Məhkəmə qərarları › İş №9(3-9)-10/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-9)-10/2026

10.07.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 9(3-9)-10/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1, məhkum edilmiş şəxs Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1958-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ümumi təhsilli, ailəli, Astara rayonu, Arçivan kəndi, Arçivan küçəsi, ev 16 qeydiyyatda olan və yaşayan, Rusiya Federasiyası, Rostov vilayəti, Volqodon rayonunun * nömrəli məhkəmə sahəsinin ##.##.2025-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3cü hissəsi, 291.2-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 30.000 rubl məbləğində cərimə cəzasına məhkum edilmiş Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu barəsindəki Rusiya Federasiyası Rostov vilayəti, Volqodon rayonunun * saylı məhkəmə sahəsinin ## ###### 2025-ci il tarixli hökmünün tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsinə dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun ## #### 2026-cı il tarixli təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının vətəndaşı Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu Rusiya Federasiyasının Rostov vilayəti, Volqodon rayonunun * saylı məhkəmə sahəsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291.2-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 30.000 (otuz min) rubl cərimə növündə cəza təyin edilməsi, təqsirləndirilən şəxs Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu barəsində yerindən ayrılmamaq və lazımınca davranış barədə imza-qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi və maddi sübutlarla bağlı məsələlərin həll edilməsi qərara alınmışdır. Bununla əlaqədar, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu barəsindəki Rusiya Federasiyası Rostov vilayəti, Volqodon rayonunun * saylı məhkəmə sahəsinin ## ###### 2025-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini R Elmar Camalov ## #### 2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli təqdimatla Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 522-524-cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə həmin Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar. 524.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslərə və ya hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (onlar məlum olduqda) məlumat verilməlidir. 524.3-cü maddəsinə əsasən, bildiriş vərəqəsinin maraqlı şəxslərə verilməsi barədə məhkəmədə məlumat olarsa, həmin şəxsin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi təqdimata baxılmasına mane olmur. Əgər şəxs təqdimata baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və müraciət etmiş şəxsi yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir. Məhkəmə kollegiyasının iclasında: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1 təqdimatın təmin olunmasını və Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlunun barəsində Rusiya Federasiyası Rostov vilayəti, Volqodon rayonunun * saylı məhkəmə sahəsinin ##.##.2025-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etdi. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu təqdimata etirazının olmadığını bildirdi. Məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs müdafiəçisi Müdafiəçi Rusiya Federasiyası məhkəməsinin hökmünün tanınması barədə təqdimata etirazının olmadığını bildirdi. Məhkəmə kollegiyası məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu barəsində xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi məsələsini həll edərkən, cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, müvafiq təqdimatı və təqdimatla birlikdə məhkəməyə təqdim edilmiş məhkumun şəxsi işini araşdırıb belə nəticəyə gəlir ki, Rusiya Federasiyası Rostov vilayəti, Volqodon rayonunun * saylı məhkəmə sahəsinin ## ###### 2025-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və onun icrası Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Apellyasiya kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291.2-ci maddəsinin 1-ci hissəsi ilə (cinayətə cəhd, yəni on min rubuldan çox olmayan miqdarda şəxsən rüşvət verməyə birbaşa yönəlmiş qəsdən hərəkətlər, əgər cinayət bu şəxsin iradəsindən adılı olmayan səbəblərdən sona çatdırılmamışdırsa) nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu və 312.1-ci maddələri ilə tənzimlənməlidir (tövsif edilməlidir). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291.2-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu və 312.1-ci maddələri ilə tənzimlənməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin 29-cu maddəsində bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət vəya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab edildiyi və AR Cinayət Məcəlləsinin 312.1-ci maddəsində isə rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsin və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə məsuliyyət nəzərdə tutulduğu halda, Məcəllənin 312.2-ci maddəsinə görə, vəzifəli şəxs tərəfindən biləbilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə cinayət məsuiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Rusiya Federasiyasının müvafiq məhkəməsinin məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxsla bağlı hökmünün tanınmasını müzakirə edərkən, məhkəmə tərəfindən ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təyin olunmuş cəzanın məbləğini də müqayisəli şəkildə nəzərdən keçirir. Belə ki, RF Cinayət Məcəlləsinin 291.2-ci maddəsinin 1-ci hissəsinin sanksiyasında 200.000 rubla qədər miqdarda cərimə və ya məhkum edilmiş şəxsin üç aya qədər olan əməkhaqqı və ya digər gəliri məbləğində cərimə, yaxud bir ilədək islah işləri, yaxud iki ilədək azadlığın məhdudlaşdırılması, yaxud bir ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən halları nəzərə alaraq, Rusiya Federasiyası, Rostov vilayəti, Volqodon rayonunun * saylı məhkəmə sahəsi belə qənaətə gəlmişdir ki, iş üzrə yüngülləşdirici və ağırlaşdırıcı halların məcmusu, təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınaraq, onun islah olunması və gələcəkdə yeni cinayət əməlləri törətməsinin qarşısının alınması məqsədilə təqsirləndirilən şəxsə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291.2-ci maddəsinin 1-ci hissəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən cərimə növündə cəzanın təyin edilməsini, lakin həmin sanksiyada nəzərdə tutulmuş maksimal həddə deyil, daha yüngül məbləğdə təyin edilməsini ədalətli və əsaslıdır. Odur ki, qeyd olunan hökmlə Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu barəsində 30.000 (otuz min) rus rublu məbləğində cərimə cəzası təyin edilməsi barədə yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin alternativ xarakterli nisbi-müəyyən sanksiyasında isə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsində uyğun cinayət əməlinin nəzərdə tutulduğu CM-in 29, 312.1-ci maddəsinin sanksiyasındakı beş manatdan səkkiz min manatadək miqdarda cərimə cəzası nəzərdə tutulduğu üçün məhkəmə kollegiyası hesab edir ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu Cinayət Məcəlləsinin 29, 312.1-ci maddələri ilə təqsirli bilnərək 30.000 (otuz min) rubl Azərbaycan manatı ekvivalentinə uyğun olaraq cərimə cəzasına məhkum edilmiş hesab edilməlidir. «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» ## #### 1983-cü il tarixli Konvensiyanın 10-cu maddəsində göstərilir ki, hökmün icrasının davam etdirildiyi halda hökmün icra olunduğu Dövlət əməlin hüquqi tövsifini və cəzanın müddətini hökmün çıxarıldığı Dövlətin müəyyən etdiyi kimi tanıyır. Buna baxmayaraq, əgər cəzanın xarakteri və müddəti hökmün icra edildiyi Dövlətin qanunvericiliyi ilə bir araya sığmırsa və ya bu Dövlətin qanunvericiliyi tələb edirsə, onda hökmün icra olunduğu Dövlət məhkəmə və ya inzibati qərar qəbul etmək yolu ilə cəzanı analoji hüquq pozuntusuna görə daxili qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalara uyğunlaşdıra bilər. Belə cəza öz xarakterinə görə icrası davam etdirilən hökmdə müəyyən edilmiş cəzaya mümkün qədər daha çox uyğun olmalıdır. Bu cəza öz xarakterinə və ya müddətinə görə hökmün çıxarıldığı Dövlət tərəfindən müəyyən edilmiş cəzadan ağır ola bilməz və hökmün icra olunduğu Dövlətin qanununda nəzərdə tutulmuş cəzanın yuxarı həddini aşa bilməz. Həmin Konvensiyanın 11-ci maddəsinin «c» bəndində göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun artıq çəkmiş olduğu cəza müddətini cəzadan tam çıxmalıdırlar; «d» bəndində isə göstərilir ki, hökmün icra olunduğu Dövlətin səlahiyyətli orqanları məhkumun cinayət məsuliyyətini ağırlaşdırmamalıdırlar, lakin hökmün icra olunduğu Dövlətin qanunvericiliyi ilə bir və ya bir neçə hüquq pozuntusu törədilməsinə görə nəzərdə tutulmuş minimal cəza tədbirlərinə də meyillənməməlidirlər. «Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında» ## ### 1994-cü il tarixli Müqavilənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, məhkuma təyin edilmiş cəza hökmü çıxaran Dövlətin məhkəməsinin hökmü əsasında çəkilir. Hökmü icra edən Dövlətin məhkəməsi çıxarılmış hökmü əsas tutaraq öz dövlətinin qanunvericiliyinə uyğun olaraq əvvəlki hökmdə müəyyən olunmuş müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində olan hökmün Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312.1-ci maddələri ilə nəzərdə tutulan əmələ görə məhkum edilmiş şəxs üçün nəzərdə tutulmuş hüquqi nəticələr yaratması təsdiq olunmalıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-525-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Rusiya Federasiyası, Rostov vilayəti, Volqodon rayonunun * saylı saylı məhkəmə sahəsinin ## ###### 2025-ci il tarixli hökmünün tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş ## #### 2026-cı il tarixli təqdimat təmin edilsin. Azərbaycan Respublikası vətəndaşı Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu barəsində olan Rusiya Federasiyası, Rostov vilayəti, Volqodon rayonunun * saylı məhkəmə sahəsinin ## ###### 2025-ci il tarixli hökmü Azərbaycan Respublikasının ərazisində tanınsın. Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlunun törətdiyi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291.2-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312.1-ci maddələrinə tövsif edilsin (tənzimlənsin), həmin hökmün icrası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən maddələri ilə məhkum edilmiş şəxs barəsində hökmün icrası üçün nəzərdə tutulan qaydada həyata keçirilsin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312.1-ci maddələri ilə təqsirli bilnərək 30.000 (otuz min) rubl Azərbaycan manatı ekvivalentinə uyğun olaraq cərimə cəzasına məkum edilmiş hesab edilsin. Bu qərarın Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlu barəsində Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312.1-ci maddələri ilə məhkum olmuş şəxslər üçün mövcud olan eyni hüquqi nəticələr yaratması təsdiq edilsin. Qərarın icrası Barəsində məhkəmə aktı çıxarılmış şəxs İman oğlunun yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan elan olunduğu (məhkum Barəsində məhkəmə aktı çıxarılmış şəxs verildiyi) andan 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: Əli Əliyev Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar