimatla bağlı fikrini bildirən prokuror məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan Latviya Respublikasının Rezekne Şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi təqdimatın təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 522.1-ci maddəsinin tələblərinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 522.3-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir. Həmin Məcəllənin 522.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir. Həmin Məcəllənin 524.4-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimata baxılmasının yeri və vaxtı haqqında, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslər, habelə həmin hökmün və ya qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər bilavasitə və ya sorğu edən dövlət vasitəsilə məlumatlandırılır. Məhkəmə məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi məsələsini həll edərkən, cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, müvafiq təqdimatı və təqdimatla birlikdə məhkəməyə təqdim edilmiş məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs şəxsi işini araşdırıb belə nəticəyə gəlir ki, Latviya Respublikasının Rezekne Şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və onun icrası Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Məhkəmə hesab edir ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs təqsirli bilinib məhkum edildiyi Latviya Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsində və 285-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318-1.2.1-ci maddəsi ilə tənzimlənməlidir (tövsif edilməlidir). Məhkəmə Latviya Respublikası məhkəməsinin məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs ilə bağlı hökmünün tanınmasını müzakirə edərkən, məhkəmə tərəfindən ona Latviya Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təyin olunmuş cəza müddətini də müqayisəli şəkildə nəzərdən keçirir. Latviya Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsində və 285-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş əməlin törədilməsinə görə həmin maddənin sanksiyasında iki ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Latviya Respublikasının məhkəməsi Barəsində məhkəmə aktı çıxarılmış şəxs həmin əmələ görə maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində – 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.1-ci maddəsinin sanksiyasından görünür ki, iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəza tədbiri nəzərdə tutuılmuşdur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” ## #### 1983-cü il tarixli Konvensiyanın 10-cu maddəsində göstərilir ki, hökmün icrasının davam etdirildiyi halda hökmün icra olunduğu Dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmün çıxarıldığı Dövlətin müəyyən etdiyi kimi tanıyır. Buna baxmayaraq, əgər cəzanın xarakteri və müddəti hökmün icra edildiyi Dövlətin qanunvericiliyi ilə bir araya sığmırsa və ya bu Dövlətin qanunvericiliyi tələb edirsə, onda hökmün icra olunduğu Dövlət məhkəmə və ya inzibati qərar qəbul etmək yolu ilə cəzanı analoji hüquq pozuntusuna görə daxili qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalara uyğunlaşdıra bilər. Belə cəza öz xarakterinə görə icrası davam etdirilən hökmdə müəyyən edilmiş cəzaya mümkün qədər daha çox uyğun olmalıdır. Bu cəza öz xarakterinə və ya müddətinə görə hökmün çıxarıldığı Dövlət tərəfindən müəyyən edilmiş cəzadan ağır ola bilməz və hökmün icra olunduğu Dövlətin qanununda nəzərdə tutulmuş cəzanın yuxarı həddini aşa bilməz. Həmin Konvensiyanın 11-ci maddəsinin “c” bəndində göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun artıq çəkmiş olduğu cəza müddətini cəzadan tam çıxmalıdırlar; “d” bəndində isə göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun cinayət məsuliyyətini ağırlaşdırmamalıdırlar, lakin hökmün icra olunduğu Dövlətin qanunvericiliyi ilə bir və ya bir neçə hüquq pozuntusu törədilməsinə görə nəzərdə tutulmuş minimal cəza tədbirlərinə də meyillənməməlidirlər. Göründüyü kimi Barəsində məhkəmə aktı çıxarılmış şəxs Latviya Respublikasında törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318-1.2.1-ci maddəsi ilə, yəni qanunsuz miqrasiyanın təşkilinə cəhd əməli kimi tövsif edilir ki, Latviya Respublikasının Rezekne Şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Barəsində məhkəmə aktı çıxarılmış şəxs təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.1-ci maddəsi ilə başa çatmış cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrumemə növündə cəzanın yuxarı həddindən çoxdur. Buna görə də məhkəmə hesab edir ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318-1.2.1-ci maddəsinə əsasən həmin maddənin sanksiyasında başa çatmış cinayətə görə nəzərə tutulmuş azadlıqdan məhrumemə növündə cəzanın yuxarı həddinin, yəni beş il müddətə azadlıqdan məhrum etmə cəzasının ¾-ü həddində 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15.3-cü maddəsinə görə az ağır cinayət hesab olunur. Həmçinin iş materiallarında olan məhkumluq məlumatlarından görünür ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş olsa da, məhkumluğu ödənilmiş və hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318-1.2.1-ci maddəsi ilə təqsirli bilindiyi əməl az ağır cinayətlər kateqoriyasına aid olduğundan və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən olunduğundan məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Latviya Respublikasının Rezekne Şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs azadlıqdan məhrum etmə müddətinə ## ######## 2023-cü il tarixdən ## ##### 2024-cü il tarixədək həbs müddətinin nəzərə alınması müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs ## ######## 2023-cü il tarixdən ## ##### 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla onun cəzaçəkmə müddətinin əvvəli ## ######## 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 524.6-cı maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata baxarkən məhkəmə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 522-525-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Baş prokurorunun müavininin təqdimatı təmin edilsin. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Latviya Respublikasının Rezekne Şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınsın. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs məhkum edildiyi Latviya Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsində və 285-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318- 1.2.1-ci maddəsinə tövsif edilsin (tənzimlənsin). Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs Latviya Respublikasının Rezekne Şəhərinin Latgale rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Latviya Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsi və 285-ci maddəsinin 3-cü hissəsinə əsasən təyin olunmuş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318-1.2.1-ci maddəsinə əsasən 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kimi tanınsın. Həmin hökm Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilsin. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs ##.##.2024-cü il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş qalan hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2023-cü il tarixdən hesablansın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 524.8-ci maddəsinə uyğun olaraq, hazırkı qərarın alındığı vaxtdan 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar